Katrin Alakbarov: "Hər zaman öz qarşına çətinliklər qoymalısan"

Şirkətdə 22 illik iş ərzində bir çox ölkəni ziyarət etdi, bir çox biznes yüksəkliklərini fəth etdi və öz idarəetmə tərzini yaratdı. Biz Oriflame Rusiya yeni baş direktorundan öyrəndik ki, ona daima enerjili və ambisiyalı olmağa nə kömək edir, kollektivdə münasibətləri necə qurur və niyə uşaqlarına “yox” demir.

Oriflame yolun necə başladı? Həmişə beynəlxalq şirkətdə işləmək istəmisən?

İsveç şirkətində çalışmaq istədiyimi dəqiq bilirdim. 90-cı illərdə Stokholmda da olaraq çalışdığım zaman İsveçə və bu ölkənin mədəniyyətinə aşiq oldum. Mənim üçün, postsovet məkanından olan bir şəxs kimi, bu yeni, qeyri-adi bir təcrübə idi. İsveçlilərin necə yaşadığını, necə dostpərvər, gülərüz, qayğıkeş olduqlarını, bir-birinə nə qədər hörmətlə yanaşdıqlarını gördükdə mən başa düşdüm ki, mən də belə istəyirəm. Bu ilk baxışdan məhəbbət idi. Mən qərara gəldim ki, əgər İsveçə köçmək alınmasa, İsveç mədəniyyəti və dəyərləri olan bir şirkətdə çalışacağam. Bir gün qəzetdə elan gördüm ki, Oriflame-də satış meneceri vakansiyası var. Onlar məni götürdülər və bir neçə aydan sonra Oriflame Estoniya şirkətinin baş direktoru oldum. 

Rusiya şirkətlərində, elə bir çox beynəlxalq şirkətlərdə olduğu kimi, qadınlar nadir hallarda yüksək vəzifələr tuturlar. Necə düşünürsən, bu nəy bağlıdır və gender stereotipləri qadının peşəkar kimi qəbul olunmasına təsir edirmi?

Mən fikirləşirəm ki, böyük beynəlxalq şirkətdə müvəffəqiyyətli karyera qurmaq üçün qadınlarla kişilərin şansı eynidir. Biznesdə ən mühüm şey satış həcmi və artan mənfəətdir və burada hər kəs əsasən sənin peşəkar keyfiyyətlərinə, hansı nəticələrə nail olduğuna diqqət yetirir. Karyera qadına daha çətin başa gəlir o mənada ki, adətən onun üzərində ikiqat yük olur. Ofisdə gərgin bir gündən sonra evdə başqa bir iş gözləyir, çünki ailəyə, uşaqlara qayğı da çox güc və enerji tələb edən əməkdir. 

Oriflame-də işlədiyin vaxt ərzində çox yaşayış yeri dəyişmisən. Hər dəfə yeni bir komandanın etibarını qazanmaq, yeni bir mədəniyyətə uyuşmaq çətindirmi?

Ən əsası, işlədiyin ölkənin mədəniyyətini anlamaq və ona hörmət etməkdir. Hesab edirəm ki, komanda yeni rəhbərə uyğunlaşmalı deyil, amma rəhbər anlamalıdır ki, insanlar niyə bu şəkildə düşünürlər, niyə bu şəkildə davranırlar. Yeni insanlarla münasibətlər qurmaq üçün sadəcə olaraq ünsiyyət etmək lazımdır. Burada, Moskvada böyük bir ofis var, çox sayda işçi var və mən hər gün kiməsə yaxınlaşıram və soruşuram: "Adın nədir, nəylə məşğulsan?". Hər gün yeni bir tanışlıqdır. Bu mərtəbəni gezdikdən sonra, üçüncüyə çıxıram və belə davam edir. Bəs başqa nə cür? İsanlarla danışmaq lazımdır və ilk addımı mən atmalıyam.

Səncə Rusiyada və dünyada birbaşa satışın gələcəyi nedir?

