Təhlükəsiz günəş: suallar və cavablar

Biz yayda dəriyə qulluq haqda ən populyar suallar ilə Oriflame elmi-tədqiqat mərkəzinin baş kimyaçı-texnoloqu Klara La Berrə müraciət etdik.

UVA VƏ UVB-ŞÜALARININ FƏRQİ NƏDƏDİR?

Günəş şüaları fərqli tezlik və uzunluqda olan dalğalardan ibarətdir. UVA-şüaları ultrabənövşəyi şüalanmanın uzun dalğalarıdır. Bu şüalar UVB qədər güclü olmasa da daha çox zərər verir və buludlu hava şəraitində aktivləşirlər. Onlar hətta şüşədən belə keçə bilirlər. UVA-şüaları mimik qırışlar və piqment ləkələr kimi dəridə vaxtından tez qocalma əlamətlərinin yaranmasına təsir edir. Bir qayda olaraq, günəşdən müdafiə vasitələri hər iki şüa növündən müdafiə etmək imkanına malikdir.

UVB-şüaları qısa dalğalıdır və onların bir qismi buludlar, digər qismi ozon qatı tərəfindən sovrulur, lakin qalan hissəsi günəş yanığları və dərinin qızarmasına gətirib çıxara bilər. Belə şüalar buludlu hava şəraitində və şüşədən  keçə və təsir edə bilmirlər. Mövsüm, coğrafi mövqe və günün vaxtından asılı olaraq UVB-şüalarının təsiri fərqlənir, lakin hər ikisinin pik aktivlik vaxtı oxşardı və saat 10-16 arası radələrinə təsadüf edir. Dərinin gözə görünən dəyişikliklərinin 80%-nə qədəri fotoqocalmanın nəticəsidir, bu səbəbdən hər zaman günəşdən müfadiə vasitəsindən istifadə edin! Bununla yanaşı, ultrabənövşəyi şüalanmadan müdafiə olduğunuz zaman dəri hərçənginin inkişaf etməsi riski də azalır.


DƏRİ QARALMASININ MƏNƏ YARAŞDIĞINI DÜŞÜNÜRƏM. DƏRİM DAHA DA PARLAQ VƏ GÜMRAH GÖRÜNÜR. SANSKRİNDƏN MÜTLƏQ İSTİFADƏ ETMƏLİYƏM?

Bəli, çünki dəri yaşlanmasının 80% həyat tərzi ilə bağlı bir prosesdir. UB-şüalanma da mənfi təsir edir: dəri az nəmlənir və elastikliyini itirir, piqmentasiyası pozulur və fotoqocalma baş verir. Günəşdən müdafiə vasitəsindən istifadə etməyi unutma, düzgün SPF və qulluq seçimi et (ətraflı məlumat veririk).

SPF NƏDİR? ŞƏHƏR MÜHİTİNDƏ MƏNƏ SPF 6 KİFAYƏT EDƏRMİ, YAXUD DAHA GÜCLÜ MÜDAFİƏYƏ EHTİYAC VAR?

Gəlin aydınlaşdıraq! SPF (Sun Protection Factor: günəşdən müdafiə amili) günəşdən müdafiə vasitəsinin effektivliyinin göstəricisidir və dəriyə zərər yetirən UVB-şüalarının mənfi təsirinin qarşısını alınmasını müəyyən edir. Vasitənin adındakı rəqəm vasitəni istifadə etdiyinizdən sonra günəş şüaları altında dərinizə zərər yetmədən keçirə biləcəyiniz vaxtın göstəricisidir. Çox sadə bir düsturu var: əgər sən gün altında dərin yanmadan 10 dəqiqə keçirə bilirsənsə SPF 6 bu müddəti 6 dəfə çoxaldır və 60 dəqiqəyə çatdırır. SPF 15 bu müddəti 15 dəfə çoxaltmaqla 150 dəqiqə təşkil edir. Biz sənin şəhərdə və ya istirahətdə olduğundan asılı olmayaraq 15 və daha yüksək müdafiə faktorlu məhsulları seçməyini məsləhət görürük. Unutma ki, SPF yalnız dərinin zərər alması riskini ləngidir və həmin riskləri aradan qaldırmır. Bunun üçün əgər sən dənizdə üzürsən və ya tərləmisənsə hər iki saatdan bir sanskrini istifadə et və əlavə olaraq dərini geyimlə qoru.


SANSKRİN YOXSA B VİTAMİNİ? İKİSİNİ BİRLİKDƏ İSTİFADƏ EDƏ BİLƏRƏM?

Əlbəttə, istifadə edə bilərsən! Gün ərzində çöldə 15 dəqiqədən çox keçirirsənsə sən D vitaminin tövsiyə olunan dozasını almış sayılırsan. Lakin, D vitaminini təbii yolla zəruri miqdarda almaq üçün günəşdən müdafiə vasitələrini istifadə etmədən dərini təhlükəyə atmaq düzgün deyil. Bundan əlavə, küçədə mütləq günəşli havanın olması vacib deyil - kifayət qədər buludlu hava da ola bilər.

Redaktorun tövsiyəsi

Günəşdən müdafiə vasitələrinin istehsalına dair ən yüksək standartlar Avropada tətbiq olunur. İsveç şirkəti olaraq Oriflame tam bu standartlara uyğun fəaliyyət göstərir. Sən istədiyin günəşdən müdafiə vasitəsini seçib onun sənin dərini vaxtından tez qocalmadan və günəş yanıqlarından qoruyacağına əmin ola bilərsən.

Günəş altında çox durma, kifayət qədər su iç, sağlam qidalan və sənin dərini düzgün qaydada təmizlənməsini və onu bütün qidalandırıcı maddələrnən təmin edən kompleks qulluğu unutma.

 

Mətn: