Bir nömrəli hazırlıq: yayda gözəl dəri üçün beş məsləhət

Mövsüm dəyişikliyi dəri qulluğuna təsir edirmi? Özü də necə! Bizim byüti-redaktor Sanna Franklin ilə danışaraq hansı prosedurların bədənin yaya hazırlaşmağına kömək etməyindən soruşduq.

Sanna Franklin: Mən yayın əsl fanatıyam. Günəş, çimərlik, dəniz və isti havanın həvəskarıyam. Mövsüm dəyişiklikləri və dəriyə qulluq qaydaları haqqında hər şey bilirəm, çünki Stokholm və Nyü-Yorkda yaşamışam. 

1.DƏRİ CİLALANMASI

Həftədə iki dəfə skrabdan istifadə etmək — hamar dəriyə nail olmaq üçün əla üsuldur. Dircəklər, dabanlar və dizlər üçün duş geli və skrabdan istifadə edirəm. Burada da iş bitmir! Əl dərisinin də qulluğa ehtiyacı var, ona görə də qidalandırıcı skrab "Süd və bal" — Qızıl seriyadan istifadə et. Onlar dəriyə hamarlıq, yumşaqlıq və süd və balın xoş ətrini bəxş edəcək!

2. DÜZGÜN TƏRAŞ
Ətəklər, donlar və şortlar — isti hava öz dəbli qaydalarını təqdim edir. Hamar dəriyə malik olaraq kəsiklərin əmələ gəlməməsi üçün təraş və depilyasiyada ülgücü tez-tez dəyiş, həmçinin təraş əvvəli və sonrası vasitələrdən istifadə et. 

Bəs dəridə ülgücün izləri qalıbsa neyləmək olar? Narahat olma! Dəsmalı soruq suya salaraq qıcıqlanmış dəridə bir neçə dəqiqə ərzində saxla. Həmçinin növbəti bir neçə gündə tərkibində spirt olan məhsullardan istifadə etmə. 

3. TƏHLÜKƏSİZ QARALMA
Biz hamımız UB-şüaların dəriyə zərəri haqqında çox bilirik. Lakin yayı qaralmış dərisiz necə təsəvvür etmək olar? Heç cür! Xöşbəxtlikdən çıxış yolu var. Cilalayıcı vasitı vı ya skrabdan istifadə etdikdən sonra növbəti gün — avtozaqardan istifadə et. Ləkələrin əmələ gəlməməsi üçün prosedurları hər iki-dörd gün davam et.

4. GÜNƏŞDƏN MÜDAFİƏ
Həmişə sanskrindən istifadə et — hətta kölgədə olduqda, avtozaqardan istifadə etdikdə və ya günün buludlar arasında gizləndiyi vaxtda belə. Yalnız SPF dərini ultra bənövşəyi şüalardan müdafiə edərən vaxtından əvvəl yaşlanmadan müdafiə edəcək.

5. DƏRİNİN DAXİLDƏN NƏMLƏNMƏSİ
Yay mövsümündə dərinin nəmliliyini saxlamaq — zəruridir. Yayda çoxlu su iç — bu orqanizmdə su balansının normada saxlanılmasına kömək edəcək. Mənim məsləhətim: suyu qablara tök, içinə bir-iki dilim limon at və soyuducuda soyudaraq gün ərzində iç. Sadə və faydalı. 

Mətn: Şəkil: Kristin Reyford