Dünya çox tez dəyişir, əvvəl və indi hər şeyin necə olduğunu müqayisə etsək, böyük bir fərq görmək olar. Buna baxmayaraq, tövsiyələr hələ də birbaşa satışın əsas üstünlüyü kimi qalır. İndi insanlar hətta südü alanda, tanışların rəylərinə və ya öz təcrübələrinə əsaslanırlar. Mən Moskvaya köçdüm, heç bir gözəllik salonu və manikür ustaları tanımırdım, mən nə etdim? Mən yoldaşlarımdan getdikləri yerləri soruşurdum. Axı Oriflame-də bütün biznes şəxsi tövsiyələr əsasında qurulub. Hətta biz özümüz, heyət, öz kosmetikamızı istifadə edirikbeləcə tanışlarımıza tövsiyə edirik. Mən bax bütün qonşularıma, bütün tanışlarıma sevdiyim məhsullar haqqında danışıram. Ya da, məsələn, mən uzun müddət görmədiyim bir şəxslə təsadüfən qarşılaşıramo deyir: "Oh, Katrin, necə yaxşı görünürsən!". Mən də ona NovAge haqqında danışıram. İkinci üstünlüyümüz əlavə gəlirdir. İndiki vaxtda, insanlar tez-tez müxtəlif işləri uyğunlaşdırırlar. Məsələn, adam gündüz ofisdə, axşam isə taksi sürücüsü kimi çalışır. Oriflame-isə hər kəs sadəcə olaraq məhsulları tövsiyə edərək pul qazana bilər. 



Amma indi bazarda rəqabət çox artıb. Onlayn olaraq hər şey satan və sifarişləri bütün dünyaya çatdıran brendlərin sayı çoxalır. Necə hesab edirsən, bu, Oriflame-in bazar mövqeyinə mənfi təsir göstərir?

Rəqabət həqiqətən böyüyür, amma bu bizim üçün problem deyil. Birincisi, Oriflame İsveç şirkətidir. Bu artıq keyfiyyət nişanıdır. Bundan əlavə, şirkətimiz dəriyə qulluqda mütəxəssisdir. Bizim dekorativ kosmetikalarımız mükəmməldir, çünki İsveç inkişaf etmiş bir ölkədir və bütün dünyada məşhurlaşan trendləri yaradır. İsveç qadınlarının indi geyindikləri yarım ildən sonra hər yerdə geyiləcək. Buna görə də, Oriflame kosmetikası bu həmişə dəbli və əla məhsullardır. Hesab etmirəm ki, müasir dünyada özümüzü itirək. Biz artıq Rusiyada yaxşı tanınırıq, sadəcə brendə olan etibarlılığı artırmalıyıq. 

İnsanlarla çox ünsiyyət edirsən, onlara öz enerjini verirsən. Emosional yanma hiss etdiyin anlar olur mu? Bunun öhdəsindən necə gəlirsən?

Əlbəttə ki, olur. Mən çox enerji verirəm - bu mənim işimdir. Amma aktivlik mənim təbii vəziyyətimdir. Bəzən yoruluram və enerji almaq üçün heç bir yerim olmur, onda özümə deyirəm: "Bunu da etmək və yatmağa getmək lazımdır". Mən həm də başa düşürəm ki, enerjimi hər şeyə sərf edə bilmərəm, buna görə də şüurlu yanaşma seçirəm. Məsələn, mən televizora ümumiyyətlə baxmıram, çünki bunu boş vaxt itkisi hesab edirəm. Seriallara, əlbəttə ki, bəzən baxıram amma beyin yükləməyən yüngül, əyləncəli olanlara. Stiv Cobsdan nümunə alaraq, lazımsız qərarlar verməməyə çalışıram. Bax o, hər səhər paltar seçımındə vaxt və gücünü sərf etməmək üçün yalnız vodolazkalar geyinirdi. Əlbəttə ki, mən belə edə bilmərəm, mən qadınam, böyük bir qarderobum var. İdmana qaldıqda isə, məsələn, mən özüm üçün üç məşq proqramı yüklədim: bazar ertəsi günü bir kompleksi iyirmi dəqiqə, çərşənbə axşamı - digərini, çərşənbə günü isə – üçüncüsünü edirəm. Və uzun-uzadı düşünməyimə, seçməyimə ehtiyac yoxdur - mən sadəcə edirəm. 

