“Oriflame” MMC («Biz») sizin şəxsi məlumatlarınızın qorunmasını və məxfiliyinə nəzarəti öz üzərimizə götürürük.
Mövcud məxfilik siyasəti veb-saytdan istifadə şərtləri və müvafiq qaydalarla, həmçinin, burada qeyd olunan hər hansı sənədlərlə birgə sizdən və ya sizin haqqınızda topladığımız, yaxud bizə təqdim etdiyiniz istənilən şəxsi məlumatların işlənməsi qaydalarını müəyyən edir. Sizdən xahiş edirik ki, sizin şəxsi məlumatlarınızın işlənməsinə və istifadəsinə tətbiq olunan təcrübəmizlə bağlı tam təsəvvür əldə etmək üçün aşağıdakı məlumatlarla diqqətlə tanış olasınız. Öz məlumatlarınızı saytda elektron şəkildə https://az.oriflame.com/ və ya kağız daşıyıcı üzərində qeydiyyat formasında (CAF) təqdim edərkən, siz mövcud məxfilik siyasətində əks olunan təcrübə və şərtləri qəbul və təsdiq edirsiniz.
Məlumatların qorunması ilə bağlı qanunvericiliyə əsasən şəxsi məlumat operatoru qismində Orifleym MMC, ünvan: Azərbaycan prospekti 14, AZ1005, Bakı ş. çıxış edir.
Biz məlumatların işlənməsi müvafiq qanunvericiliyə uyğun həyata keçiririk, şəxsi məlumatların işlənməsinin məqsədi – qeydiyyatınızla bağlı olan şərtlərin yerinə yetirilməsini və hüquqlarımızın qorunmasını təmin etməkdir. Məlumatlar aşağıda qeyd edilən qaydalara uyğun olaraq həyata keçirilir.
1. Şəxsi məlumatlarınızla bağlı almaq hüququmuz olan məlumatlar
Biz aşağıda qeyd edilən məlumatları almaq və işləmək səlahiyyətinə sahibik:
1.1 Təqdim etdiyiniz məlumatları. Siz saytımızda www.oriflame.com mövcud olan müvafiq formaları və ya kağız daşıyıcıda qeydiyyat blankını doldurmaqla, yaxud telefon, elektron ünvan və ya digər formada bizə özünüz haqqında məlumat təqdim edə bilərsiniz. Bu məlumatlar veb saytımızdan istifadə etmək üçün qeydiyyatdan keçdikdə, məsləhətlər almaq, məhsul axtarış xidmətlərinə abunə olmaq, veb saytımızda sifariş yerləşdirmək, müzakirə forumlarında və ya digər ictimai fəaliyyətlərdə, müsabiqələrdə, reklam tədbirlərində iştirak etmək və ya saytımızda mövcud olan problemlər haqqında məlumat vermək üçün təqdim etdiyiniz məlumatları ehtiva edir. Bizə təqdim etdiyiniz məlumatlar aşağıdakılardan ibarət ola bilər:
• adı, soyadı,
• doğum tarixi,
• ünvan,
• e-poçt ünvanı
• telefon nömrəsi və mobil telefon nömrəsi,
• məsləhətçinin fərdi eyniləşdirmə nömrəsi,
• şəxsi eyniləşdirmə nömrəsi,
• milli vergi sisteminin kodu və ya vergi ödəyicisinin nömrəsi,
• sosial sığorta nömrəsi
• bank rekvizitləri
• yetkinlik yaşına çatmayanların qanuni qəyyumunun adı və soyadı,
• pasport nömrəsi (beynəlxalq konfranslarda iştirak edən məsləhətçilər üçün).
Bu məlumatları bizə təqdim edəcəyinizə ümid edirik. Lakin əgər siz öz şəxsi məlumatlarınızı təqdim etmək istəmirsinizsə, bu sizin hüququnuzdur. Nəzərinizə çatdırırıq ki, qeyd edilən məlumatlar bizə təqdim olunmadığı təqdirdə bir sıra hallarda biz sizə tələb olunan xidmətləri göstərə bilməyəcəyik.
