Əsas məzmuna keçin Əsas menyuya keçin Axtarışa keçmək

İradların qeydə alınması?

Addım 1. Onlayn iradlar xidməti vasitəsilə sorğunu qeydiyyatdan keçirmək olar:

Qeydiyyatdan keçdiyiniz hesabınıza daxil olun və daha sonra “Sifariş”-> “İradlar” -> “İradların qeydiyyatı” bölməsinə keçid edin. Müvafiq qaimə nömrəsini və müvafiq hərəkəti seçin, daha sonra təlimatları izlə.. İradın qeydiyyatından sonra onu yaddaşda saxlayıb göndərmək lazımdır. Dəstək xidməti iş saatları ərzində iradınızı nəzərdən keçirəcək.

Onlayn irad yazıldıqdan sonra Oriflame anbarı növbəti 3 iş günü (irad ərizəsinin yazıldığı gün nəzərə alınmır) ərzində həmin iradı nəzərdən keçirir.  

• Qutuda qaytarılma/uyğunsuzluq/nöqsan olması halında, onlayn irad yazıldıqdan və məhsul anbara qaytarıldıqdan sonra irada baxılacaq. İrad onlayn qeydiyyata alınıbsa və məhsullar anbara gəlməyibsə, bu cür iradlara baxılmayacaq!!!

Addım 2. Dəstək xidməti iradınızı nəzərdən keçirən kimi sizə məlumat veriləcək. 

İradınızın statusu və şirkətin şərhləri haqqında mesajlar e-poçt ünvanınıza göndəriləcək. İddiada məhsulun qaytarılması nəzərdə tutulursa, məhsulu 14 gün ərzində sifarişi götürdüyünüz  Məhsul Paylaşdırma Məntəqəsinə (MPM), Cargo 166 məntəqəsinə qaytarın. Sifariş kuryer çatdırılması ilə qəbul olunubsa, məhsullar Oriflame ofisinə qaytarılmalıdır.

Addım 3. Pulun qaytarılması

Debitor borclarının köçürülməsi halında, onlar istifadəçinin hesabına göndəriləcək və bu, sonrakı sifarişlərdə istifadə edilə bilər.

İradların qeydiyyata alınması üzrə təlimat və qaydaları ŞƏXSI HESABINIZDA: (İDDIALARIN QEYDIYYATA ALINMASI ÜZRƏ TƏLIMAT)

İradın növü  MPM/karqo  Təsvir  İradın daxil olduğu tarixdən 
Şirkət tərəfindən baxılma vaxtı  
Əksiklik   48 saat Məhsulların toplanmasında xəta, kəmiyyət qaimədə göstəriləndən azdır. İrad təmin olunubsa, çatışmayan məhsul Brend-partnyora verilir və ya yenidən hesablama aparılır.   < 3 iş günü 
Artıqlıq   48 saat Məhsulların toplanmasında xəta, kəmiyyət qaimədə göstəriləndən çoxdur. Artıq verilmiş məhsul Brend-partnyor tərəfindən şirkətin anbarına qaytarılmalıdır.   < 3 iş günü 
Uyğunsuzluq   48 saat Məhsulların toplanmasında xəta, məhsul qaimə ilə uyğunlaşmır. Əgər irad təmin olunubsa, çatışmayan məhsul Brend-partnyora verilir, artıq məhsul isə Brend-partnyor tərəfindən anbara qaytarılmalıdır.   < 3 iş günü 
Nəqliyyat qüsuru  48 saat Məhsulun daşınması zamanı qaranan qüsur (qablaşmanın zədələnməsi). Məhsul dəyişdirilir və ya geri qəbul edilir  < 3 iş günü 
Zavod qüsuru   < 2 ay Gizli zavod qüsuru.  Məhsul dəyişdirilir və ya geri qəbul edilir .  < 3 iş günü 
Allergiya  < 6 ay  Məhsul həkim rəyi ilə geri qaytarılır. .  < 3 iş günü 
İstifadə müddətinin bitməsi  < 2 ay ( sınanmamış məhsullar )  Məhsul istifadə müddəti bitməmiş eyni məhsulla dəyişdirilir və ya geri qəbul edilir.   < 3 iş günü 
İddiasız sifariş  7 gün   Brend-partnyor tərəfindən alınmayan sifariş. Sifariş ləğv edilərkən Brend-partnyor 5 manat məbləğində cərimə olunacaq. Əvvəlki dövr üçün sifariş ləğv edildikdə, kvalifikasiya və həcmli endirimlər yenidən hesablanır.  < 3 iş günü 
Müştərinin məhsuldan imtinası 14 gün   Məhsullar geri qaytarılmaq üçün qəbul olunur . Əvvəlki dövrdəki sifarişdən məhsullar ləğv edildikdə, kvalifikasiya və həcmli endirimlər yenidən hesablanır.  < 3 iş günü