Hər kəsin bilməli olduğu 6 vizajist layfxakı

Bütün qadınlar tuşdan istifadə edirlər və elə təəsürat yaranır ki, bu işdə çətin nə var ki? Ancaq yenə də makiyaj sənətçilərindən bunu necə etdiklərini soruşduq və çox şey öyrəndik. Budur, sənin tuş ilə münasibətlərini yeni səviyyəyə qaldıracaq altı layfxak.

Layfxak #1: gözlərin altına iki qat kirşan

Çəkilmə zamanı tuş çox vaxt göz qapağını ləkələyir. Bunun qarşısını almaq üçün beynəlxalq dərəcəli vizajist Jo Adenuqa əvvəlcə gözətrafı nahiyyəni kirşanlamağı məsləhət görür: "Kipriklərə keçməzdən əvvəl, şəffaf kirşan çək və  onu fiksasiya spreyiilə sabitləşdir. Göz kölgəsi istifadə edirsənsə, göz praymeri haqqında unutma. O da tuşun iz buraxmasına imkan verməyəcək". 

Kirşanın başqa üstünlüyü də var: gün ərzində tuş quruyub tökülərsə, onu fırça ilə təmizləmək asan olacaq. Və ya dərhal açıq baxış effektli THE ONE IN ACTION qalıcı kiprik tuşunu istifadə et, onun xüsusi formulası yayılmanın və iz qalmasının qarşısını alır.

 

Layfxak #2: gizli silah — suya davamlı tuş 
Kiprikləri bir az buran kimi onlar dərhal heç bir uzatma və ya taxma kipriklər olmadan super həcmli görünürlər.
Kiprik qaldırıcı aləti köklər tərəfinə yaxınlaşdır, sıx və uclara qədər çək. Bu sadə manipulyasiya veyer effektini yaradacaq. "Bəs necə etmək olar ki, burulma bütün günü davam etsin?"— soruşursan sən. “Aləti istifadə etdikdən sonra vacib bir məqam: yalnız suya davamlı tuş çək. O, kipriklər təbiətən düz olsa da, burulmanı əla şəkildə fiksasiya edir”, — Londondan olan ulduz vizajisti Afina Efstatiou deyir.

Layfxak#3: daha çox — həmişə daha yaxşı demək deyil
Tuş təbəqəsi nə qədər qalındırsa, gözlərin bir o qədər ifadəli olmasını düşünmək təbiidir.
Ancaq bəzən daha az daha yaxşı dəməkdir. Jo Adenuqa məsləhət görür: "Makiyajı üst kipriklərdən başla, çünki bəzən bu açıq baxış effekti üçün kifayətdir". —"Aşağı kipriklərə daha az tuş çək, çünki onun çox olması baxışı ağırlaşdırır".

Layfxak #4: kiprikləri yapışdırırıq - bəli-bəli, qəsdən!
Kukla baxışı — əldə edilməsi asan olan daha bir aktual effekt. Ona "hörümçək ayaqları" da deyilir: yuxarıya doğru itilənmiş, bir-birinə yapışdırılmış qalın dəstlər.
Əvvəlcə tuşu bir neçə təbəqə ilə çəkin və sonra kiprikləri pinsetlə birləşdirin. “Gözün daxili küncündən xarici küncünə tərəf hərəkət edin. Bu şəkildə artıq yığılmış dəstlərə zərər vurmayacaqsınız”, — deyir Jo Adenuqa.

Layfxak #5: fırçanın ucunu əy
Gözlərin daxili künclərinə çatmaqda çətinlik çəkirsən? O zaman bu fikir sənin üçündür. Fırçanı sapa doğru 90 dərəcə bucaq altında yumşaq şəkildə əy və onu idarə etmək daha asan olacaq. Variant olaraq, köhnə tuşun fırçası götürə bilər və ya birdəfəlik isifadə üçün nəzərdə tutulan aplikatorlar dəsti almaq olar — bunu öz aplikatorunla etsən, fırçanın əyilməməsi və onu yenidən tübikə daxil edə bilməmək riski var.

Layfxak #6: köklərdən başlayın.
Kipriklərin tam dibindən yuxarıya doğru hərəkət et. Onları uzunluq üzrə boyadıqdan sonra gözlərin xarici küncləri üzərində ayrı-ayrılıqda işlə.
"Maksimum həcm və uzunluq üçün fırça ilə darayıcı hərəkətlər et", — deyir Afina Efstatiou.


Mətn: