Qalın və güclü: saçları necə gücləndirmək olar

Yazda saçlarımız xüsusilə həssasdır: temperatur dəyişikliyi, avitaminoz və bədəndəki mövsümi dəyişikliklər kövrəkliyin artmasına və saç tökülməsinə səbəb olur. Saç tökülməsinə qarşı yenilənmiş HairX seriyası ilə onları necə gücləndirə biləcəyini öyrən.

 

Düzgün təmizlənmə
Baş dərisi kifayət qədər təmizlənməsə, çirklər yığılır və saç folikullarının qidalanması zəifləyir. Nəticədə saçlar zəifləyir və qırılır, güclü tökülə bilər. Baş yuma ritualına yenidən nəzər sal. Şampunu yumağa tələsmə: böyük köpük əmələ gələnə qədər baş dərini yaxşıca masaj et və bütün çirkləri təmizləmək və eyni zamanda qan dövranını gücləndirmək üçün heç bir nahiyyəni buraxma. Ancaqbaşa bir saçlara şampun vurmağa ehtiyac yoxdur - saç köklərindən axan köpük onlara kifayət olacaq.

Kövrəkliklə mübarizə
Saçlar yalnız tökülməyə görə yox, həm də kövrəklikdən qalınlığını itirir: mil kifayət qədər güclü deyilsə, onlar ortada və ya düz köklərin yanında qırıla bilərlər, beləliklə qalınlıq azala bilər. Qidalandırma və gücləndirmə effekti ilə kondisioner istifadə etdiyinə əmin ol: müasir məhsullar həcmi qoruyaraq saçları ağırlaşdırmırlar və eyni zamanda uzunluğu qoruyurlar. Şampundan sonra əlavə qalınlıq verən, saç səxlığını artıran xüsusi vasitələrdən istifadə et.

Baş dərisinə qulluq
Saçların böyüməsini sürətləndirmək üçün səhər və axşam baş dərisi üçün tonikindən istifadə et. Onu quru və ya yaş saçlara vurmaq olar, yaxalamağa ehtiyac yoxdur. Effekti artırmaq üçün proseduru həftədə 2-3 dəfə 10 dəqiqəlik tam masaj seansı ilə bitir. Bunu yumşaq kauçuk dişli xüsusi masaj aləti ilə etmək çox rahatdır: o, mikrosirkulyasiyanı stimullaşdırır, saç tökülməsini azaltmağa kömək edir, yaş və quru darama üçün uyğundur.

Kompleksin tərkibindəki dəmir saç tökülməsini dayandırır, L-lizin onların həyat müddətini uzadır. Selenium və sink saçların böyüməsini dəstəkləyir, alma prosianidləri (antioksidant) onların miqdarını, həcmini və gücünü artırır.






Dörd mərhələ
Saçların dəstəklənməsi və gücləndirilməsi üçün bütün lazımlı vasitələri saç tökülməsinə qarşı yenilənmiş HairX Fall Defense seriyasında tapa bilərsən. Klinik nəticə: saç tökülməsi cəmi 8 həftə ərzində əhəmiyyətli dərəcədə azalır, saçlar isə daha qalın və daha sıx olur.

Dəniz planktonu əsaslı TriActivate texnologiyası saç tökülməsini azaldır, böyüməni stimullaşdırır və incə və nazik saçların sıxlığını artırır. Hialuron turşusu və B3 vitamini əsaslı Vitamin Moisture Matrix kompleksi saçları nəmlə doldurur və onları qıdalandırır. Soya zülalları və yağ turşuları ilə fitonutrient kompleksi saçların sağlamlığını və gücünü qoruyur.





Gözəl və sağlam saçlara cəmi dörd addım:

 

Şampun saçları yumşaq şəkildə təmizləyir və gücləndirir, onların sıxlığını artırır;
Kondisioner incə saçları qidalandırır və gücləndirir, onların daranmasını asanlaşdırır;
Tonik saçların böyüməsini köklərdən stimullaşdırır;
Saç sıxlığını artıran vasitə saçları daha qalın və parlaq edir.

Mətn: