Yenidən məktəbə!

Yay sona çatır, yeni dərs ili başlayır və sən uşaqlarını yenidən məktəbə yola salırsan. İlk payız günlərinin uşağın sağlamlığında izsiz ötüşməsi üçün analara uşaqların sağlamlıqların qeydinə qalaraq nələr etdiyini soruşmaq istəyirik.

ƏSAS YUXUDUR
Yay tətillərindən sonra adi həyat ritminə qayıtmaq çətin olsa da, mütləq olur! Uşaqlar üçün hər gün doqquz saat yuxu  -  sağlamlıq, yaxşı əhval-ruhiyyə və əla əhval-ruhiyyədə olmaqları və fiziki forma üçün mütləqdir. 

SABAHIN XEYİR
Sən əlbəttə səhər yeməyinin vacibliyi haqqında bilirsən, halnız bu uşaq orqanizminə aid olduğunda daha mühüm olur. Taxıl unu çörəyi, təravətli meyvələr, təbii yoqurt, yumurta – övladının yaxşı oxuması, aktiv olması üçün ona çoxlu enerji lazımdır!

ƏGƏR ACMISANSA
Heç kəs aclıq hissini sevmir, əgər sən övladının düzgün qidalanmasını istəyirsənsə onun qəlyənaltıları üçün tədbir görün. Nazik doğranmış təravətli tərəvəzlər,  antioksidantlarla bol olan smuzi və ev popkornu  – sağlam və faydalı qəlyanaltılar üçün qəlyanaltı ideyalarıdır.

KİMƏ ƏLAVƏ?
Uşağın gündəlik qida rasionu vacib mikroelementlər və vitaminlərdən ibarət olmalıdır.  Faydalı elementlərin defisitini multivitaminlərlə əvəz etmək olar - onların tərkibində immunitetə cavab verən, əzələ sisteminnin düzgün işləməsi üçün mütləq olaraq vitamin A, C və D vitaminləri, maqnezium olmalıdır. Omeqa-3 beyin və kalsium isə sümüklər və dişlər üçün mütləqdir. 

Bütün bu vitaminləri Wellness Kids kompleksində tapa bilərsiniz.

GÜNÜN CƏDVƏLİ
Düşünməyin ki, adi rejimə qayıtmaq bir günün işi deyil. Gün rejimini düzgün qurmaq və ona öyrəşmək üçün vaxt tələb olunur. Ona görə dərs günlərinin başlanmasından bir həftə əvvəl başla. 


ANCAQ SAKİTLİK

Əgər övladınız ilk məktəb günü üçün həyəca keçirirsə, burda qeyri-adi heç nə yoxdu. Çünki qarşıda onu yeni məktəb və yeni kollektiv gözləyir. Stressi aradan qaldırmağın ən yaxşı üsülu onun həcanlandığı və qorxduğu məsələlər barəsində danışaraq, hər şeyə pozitiv baxmaqdır. Çünki məktəb tək oxumaq və müəllimlər deyil, həmçinin dostlar, oyunlar və ünsiyyət deməkdir. 

ÖZÜNÜ UNUTMA
Uzun tətildən sonra hətta sən özün həyəcanlananar diskomfort hissi yaşaya bilərsən. Rəfiqənə zəng vur, öz hisslərini onunla bölüş, məktəb müəllimləri ilə danış, öz vaxtını sevimli hobbinə sərf et. Daxili komfort hissi üçün bütün  vasitələrdən istifadə edə bilərsən!














Mətn: Şəkil: Getty Images