Bir çox uğurlu insanlar səhər rituallarının əhəmiyyətindən danışır. Sənin özündə varmı? 

Bəli, mən də bu insanlardanam. Mən 5:15-də oyanıram, su, qəhvə içirəm, idmanla məşğul oluram. Saat 7:30-da işə gedirəm. Mən saat 8-də ofisə gəlirəm. Bu vaxt bura elə yaxşıdır: səssizlik, sakitçilikdir. Hamı gəlib çıxınca mən artıq çox şeyi etməyə çatdırıram. Bundan əlavə, mən belə başa düşürəm ki, ofisdə atmosfer necədir: insanların hansı əhval-ruhiyyədə gəldiyini, razı və ya narazı olduqlarını müşahidə edirəm. Tez durduğuma görə axşam saat səkkizə yaxın mən artıq, əlbəttə ki, daha az məhsuldar oluram. Ümumiyyətlə, saat dörddən sonra çox güc tələb etməyən şeyləri etməyə çalışıram, axşam görüşlərini isə səhər saatlarına təxirə salıram. 

Şəxsi həyat üçün, ailə üçün vaxt qalırmı? 

Çətin olmasına baxmayaraq, balans tapmağa çalışıram. Amma məzuniyyətdə olduğum zaman istirahət edirəm. Uşaqlarım günortaya kimi yatanda, olur ki, özümə məşquliyyət tapmıram, axı mən tez dururam. Onda mən işlə bağlı nesə edə bilərəm. Amma daha çox istirahət edirəm, oxuyuram. 

Yeri gəlmışkən, oxumaq haqqında. Sənə faydalı və maraqlı gələn hər hansı bir kitabı  məsləhət görə bilərsən? 

Bu yaxınlarda mən iki əla kitab oxumuşdum: The Female Brain və The Male Brain (rus dilinə "Kişinin başında nələr baş verir" tərcümə olunub - redaktorun qeydi), onları Lien Brizendayn yazıb. Düşünürəm ki, hər kəs bu kitabları oxumalıdır, onda bir-birimizi daha yaxşı başa düşəcəyik. Ümumiyyətlə, çox kitab oxumaq üçün vaxtım yoxdur, buna görə mətn və audio formatlarında non-fikşn kitabların qısa nəqlını tapa biləcəyim proqramı yüklədim. Bax səhərlər, makiyaj edərkən, mən bu qısa audioları dinləyirəm. 



Sənə necə gəlir, valideynlik təcrübəsi liderlik bacarıqlarını inkişaf etdirməyə kömək edirmi? 

Əlbəttə. Axı həm də mənim həyat yoldaşım azərbaycanlıdır. Biz müxtəlif mədəniyyətlərdənik və bunun sayəsində hər hansı bir ölkəyə daha asanlıqla uyğunlaşıram. Analıq təcrübəsi və ailə həyatı ümumiyyətlə çox şeyləri anlamağa kömək edir. Bax uşaqlarla ünsiyyətdə belə bir sistem istifadə etməyə başladım: heç vaxt “ yox” demirəm. Axı bu sözü uşaqlar tez-tez eşidirlər. Gəzməyə gedə bilərəm? Yox. Yarım saat gec gəlmək olar? Yox. Bəs niyə? Axı heç bir obyektiv səbəb yoxdur. Sadəcə valideynlər uşaqları məhdudlaşdırmaq lazım olduğuna dair bir inanc var, mən bununla razılaşmıram. Mən ciddi nəzarətin tərəfdarı deyiləm. 

