Gəlin DNT-ni aydınlaşdıraq…
İki cümlə ilə anlatsaq: DNT molekulası bizi biz etmək üçün özündə informasiya daşıyır. O hər iki valideyndən informasiyanı toplayır, məhz ona görə də o unikaldır, çünki dünyada eyni DNT-li ikinci insan olmur. Yalnız eyni yumurta əkizləri eyni DNT ilə dünyaya gələ bilərlər.
Əgər bizim genlərimiz bizim görünüşümüzü – saç rəngindən tutmuş boy və bədən quruluşuna qədər əvvəlcədən dormalaşdıra bilirsə, demək dəriyə qulluq o qədər də vacib deyil?
Son tətqiqatlar bunun əksini görsədir. Alimlərin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, bizim xarici görünüşümüzün 80% ətraf-aləmin təsiri və bizim şəxsi seçimimizdən asılı olur. Şəxsi seçim dedikdə isə bizim nə içdiyimiz, necə qidalandığımız, nə qədər yatdığımız və istirahət etdiyimizi nəzərdə tuturam. Ətraf aləmin təsiri dedikdə isə günəş radiasiyası, siqaret çəkmək və qapalı şəraitdə, quru kondisioner havasında uzun müddət qalmaq.
Nəyə görə bu məsələlər çox vacibdir?
Əsas ona görə ki, onlar hüceyrələrin turşulaşmasına və dərinin yaşlanmasına təsir göstərir.
Orqanizmimiz oksigen qəbul edərkən sərbəst radikallar əmələ gəlir ki, onlar da öz növbəsində hüceyrələri zədələyirlər. Sərbəst radikalların orqanizmdə az miqdarda mövcudluğu hətta faydalıdır, onlarsız orqanizmin düzgün işləməsi mümkün deyil. Lakin onların normadan artıq olması ciddi xəstəliklərin və qırışların yaranmasına səbəb ola bilər. Stress, siqaret çəkmək, alkoqol, günəş şüaları və ətraf-aləmin çirki vəziyyəti bir qədər də çətinləşdirir.
Günəşin dəriyə ziyanı nə qədərdi?
Uzun müddətli günəş şüalarının təsirinə məruz qalmaq heç də xoş olmayan sonluqla nəticələnə bilər. Onlardan da ən pisi dəri xərçəngi xəstəliyidir. Zərərli ultrabənövşəyi şüalar piqmentasiya prosesini və kollagen sitezini pozaraq dərinin aşlanması, sallanması, həmçinin qırışların əmələ gəlməsinə səbəb olur.
Lakin bununla yanaşı müəyyən qədər günəş şüaları orqanizm üçün faydalıdır, çünki orqanizmimiz üçün kalsium və immun sistemini yaxşılaşdırmaq üçün D vitamini mütləqdir. D vitaminini hətta xöşbəxtlik vitamini adlandırırıq. Orqanizmin kifayət qədər D vitamini istehsal etməyi üçün gün hər gün 10 dəqiqəyə qədər açıq havada vaxt keçirmək lazımdır.
Yaşlanma prosesini yavaşıtmaq üçün nə etmək olar?
Uzun müddətli günəş şüalarında qaç, kifayət qədər su iç, faydalı qida qəbul et və dərini düzgün təmizləyən və qidalandıran kompleks qulluğu da unutma.
Hansı yaşa qədər dərinin cavan saxlanması üçün ona qulluq etmək gec deyil?
Düzgün qulluq vasitələrini əldə etmək heç zaman gec deyil! Günəş şüalarının zərərli təsiri toplama effektinə malikdir və 20 yaşına qədər dərimiz ətraf-aləmin zərərli təsirini özündə toplayır. Lakin buna baxmayaraq istənilən yaş dövründə kompleks qulluq vasitələrinin köməyilə vəziyyəti düzəltmək mümkündür.