Eclat Mon Parfum: ustad-ətriyyatçı Emili Kopperman ilə müsahibə

O, Balmain, Givenchy, Roberto Cavalli, Trussardi və Versace üçün kompozisiyaları hazırlayırdı və 2015-ci ildə Fransada nəşr olunan Cosmétique Mag jurnalı və İtaliya Parfümeriya Akademiyası tərəfindən “Ilin Parfümeri” adına layiq görülmüşdü. Emili Koppermann ətir vasitəsilə Paris zərifliyini bizlərə göstərir. Onun Eclat Mon Parfum premium parfüm suyunun ərsiyə gətirməsi haqda müsahibəsini qaçırma.

ƏSL PARİS ZƏRİFLİYİ NƏDİR? SIZ ONU ÖZÜNÜZƏ NECƏ TƏSVİR EDİRSİNİZ?
Bu hissi sözlə ifadə etmək mənə çətindir, çünki mən Parisdə yaşayıram və anamdan, nənəmdən, rəfiqələrimdən “art de vivre”, yəni “yaşamaq tərzi” fəlsəfəsini öyrənmişəm…. Art de vivre-yə uyğun yaşamaq həyatda harmoniyanı və xoşbəxtliyi indi və burada tapmaq və həyatın hər anından həzz almaq üçün prioritetləri düzgün qaydada sıralamaq anlamına gəlir. Art de vivre gündəlik qarşılaşdığımız detallardan ibarətdir - xoşladığın kafedə səhər yeməyindən tutmuş zamana hökm olmayan ətirədək.

NİYƏ ECLAT MON PARFUM-UN YARADILMASI SİZİN ÜÇÜN ÖZƏL BİR TƏCRÜBƏ OLDU?
Bu layihə xəyalım idi! İçimdə həm parfümer, həm parisli bir qadın sevinirdi! Mən incə və zərif qadın obrazını təsvir etmək istəyirdim. Bu, əsl Paris şıkının təcəssümü olardı, həqiqi art de vivre sayılardı. Həmçinin, müasir parfümeriyanın ən qiymətli və bahalı inqrediyentlərindən biri sayılan DeLaire akkordu və ağ iris ilə işləmək imkanı bəxtimə düşdü.

NİYƏ İNQREDİYENTLƏR BU DƏRƏCƏDƏ QİYMƏTLİDİR?
DeLaire akkordu ilə işləmək bir özəl imtiyazdır. DeLaire parfümeriya evi müasir parfümeriyanın təməlində duran şirkətlərdən biridir və artıq 140 ildən çoxdur xüsusi parfüm bazaları və akkordları yaradır. Son vaxtlaradək bu baza və akkordlar Chanel və Guerlain kimi məşhur premium brendləri tərəfindən rezerv olunmuşdu.

Son zamanlar ağ iris parfümeriyada ən bahalı təbii komponent sayılır. O, hətta ənbər və müşkü ötüb keçib. Hazırlanma prosesinin çox zəhmətli və uzun müddətli olduğu üçün iris yağı əl ilə və ancaq sifariş əsasında hazırlanır. İlk öncə iris üç il ərzində zəmilərdə bitir, daha sonra onun ana kökünü günəş şüaları altında qurudurlar və növbəti üç il ərzində saxlanılmağa göndərirlər. Bundan sonda ayırma və distilə metodu ilə kərə yağına oxşar ətirli substansiya hazırlanır. Bir kiloqram yağın hazırlanması altı ildən çox müddət çəkir və səkkiz ton ana kök, yəni 40000 çiçək tələb olunur.

GÖRDÜYÜNÜZ İŞİN NƏTİCƏSİ SİZİ RAZI SALDIMI?
Mən onu həddindən artıq sevirəm və onunla fəhr edirəm. Eclat Mon Parfum premium ətiridir, heç şübhəsiz zərif Paris xanımı tək incədir. Düşünürəm ki, özəl ətir hazırlaya bildim - aktual, eyni zamanda əbədiyaşar, zamana hökm olmayan bir kompozisiya. Ağ irisin mükəmməlliyini vurğulayaraq əfsanəvi DeLaire akkorduna müasir görünüş verdim. Mənim üçün Eclat Mon Parfum incə flakona qablaşdırılmış Parisdir.

 

Mətn: Şəkil: Oriflame