1.2 Haqqınızda toplaya biləcəyimiz məlumatlar. Biz sizin satınalmalarınız, məsləhətçilər sistemimizdəki səviyyəniz, iş göstəriciləriniz, yeni əməkdaşlar, nəzarət etdiyiniz yeni namizədlər və s. barədə məlumatların saxlanılmasını həyata keçiririk.
Hər dəfə saytımıza daxil olduqda avtomatlaşdırılmış vasitələr sayəsində aşağıdakı məlumatları toplaya bilərik:
- Kompüterinizi İnternetə qoşmaq üçün istifadə edilən İnternet Protokolu (IP) ünvanı, giriş məlumatı, brauzer tipi və versiyası, saat qurşağı məlumatları, brauzer modulu növləri, əməliyyat sistemi və platforma kimi texniki məlumatları;
- Saytımıza baxış və saytımızdan keçidə aid olan Universal resurs göstəricilərinin (URL) tam ünvanı (tarix və saatla birgə) da daxil olmaqla saytımızı ziyarət məlumatları; baxdığınız və axtardığınız məhsullar haqqında; səhifənin cavab müddəti, yükləmə xətaları, müəyyən səhifələrin baxış müddəti, istifadəçinin qarşılıqlı fəaliyyəti və səhifədəki addımları (məsələn, səhifənin çevrilməsi, klikləmə və siçan kursorunun yönləndirilməsi) haqqında məlumatlar, eləcə də baxılan səhifələrin qeydiyyatı üçün istifadə olunan üsullar, müştəri xidmətinə zəng edilən telefon nömrələri.
1.3 Digər mənbələrdən alınan məlumatlar. Bizim nəzarətimiz altında olan hər hansı bir veb-saytdan və ya təqdim etdiyimiz digər xidmətlərdən istifadə etdiyinizdə sizin haqqınızda məlumat ala bilərik. Biz həmçinin üçüncü tərəflərlə (məsələn, biznes tərəfdaşları, texniki dəstək sahəsində olan altpodradçılar, ödəmə və çatdırılma, reklam şəbəkəsi xidmətləri, analitik xidmət provayderləri, informasiya axtarış xidmətləri, kredit məlumat agentliyi xidmətləri daxil olmaqla) yaxından işləyirik və onlardan da sizin haqqınızda məlumat əldə edə bilərik.
2. Məlumatların istifadəsi
Bizdə olan informasiyalarınızı aşağıdakı kimi istifadə edirik:
· Bizim şirkətlə aranızda bağlanmış müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, istədiyiniz məlumat, məhsul və mübahisəli məsələlərin həlli, ödənişin alınması, yanlışlıqların və problemlərin aradan qaldırılması kimi xidmətlərin təqdim olunması üçün;
· təklif etdiyimiz digər məhsul və xidmətlər, artıq əldə etdiyiniz və ya maraqlandığınız mövzular haqqında məlumat vermək üçün;
· şirkətimizlə sizin aranızda bağlanmış müqavilə öhdəliklərinə uyğun olaraq, sizə hüquq, üstünlüklər, kompensasiya və digər şərtləri təqdim edə bilməyimiz üçün;
· əməkdaşlığımıza dair digər qaydalara, məsələn, vergi qanunvericiliyi, sosial təminat haqqında qanun, statistik hesabatlar üzrə öhdəliklər və s. vəziyyəti ilə bağlı qaydalara riayət olunması üçün;
· bizim siyasət və qaydalarımızın monitorinqi və tərəfinizdən riayət olunmasını təmin etmək üçün;
