İdmanla aktiv şəkildə məşğul olmağa nə vaxt başlamısınız?
Mən lap kiçik uşaq yaşlarımdan çox aktiv bir oğlan idim. Belələri haqqında deyirlər - o, bir yerdə dura bilmir. (gülür) Amma gəncliyimdə heç bir idman növü ilə ciddi, peşəkarcasına məşğul olmadım. Yalnız 53 yaşımda mən öz yerimi tapdım və dəniz marafon üzgüçülüyü ilə maraqlandım.
Niyə məhs üzgüçülüyü seçdiniz?
Məni əsas idman fənlərindən kənarda inanılmaz güc, dözümlülük, sürət və bacarıq göstəriciləri nümayiş etdirən insanlar həmişə təəcübləndiriblər. Hələ 15 yaşındaykən, mən uzun müddət suda qalma qabiliyyətimi üzə çıxardım, onda Meshcherskoy gölü boyunca üzməyə müvəffəq oldum. Üzməyi özüm öyrənmişəm, amma idman texnikam heç vaxt olmayıb. Mən hərfi mənada dəniz və okeanlar, köpəkbalıqları, kaşalotlar, akvalanqların xəstəsi idim və İxtiander kimi üzmək istəyirdim. Bütün inanılmaz uşaqlıq arzularım xəyalımda təsəvvür etdiyimdən daha böyük həcmdə gerçək oldu. Kilimancaro və Elbrusa qalxdıqdan sonra nəhayət tam anladım ki, mənim stixiyam soyuq dağ zirvələri deyil, isti tropik dənizlərdir.
Hansı rekord sizə ən çətin başa gəldi?
Bütün rekordlar mənə böyük çətinliklə başa gəldi. Hələ heç bir adam mənim heç bir marafon üzməyimi təkrar edə bilmədi, halbuki 11 üzgüçü bunu etməyə çalışmışdır. Bora Bora adasının ətrafındakı 58-cü doğum günümdəki üzmə ən çətin marafon idi. Mən 26,92 km məsafəni kifayət qədər sərin Sakit okean sularında 12 saat 49 dəqiqə fasiləsiz üzmədə qət etdim. Üzmə zamanı mənim möhkəmliyim həm qasırğa, həm fırtına, həm dəhşətli axınlar, həm də balıqçılıq şəbəkələri ilə sınağa çəkildi.
Yeməyinizə fikir verirsinizmi? Xüsusi bir pəhriziniz varmı?
Qidalanma mənim fiziki və zehni formamın əsasını təşkil edir. Mən xüsusi metodlarıma əməl etməsəydim, dəniz marafonlarında heç bir rekord haqqında söz ola bilməzdi. Adi insanlar və ya idmançılar kimi qidalanaraq, belə nəticələrə fiziki olaraq nail olmaq mümkünsüzdür. Mənim kompleks yanaşmam: nəfəs alma, Wellness məhsullarına əsaslanan qidalanma, içmə rejimi, fiziki fəaliyyət.
Wellness seriyası məhsulları fiziki formanı saxlamağa sizə necə kömək edir? Sevimli məhsulunuz var?
Mən Wellness seriyasının ilk sadiq pərəstişkarlarındanam. Bax artıq 12 ildir bu məhsullarla öz gündəlik rasionumu tamamlayıram və onları tropik səfərlərə aparıram. Seriyanın sevimli məhsulum - barlar. Mən uşaqlıqdan şirniyyata dəhşət meilliyəm. Bütün səyahətçi dostlarımı və idmançıları Wellness batonları ilə təmin etməyə çalışıram.
Biz sinizlə idman məşğuliyyətinizi necə uyğunlaşdırırsız?
Mən artıq 20 ildir ki, şəxsi, idman və ictimai həyatımı Oriflame ilə əməkdaşlıqda biznes ilə əla uyğunlaşdırıram.
Yaxın gələcək üçün hansı hədəfləriniz var?
Dəniz marafon üzgüçülüyündə gücüm çatana qədər rekordlar qoymaq niyyətindəyəm. Mən yaşlaşıram, 61 yaşım var, əmək veteranıyam, təqaüdçüyəm, amma hələ iyirmi-otuz il ərzində dünyanı təəcübləndirə biləcəyəm.
Vasiliy Boçkarevin rekordları:
• Taylanddakı Koh Çanq adasının ətrafında 25 saat 57 dəqiqəyə 52 km məsafəlik marafon.
• Bel üstə uzanaraq pres qaldırmaları - 3 saat 33 dəqiqəyə 4222 qaldırma.
• Çubuqlu Skandinav yürüşü üzrə ən uzun təkadamlı marafon - 22 saat 3 dəqiqəyə 108 km.