Quru və yağlı dəri üçün multimaskinq

T-zonasında yağlı, yanqlarda isə quru olan dəriyə hansı maska lazımdır? Multimaskinq etmək qaydasını öyrən və üz dərisinə düzgün qulluq et!

İlk əvvəl üzünün müxtəlif hissələrində dəriyə nə lazım olduğunu müəyyənləşdir və bu tələbatı ödəyəcək məhsulları tap. Maskanın istifadəsindən sonra üzünü isti su ilə yumağı unutma.

 YAĞLI DƏRİ ÜÇÜN

Bir qayda olaraq, T-zonasında problemlər daha çox olur: artıq parıltı, tutulmuş məsamələr və qara nöqtələr. Sebumun hopmasına şərait yaradan və məsamələri çirkənmədən azad edən gil maskasından istifadə et. Tərkibində salisil turşusu olan maska iltihab əleyhinə vasitə kimi fəalıyyət göstərəcək: üzdə sızanaq və qızartıların əmələ gəlməsinin qarşını alacaq, ölmüş hüceyrələrdən azad olunmaqda köməklik göstərəcək.

Redaktorun seçimi: üz üçün təmizləyici “Ayıpəncəsi” maskası. Dərini təmizləyir, onun tarazlığını bərpa edir və qurutmur.

QURU DƏRİ ÜÇÜN

Üzün istənilən hissəsində quru dəri yarana bilər. Lakin yanaq dərisinin quru olması daha geniş yayılmışdır. Dərini qıcıqlanmadan azad etmək və qidalandırmaq üçün tərkibindəki vitamin miqdarının çox olduğu maskanı seç. Sən, həmçinin dəridəki su tarazlığını qoruyub saxlamaq məqsədilə gialuron turşusu tərkibli vasitədən də istifadə edə bilərsən. Üstünlüyü yüngül teksturalı vasitələrə verirsənsə, tərkibində yağ olmayan nəmləndirici gel maskasını seçməyin daha düzgün olar.

Redaktorun seçimi: üz üçün qidalandırıcı "Yulaf" maskası. Dərini yumşaldır və ona parlaqlıq verir. Bonus: incə krem teksturu.

 

Mətn: Şəkil: Krosbi / Jon Baddi