· sizəxidmət edilməsinə icazə vermək və ya müəyyən üçüncü tərəflərin sizi maraqlandıracağını hesab etdiyimiz mal və ya xidmətlər haqqında sizə məlumat verməsinə icazə vermək. Əvvəlki satış mövzusu olan və ya satış üzrə danışıqlara aid olan məhsullara və xidmətlərə dair məlumat istiqamətində yalnız elektron vasitələrlə (e-poçt və ya SMS göndərməklə) əlaqə saxlamaq hüququmuz var. Biz bu məlumatı yalnız belə məlumatları almağa razı olduğunuz təqdirdə sizə yönəldirik. Əgər fikrinizi dəyişmisinizsə və məlumatlarınızı bu şəkildə istifadə etməyimizi və ya marketinq məqsədləri üçün üçüncü tərəfə ötürməyimizi istəmirsinizsə, xahiş edirik, hesabınızdakı parametrə müvafiq işarə əlavə edərək və ya müştəri xidmətlərilə elektron poçt customerservice_az@oriflame.com , yaxud bizim dəstək xidmətimizlə telefon vasitəsilə 0123101071/72 əlaqə quraraq bunu qeyd edin. ;
· servisimizdəki dəyişikliklərdən sizi xəbərdar etmək üçün;
· sizə və kompyuter sisteminizə saytımız vasitəsilə daha effektiv məzmun təqdim etmək üçün;
· məsləhətçilər şəbəkəsinin həm bizim şirkət, həm də məsləhətçilər sistemimizin digər üzvləri (hər şeydən öncə, sizin məsul kuratorunuz) tərəfindən effektiv idarəolunmasının təmini üçün;
· analitik və statistik qiymətləndirmələri aparmaq, araşdırma aparmaq, məlumatların təhlili, test edilməsi, araşdırılması üçün problemlərin həlli daxil olmaqla, saytımızı idarə etmək və daxili əməliyyatları həyata keçirmək;
· veb saytımızın fəaliyyətini yaxşılaşdırmaq, orada olan məlumatların sizə və kompüter sisteminizə ən səmərəli şəkildə təqdim edilməsini təmin etmək üçün;
· İstifadə etmək istədiyiniz təqdirdə xidmətimizin interaktiv xüsusiyyətlərinə qoşulma imkanı təqdim etmək;
· saytımızın təhlükəsiz fəaliyyətini təmin etmək üçün;
· sizin və digər şəxslərin maraqlarına uyğun olaraq həyata keçirilən reklam fəaliyyətlərinin səmərəliliyini qiymətləndirmək, habelə müştəri məmnuniyyətini və oxşar tədqiqatların qiymətləndirilməsini ehtiva edən müvafiq reklam xidmətləri təqdim etmək üçün;
· Sizin və ya digər istifadəçiləri maraqlandıra biləcək məhsullar və ya xidmətlərlə bağlı təkliflər və tövsiyələr təqdim etmək üçün;
· Müvafiq tənzimləyici orqanların və ya digər səlahiyyətli orqanların sorğularına cavab vermək və qanuni tələblərinə riayət etmək üçün.
· Məsləhətçinin öz şəxsi məlumatlarından marketinq məqsədləri üçün istifadə etmək istəyini sistemdən qaldırmaqla bağlı müştəri xidmətlərinin bir prosedura malik olduğundan əmin olun. 0123101071/72
3. Məlumatlarınızın açıqlanması
3.1 Biz sizin şəxsi məlumatlarınızın satışını təşkil etmir, istifadə və ya ticarət məqsədilə təqdim etmirik.
3.2 Yuxarıda Əlavə 3-də (İnformasiyanın istifadəsi) göstərilən tədbirlərin həyata keçirilməsində bizə kömək etmək məqsədilə, şirkətlər qrupumuzun üzvü olan şirkətlərə (əsas holding şirkəti və onun filialları) şəxsi məlumatlarınızı əldə etməyə imkan verə bilərik.
