Artıq satılmır
Eclat Mon Parfum parfüm suyu [Ekla Mon Parfa]
122,00 AZN
Təsviri
Ətir ağ irisdən və DeLaire Boudour eksklyuziv akkordu əsasında xüsusi sifarişlə DeLaire parfüm evi ilə əməkdaşlıqda hazırlanıb. Son 140 il ərzində yalnız dünyanın ən məşhur ətriyyat brendləri bu şərəfə layiq görülmüşdür. Eclat Mon Parfum Fransa zərifliyinin təcəssümüdür - flakonda əsl Parisi tapacaqsan!
Ətirin növü: gül, yaşıl
Yuxarı notlar: neşi Çin armudu, bənövşə yarpaqları, çəhrayı bibər
Ürək notları: Ağ iris və heliotropdan hazırlanmış DeLaire Boudoir eksklyuziv akkordu
Baza notları: badam kirşanı, açıq müşk, ağ paçuli
- DeLaire Boudoir akkordunda ağ irisin və parlaq heliotropun qiymətli notları var. Hazırlanma prosesinin çox zəhmətli və uzun müddətli olduğu üçün iris yağı əl ilə və ancaq sifariş əsasında hazırlanır. İlk öncə iris üç il ərzində zəmilərdə bitir, daha sonra onun ana kökünü günəş şüaları altında qurudurlar və növbəti üç il ərzində saxlanılmağa göndərirlər. Sonda ayırma və distilə metodu ilə kərə yağına oxşar ətirli substansiya hazırlanır. Bir kiloqram yağın hazırlanması altı ildən çox müddət çəkir və səkkiz ton ana kök, yəni 40000 çiçək tələb olunur.
- DeLaire parfüm evi müasir parfümeriyanın təməlində duran şirkətlərdən biridir və artıq 140 ildən çox parfüm bazaları və akkordları hazırlayır. DeLaire akkordlarını Chanel və Guerlain kimi premium parfüm brendləri istifadə edir, və artıq bu eksklyuziv kluba Oriflame də daxil oldu.
- Ətirin hazırlanması peşəkar parfümer, İSİPCA (Versalda dünyaca məşhur parfümeriya məktəbi) diplomuna təltif olunmuş Emili Koppermana həvalə olunmuşdu. O, Balmain, Givenchy, Roberto Cavalli, Trussardi və Versace üçün kompozisiyalar hazırlayıb və 2015-ci ildə Fransada nəşr olunan Cosmétique Mag jurnalı və İtaliya parfüm akademiyası tərəfindən “İlin parfümeri” adına layıq görülmüşdü.
- Nümunənin kodu (1 ml): 34294.