Zərdablar nədir?
Zərdablar – antioksidantlar, turşular və vitaminlər kimi fəal inqredientlərin yüksək miqdarını özündə birləşdirən dəriyə qulluq məhsullarıdır. Zərdab dəridə kollaqen ifrazını stimullaşdırır və lazımı nəm səviyyəsini saxlamağa kömək edir. Daha kiçik ölçülü molekul sayəsində zərdablar kremlərə nisbətən daha yüngül tekstura malikdir və qidalandırıcı maddələrin dərinə daxil olmasını təmin edir.
Zərdablardan istifadənin üstünlüyü nədir?
Zərdablar dərinin dərin qatlarındakı problemləri həll etmək üçün yaradılmışdır, məsələn piqment ləkələri, yaşla əlaqədar dəridə yaranan rəng dəyişiklikləri və dərin qırışlar kimi problemlər. Zərdablar – kompleks yaşəleyhinə qulluğun vacib hissəsidir və onların effektivliyi kliniki sınaqlarla sübut olunmuşdur.
Zərdab gündüz və ya gecə kremini əvəz edə bilərmi?
Xeyr, çünki nəmləndirici vasitələr dərinin nəmləndirilməsi üçün nəzərdə tutulub. Həmçinin o dəri və ətraf aləm arasında müdafiə baryeridir. Zərdablar isə başqa cür işləyir: onlar dərinin dərin qatlarına nüfuz edərək onu qidalandırıcı inqredientlərlə təmin edir.
- Zərdablar güngül tekstura malikdirlər, onun sayəsində dərinin alt qatlarına nüfuz edərək onu lazımi inqredietlərlə təmin edirlər.
- Zərdablar gündüz kreminin təsirini artırır, yalnız onu əvəz etmir.
- Gündüz kremi dərini nəmləndirərək onu gün boyu qoruyur. SPF-faktor dərini fotoyaşlanmadan qoruyur.
- Gecə kremləri gecələr istifadə olunması üçün hyaradılmışdır. Onlar gecə ərzində dərini nəmləndirərərk bərpa edir. Zərdab isə bu təsirə malik deyil.
Zərdablardan necə istifadə etmək lazımdır?
Yüngül masaj hərəkətləri ilə zərdabı əvvəlcədən təmizlənmiş və hazırlanmış üz və boyun dərisinə çək. Az miqdarda vasitə kifayət edəcək, belə ki, vasitənin tərkibi kifayət qədər dolğundur və o, dəridə yaxşı yayılır. Zərdab mükəmməl hopur və bir neçə dəqiqədən sonra sən artıq sevimli gündüz və yaxud gecə kremini çəkə bilərsən.