3.3 Biz sizin məlumatlarınıza çıxış təmin etmək və müəyyənləşdirilmiş üçüncü şəxslər, o cümlədən göstərilən siyahıdakı şəxslər tərəfindən ciddi şəkildə müəyyən edilmiş miqdarda, və qeyd edilmiş məqsədlər üçün istifadəsini təşkil etmək hüququna malikik:
- İş ortaqları: müəyyən şəxslər və ya sizinlə bağlanan hər hansı müqavilənin həyata keçirilməsi çərçivəsində təchizatçılar və subpodratçılar. Bu siyahıya, digər şəxslərlə yanaşı, hava nəqliyyatı daşıyıcıları, ödəmə köçürmə təşkilatları, faktorinq xidməti provayderləri, logistika xidmətləri (toplama və qablaşdırma kimi), müştəri xidməti provayderləri və s. daxildir;
- Məsləhətçilər şəbəkəmizin effektiv idarə olunması üçün şəbəkəmizin digər üzvləri (ilk növbədə şəbəkəmizdəki cavabdeh kurator və sizə tabe olan məsləhətçilər üçün). Şəxsi məlumatlarınızın yuxarıda təsvir edilmiş məqsədlər üçün digər şəbəkə məsləhətçilərinə köçürülməsini istəmirsinizsə, müştəri xidmətləri ilə elektron poçt customerservice_az@oriflame.com və ya telefon vasitəsilə 0123101071/72 əlaqə saxlayın.
- Siz və digər şəxslər üçün aidiyyatı reklamları seçmək və işləmək məqsədilə müvafiq məlumatları tələb edən reklamçılar və reklam şəbəkələri. Reklam tərtibatçılarına şəxsi məlumatları açıqlamırıq, ancaq biz onları istifadəçilərimizlə əlaqəli analitik məlumatlarla (məsələn, 30 yaşından aşağı 500 nəfərin hər hansı bir gündə müvafiq reklamı klikləmələri / müvafiq bir reklamın baxış sayı ilə bağlı məlumatlarla) təmin edə bilərik. Həmçinin, reklam tərtibatçılarına müəyyən hədəflənmiş auditoriyanı ələ ala bilmələri üçün bu cür informasiya məcmusundan istifadə edə bilərik (məsələn, müəyyyən bir ixtisas sahəsinə aid olan yeni ortaq məsləhətçilər).
- Saytımızın təkmilləşdirilməsi və optimallaşdırılması üçün bizə kömək edən analitiklər və axtarış sistemi təminatçıları.
- kredit tarixçələri bürosu (kredit reytinqiniz sizinlə bağlanan müqavilənin şərtlərindən biri olduğu təqdirdə kredit reytinqinizi qiymətləndirmək üçün).
- Sizə mesajlarımızı (marketinq mesajlarını və ya müştəri məmnuniyyətinin qiymətləndirilməsi sorğularını (əgər siz belə bir məlumatı almağa razısınızsa)) göndərməyi təmin edən xidmətlərlə əlaqəli toplu göndərişlər və kütləvi mətn tərtibatçıları kimi texniki tərtibatçılar.
Aşağıdakı hallarda da sizin şəxsi məlumatlarınızı üçüncü şəxslərə açıqlamaq haqqımız var:
- Biz hər hansı bir biznes və ya aktivi satdıqda, satın aldıqda və ya başqa şəkildə köçürdükdə, şəxsi məlumatınızı bu cür biznes və ya aktivlərin potensial bir satıcısı və ya alıcısına açıqlaya bilərik.
- Əgər şirkətimiz və ya demək olar ki, bütün aktivləri üçüncü şəxs tərəfindən əldə edilərsə, bu halda müştəriləri ilə bağlı qorunan fərdi məlumatlar da əldə edilən aktivlərdən biri hesab olunur.
- Qanunvericiliyin yerinə yetirilməsini və ya siyasətimizi və / və ya istifadə şərtlərini və / və ya mövcud müqavilələrin digər şərtlərini yerinə yetirmək və ya tətbiq etmək üçün şəxsi məlumatların açıqlanması və ya ötürülməsi; müştərilərimizin və ya başqalarının hüquqlarını, əmlakını və ya təhlükəsizliyini qorumaq tələb olunursa. Belə məlumatların ötürülməsi şərtləri fırıldaqçılıqdan qorumaq və kredit riskini azaltmaq məqsədilə digər şirkət və təşkilatlarla məlumat mübadiləsini nəzərdə tutur.