İşdə də? 

zünü desəm, işdə də mən həddindən artıq nəzarət etməyi sevmirəm. Mən hər kəsin öz işini yerinə yetirə biləcək, müqavilələrə əməl edəcək və dedlaynlara uyğunlaşacaq bir sistem qurmaq istəyirəm. İnsanlara güvənməyə çalışıram, amma görəndə ki, nesə düz getmir, əlbəttə ki, müdaxilə edirəm. 


Səndə nə vaxtsa belə anlar olubmu ki, hər şeyi atmaq, işə getməmək istəmisən? 

Birinci və ya ikinci işdə bu mənim başıma gəldi. Bu o an idi ki, mən anladım - mən bundan sonra əvvəlki kimi yaşamayacağam. Bu, hər kəsin həyatında, yəqin ki, baş verir - insan öz həyatında nəyisə dəyişməli olduğu qərarını qəbul etməli olur. Elə bir təəssürat yaranır ki, sən öz yerində deyilsən və ya başa düşürsən ki, hər şeydən bezmisən. Əslində bu, inkişaf üçün bir təkandır və onu istifadə etmək lazımdır. Ancaq təəssüf ki, insanların çoxu bu fürsətdən istifadə etmirlər, passiv qalırlar, deyirlər, amma heç nə etmirlər.

Yəqin ki, bu insanlar nəyisə dəyişməyə qorxurlar. 

Qorxmağın mənası nədir? Bu adamın ilişib qaldığı bataqlıq daha qorxuludur. Mən uzun müddət əvvəl özümə söz verdim ki, sevinclə gedəcəyim bir iş tapacağam və ora getməyimi istəmədiyimi başa düşdüyüm gün işdən çıxacağam. Oriflame-də 22 il ərzində heç vaxt bu baş vermədi. Bəli, bəzən yoruluram, amma onda istirahət etmək üçün fasilə götürürəm. Sadəcə olaraq özünü, bədənini dinləmək lazımdır. 


Cəmiyyətimizdə özünü dinləmək vərdişi çox da tətbiq olunmur. Biz daha çox başqalarının dediklərinə diqqət yetiririk, qəbul olunduğu kimi və ya bizdən gözlənildiyi kimi davranırıq. Özünü dinləməyin lazım olmasına necə gəldin? 

Bir şeyə nail olmaq istəyən hər kəs özünü inkişaf etdirmək üçün hər gün nesə edir və hansısa mərhələdə bu fikrə gəlib çıxır ki, öz dəyərlərinə riayət etməlisən, hisslərinə diqqət yetirməlisən. Və həm də özünə inamın inkişaf etdirilməsi vacibdir və bunun üçün məqsədlər qoymaq və onlara çatmaq lazımdır. Həmişə öz qarşına çətinliklər qoymalısan - məsələn, bir dəfə üzməyi öyrənməyə qərar verdim. Məşqçi tapdım, həftədə üç dəfə səhərlər hovuza getməyə başladım. İndi mən əla üzürəm. Bunu bacarmırdım, sonra isə başladım və öyrəndim. Axı bu özünə  inamı artırır! Səhnədə çıxış etməyi bacarmırsan? İnsanlar qarşısında çıxış etmək üçün hər fürsətdən istifadə et. Bir çox insanlar, əgər bir şeyi bacarmırsa, bundan boyun qaçırırlar. Məgər bu özünə dəyər, özünə inamı artırırmı? Əlbəttə ki, yox. 

İndi özünə hansı çətinliyi fikirləşib tapmısan? 

İndi mənim çətinliyim yeni vəzifədir. Bu yerə uyğunlaşmaq lazımdır. Amma bir az gözləyin, hər şeydən baş çıxaracağam və mənə bir az darıxtırıcı olacaq, onda mən özüm üçün hansısa  yeni bir çətinliyi fikirləşib tapacağam.

 
Mətn: Şəkil: Oriflame