4. Biz sizin şəxsi məlumatlarınızı harada və necə saxlayırıq
Bizə təqdim etdiyiniz və haqqınızda topladığımız bütün məlumatlar təhlükəsiz serverlərdə saxlanılır. Online ödənişlər ilə bütün əməliyyatlar SSL texnologiyası ilə şifrələnir və kənar provayderlər tərəfindən işlənir. Biz onlayn əməliyyatlar üçün istifadə olunan kredit və debet kartı məlumatlarını toplamır və saxlamırıq.
Haqqınızda topladığımız məlumatlar nəzərdə tutulan məntəqədə və ya Avropa İqtisadi Zonasından (AİZ) kənarda qorunub saxlana bilər. Bu məlumatlar AİZ-dən kənarda fəaliyyət göstərən əməkdaşlarımız və ya təchizatçılarımız tərəfindən istifadə edilə bilər. Belə əməkdaşlar digər işlərlə yanaşı sizin sifarişinizi yerinə yetirə, odəniş rekvizitlərinin icrası ilə məşğul ola, uğur planına uygun olaraq bonus alma huququnuzla və əlavə xidmətlərin göstərilməsi ilə məşğul ola bilər. Şəxsi məlumatlarınızı təqdim edərkən siz onların ötürülməsi, saxlanması və emalına razılıq verirsiniz. Biz məlumatlarınızın təhlükəsiz emalı və mövcud məxfilik siyasətinin və qanunvericiliyə riayət olunması üçün bütün lazımi tədbirləri həyata keçiririk.
5. Müştəri maraqlarının təmini üçün öhdəlik
Biz sizə saytımızın bəzi bölmələrinə (şəxsi kabinet) giriş üçün verdiyimiz təhlükəsizlik parolunun məxfiliyi üçün məsuliyyət daşıyırsınız. Biz öz parolunuzu kiməsə verməməyi sizdən xahiş edirik. Əgər siz parolunuzu kiməsə ötürsəniz sizin şəxsi kabinetlə görülmüş bütün işlərə görə məsuliyyət daşıyırsınız. Əgər siz öz parolunuzla işləyə bilməsəniz şəxsi məlumatlarınız üzərindəki əsas nəzarəti itirəcəksinkz, sizin adınızdan hüquqi məsuliyyətli fəaliyyət göstərilə bilər. Bu səbəbdən hər hansı bir səbəbdən parolunuz qırılarsa siz dərhal bizi xəbərdar etməli və parolu dəyişməlisiniz. Sistemə giriş halı xaric heç vaxt sizin parolunuzu istəmirik. Bizim əməkdaşlarımız məlumatın təhlükəsizliyi sahəsində geniş tələblərə riayət etməlidirlər.
Təəsüf ki, internet vasitəsilə məlumatların ötürülməsi prosesi heç də tam təhlükəsiz deyil. Sizin şəxsi məlumatlarınızın mühafizəsi üçün əlimizdən gələni etsək də saytımıza daxil olan məlumatlarınızın təhlükəsizliyinə tam zəmanət verə bilmirik, istənilən məlumat ötürülməsi sizin riskiniz altındadır. Biz sizin məlumatlarınızı əldə edən kimi bütün təhlükəsizlik tədbirləri və ciddi qaydalar tətbiq edirik.
6. Sizin hüquqlarınız
6.1 Marketinq məlumatları
Şəxsi məlumatlarınızın marketinq məqsədi ilə istifadə edilməməsi üçün bizə sorğu göndərmək hüququna maliksiniz. Ümumi qaydalara uyğun olaraq biz sizi məlumatlarınızı marketinq məqsədi ilə və ya digər – üçüncü şəxslə hər hansı bir məqsədlə paylaşıb paylaşmayacağımız barədə əvvəlcədən (sizin məlumatlarınızı almazdan əvvəl) xəbərdarlıq edirik. Siz məlumatlarınızın yayılmasına icazə verməmək hüququnuzdan məlumatlarınızı toplamaq üçün istifadə etdiyimiz formanı (adətən CAF qeydiyyat forması) doldurarkən müvafiq bölmədə qeyd etməklə yararlana bilərsiniz. Siz bu hüququnuzdan istənilən zaman öz hesabınızda müvafiq bəndi qeyd etməklə, müştəri xidmətlərinə customerservice_az@oriflame.com elektron məktub göndərməklə və ya telefonla 012 310 10 71/72 əlaqə saxlamaqla istifadə esə bilərsiniz.
6.2 Informasiyanın əlçatan olması. Məlumatların düzəldilməsi və silinməsi. Sizin haqqınızda bizdə olan məlumatları dəyişdirmək və silmək hüququnuz var. Siz öz şəxsi kabinetinizə daxil olaraq məlumatlarınıza baxa, yoxlaya və dəyişdirə bilərsiniz. Bir qayda olaraq biz sizin şəxsi məlumatlarınızı əl ilə dəyişmirik, çünki onların məsafədən yoxlanılması müəyyən qədər çətindir. Beləliklə şəxsi məlumatların vaxtında yenilənməsi sizin məsuliyyətinizdədir. Sizin customerservice_az@oriflame.com elektron poçt ünvanına göndərdiyiniz sorğunuz əsasında qanunverciliyə uyğun ən qısa zamanda sizin hesabınızı bağlaya bilərik. Biz bağlanmış hesabların şəxsi məlumatlarını dələduzluğun qarşısını almaq, məcburi ödənişlərin həyata keçirilməsi, mübahisələrin həlli və s. Qanunvericiliyin tələb etdiyi tədbirlərin həyata keçirilməsi məqsədilə qanunvericiliyə uyğun olaraq özümüzdə saxlayırıq.
7. Şəxsi məlumatların təkmilləşdirilməsi tapşırığı sizin vəzifənizdir
Məsləhətçi şəbəkəmizin iştirakçısı kimi aşağıdakı şərtlərlə digər məsləhətçi-iştirakçıların məlumatlarını yoxlamağı sizə tapşırırıq.
Qaydalarda müəyyən edilmiş məqsəd və miqyasda şəxsi məlumatları təkmilləşdirməyi sizə tapşırırıq və siz də Qanunda nəzərdə tutulmuş şəkildə bu məlumatları təkmilləşdirməyi öhdənizə götürürsünüz.
Sizin şəxsi məlumatları təkmilləşdirmək üçün yeganə məqsədiniz Qaydaların maddələrinin icrasıdır.
Sizin vəzifələriniz əsasən aşağıdakılardır:
- yuxarıda göstərilmiş vəzifə çərçivəsində tərəfimizdən tapşırılmış şəxsi məlumatların təkmilləşdirilməsi
- mövcud Siyasətdə və Qanunun ümumi maddələrində nəzərdə tutulandan xaric şəxsi məlumatların daha əlçatan olmaması üçün hər hansı bir fəaliyyət göstərmək,
- bizimlə əlaqələr pozulduqdan dərhal sonra (yəni məsləhətçi kimi qeydiyyatdan imtina etdikdən sonra) sizə etibar edilmiş şəxsi məlumatları geri qaytarmaq və vəzifənizi yerinə yetirmək üçün məlumatları yerləşdirdiyiniz istənilən elektron vasitətədənsilmək.
Sizə tapşırılmış şəxsi məlumatlar üçün tətbiq etdiyiniz təhlükəsizlik tədbirlərinin yoxlanması hüququnu özümüzdə saxlayırıq. Belə bir auditin həyata keçirilməsi üçün bizdən sorğu aldıqdan dərhal sonra imkan yaratmaq sizin vəzifənizdir.
Bu Məxfilik Siyasəti və Qaydalar əsasında tərəfimizdən sizə həvalə edilmiş şəxsi məlumatların təkmilləşdirilməsi., xüsusən təhlükəsizlik tədbirləri ilə bağlı suallarımıza dərhal cavab verməyi üzərinizə götürürsünüz.Qaydalarda müəyyən edilmiş məqsəd və miqyasda, xüsusən İT sistemlərdə və çap variantda əlinizdə olan şəxsi məlumatların təkmilləşdirilməsi üçün sizə səlahiyyət veririk. Həmçinin, informasiya təhlükəsizliyinə zəmanət verməniz şərtilə mülki-hüquqi xarakterli müqavilə əsasında sizinlə çalışan başqa şəxslərə məlumatların verilməsi üçün əlavə səlahiyyət veririk.
Hazırkı sənədlə tərəflər razılığa gəlir ki, şəxsi məlumatların yer aldığı faylların ictimai şəbəkə vasitəsilə ötürülməsi zamanı şəxsi məlumatların mühafizəsi üçün kriptoqrafik vasitələrdən istifadə edəcəklər.
Mövcud təhlükəsizlik siyasətinin maddələrini pozduğunuz halda məsləhətçi kimi qeydiyyatınızı ləğv edə bilərik.
Hazırkı təhlükəsizlik siyasətini və qaydaları pozaraq şəxsi məlumatları təkmilləşdirdiyiniz halda sizin üçüncü şəxs qarşısındalı öhdəliklərinizə görə, həmçinin əməkdaşlıq etdiyiniz şəxslər qarşısında məsuliyyət daşımırıq.
8. Kuki fayllar
Saytımız sizi saytın başqa istifadəçilərindən fərqləndirmək üçün kuki-fayllardan (cookies) (müştəri sisteminin sərt diskində saxlanılan identifikasiya faylları) istifadə edir. Bu bizə saytlarımıza giriş zamanı istifadəçi təcrübəsinin keyfiyyətini qaldırmağa, həmçinin saytın işini yüksəltməyə kömək edir. Biz kuki-faylları məlumat axınının təhlili, xidmətlərin, kontent və reklamın fərdi nizamlanması, reklamın effektivliyinin yüksəldilməsi, etibar və təhlükəsizliyin yüksəldilməsi məqsədilə istifadə edirik.
Bəzi kuki-fayllar şəxsi məlumatları saxlayır, məsələn, sistemə giriş zamanı “məni yadda saxla” düyməsi seçilərsə kuki-fayllar istifadəçi adını yadda saxlayacaq. əksər kuki-fayllar şəxsin identifikasiya məlumatlarını toplamır, onlar daha çox ümumi məlumatları, məsələn istifadəçilər sayta necə “daxil olur”, sistemdən necə istifadə edir və ya istifadəçinin ümumi yerləşməsini toplayır.
Biz yalnız kuki-fayllar istifadə edərək mümkün olan müəyyən xidmətlər təklif edirik. Bir qayda olaraq kuki-fayllar 4 fərqli funksiya yerinə yetirir:
8.1 İcbari kuki-fayllarBəzi kuki-fayllar sistemin fəaliyyəti üçün əhəmiyyətli rol oynayır. Məsələn, bəzi kuki-fayllar qeydiyyatdan keçmiş istifadəçiləri identifikasiya etməyə şərait yaradır, və bütün sistemə girişi təmin edir. Əgər qeydiyyatdan keçən istifadəçi belə kuki-faylların imkanlarından istifadə etmirsə müvafiq sistemin bütün kontentindən istifadə edə bilməz.
8.2 Istismari kuki-fayllar
Digər kuki-fayllardan saytın istifadəçilər tərəfindən istifadəsini təhlil etmək və sistemin effektivliyinin monitorinqi üçün faydalanmaq olar. Bu bizə sorğuların nəzərə alınması, istənilən problemin tez müəyyən və təyin edilməsinə köklənərək istifadəçi təcrübəsi üçün yüksək keyfiyyət təmin etməsinə şərait yaradır. Məsələn, istismari kuki-fayllar istifadəçilər arasında daha məşhur olan səhifələrin izlənməsi, bəzi səhifələrin səhvlər haqqında məlumat almasının səbəblərini müəyyənləşdirmək üçün istifadə edilə bilər.
Bu kuki-fayllar saytın istifadəçilərin daha çox maraq göstərdiyi məhsul və ya xidməti müəyyənləşdirmək üçün istifadə edilir.
8.3 Funksional kuki-fayllarFunksional kuki-fayllar istifadəçilərin veb-saytdakı ayrı-ayrı şəxsi üstünlüklərini yadda saxlayır.
8.4 Davranış hədəfləri əsasında reklam məqsədi üçün istifadə edilən kuki-fayllarBiz “kuki”dən istifadəçilərin maraqlarına uyğun reklam hazırlanması üçün istifadə edə bilərik. Oriflame bazarın araşdırılması, gəlirlərə nəzarət, saytın fəaliyyətinin yaxşılaşdırılması və müəllif hüquqlarının qorunması məqsədilə üçüncü şəxslərin kuki-fayl məlumatlarından istifadə edə bilər.
8.5. Google Analytics proqramıBiz Google Analytics proqramından istifadəçilərin saytımızın səhifələrindən və tətbiqlərindən istifadəsini başa düşmək məqsədilə istifadə edirik. Bu o deməkdir ki, bizim saytımıza daxil olarkən və ya hər hansı bir mobil tətbiqlərdən istifadə edərkən sizin brauzer avtomatik olaraq müəyyən məlumatları google göndərir. Bu məlumatlar arasında səhifənin veb-unvanı və sizin İp unvanınız yer alır. Siz google texnologiyaları vasitəsilə məlumatların necə toplanması və istifadəsi haqqında daha ətraflı məlumatı aşağıdakı keçiddən öyrənə bilərsiniz: https://www.google.com/policies/privacy/partners/.
əgər siz Google Analytics-in birbaşa sizin brauzerdən istifadə etməsini istəmirsinizsə Google Analytics brauzerini sonradan əlavə edə bilərsiniz. Göstərilən keçiddən siz Google Analytics və Google məxfilik siyasəti haqqında məlumat ala bilərsiniz.Əgər onların brauzerində belə imkan varsa istifadəçilər istənilən zaman kuki-fayllardan imtina edə bilər, lakin bu Oriflame bəzi sistemlərindən istifadə etmək imkanını məhdudlaşdırır. cookies necə söndürmək haqqında daha ətraflı məlumatı aşağıdakı keçiddən tapmaq olar (http://www.allaboutcookies.org/manage-cookies/).
Kommersiya təşkilatlarının kuki-fayllardan necə istifadə edə biləcəyi haqqında daha ətraflı məlumat burada göstərilmişdir :(http://www.allaboutcookies.org/).
9. Məxfilik siyasətimizdə dəyişikliklər
Məxfilik siyasətinə etdiyimiz istənilən dəyişikliklər veb-saytımızda yerləşdiriləcək və sizə elektron poçtla və ya başqa vasitə ilə xəbərdarlıq göndəriləcək. Bütün dəyişiklikləri bizim korporativ sədədləşmələrdə də tapmaq olacaq. Bu cür dəyişikliklər onların nəşri tarixindən qüvvəyə minir. Siyasətin dəyişikliyindən sonra saytımızdan istifadə və sifarişin yerləşdirilməsi dəyişikliklərin qəbulu kimi qiymətləndiriləcək.
10. Əlaqə vasitələri və şikayətlərin istiqamətləndirilməsi
Mövcud məxfilik siyasəti haqqında istənilən sual, şərh və sorğuları qiymətləndiririk, bunları bizim müştəri xidmətlərinə və ya xüsusi elektron unvana göndərmək olar: customerservice_az@oriflame.com.
əgər hesab edirsinizsə ki, bu məxfilik siyasətinin maddələrinə riayət etmirik yuxarıda göstərilən unvana və ya müştəri xidmətləri nömrəsinə 0123101071/72 zəng edə bilərsiniz. Bu cür hallarla rastlaşdıqda bizə ətraflı yazmağınızı xaiş edirik. Biz ən qısa zamanda bu cür məlumat haqqında araşdırma aparacağıq.