Zəhmət olmasa, deyin, sizin Oriflame yolunuz nədən başladı? Sizin ilk addımlarınız nədən ibarət idi?
Sergey: Qalyanın 17, mənimsə 19 yaşım vardı, biz ikimiz də tələbə idik və pul qazanmaq istəyirdik. Bir gün mənə bir xanım yaxınlaşdı və “Salam, necəsən? Sənə iş lazımdır?” dedi. Hər şey də beləcə başladı.
Qalina: Mən öz ilk kataloqumu xatırlayıram. İlk öncə anama göstərdim, o isə təklif etdi ki, onun işinə, xəstəxanaya gedim və məhsulları əməkdaşlara təklif edim. Mənim üçün çox çətin idi, çünki utancaq, sakit və az ünsiyyət quran bir qız idim, lakin bizim elə gözəl kataloqlarımız vardı ki, özü-özünə çox mükəmməl satış həyata keçirdi. Təbii ki, biz ilk gündən Oriflame-ə öz tanışlarımızı və doğmalarımızı dəvət edirdik, onları sponsorların təqdimatına dəvət edirdik.
İlk vaxt siz Oriflame-də işləməyə başlayaraq, düzgün seçim etdiyinizlə bağlı inamı necə qoruyub saxlaya bilirdiz?
S: Təlimlər və sponsorlar çox yardım edirdilər. Mən anlayırdım ki, aldığım ilk 500 rubl (?) mənim biznesimin xalis gəliridir. Eyni zamanda mən 1000 rubl deyil, min dollar qazanan insanlar görürdüm. Mənə deyəndə ki, Oriflame-də ayda 10 min dollarlar qazanan liderlər var və onlar da mənim kimi başlayıblar, anladım ki, bunu mən də bacararam.
İşinizdə hansı alətlərdən istifadə edirsiz?
Q: Bizim “üçlü çatımız” var. Biz onu messencerdə edirik. Əgər komandadan kimsə yeni bir insanı işə dəvət edirsə, ona deyir: “Mən internetdə irəliləmək, öz biznesimi inkişaf etdirmək istəyirəm”. Əgər həmin şəxs maraqlanarsa, məsləhətçi ona bizimlə ünsiyyət qurmağı təklif edir və onu bizim “üçlü çatımız”a əlavə edir. Biz orda öz biznesimizdən danışırıq. Əgər həmin şəxs qeydiyyatdan keçirsə, artıq onu WhatsAppdakı ümumi çata əlavə edirik. Oraya günaşırı ya məhsullardan ya da video əlavə edirik.
S. Bizim həm də “Yeni gələnlər üçün məktəbimiz” var. Buraya biz iş sistemimiz haqqında səsli mesajlar və qısa videolar əlavə edirik. Növbəti mərhələdə biz yeni gələn şəxsi “Uğurlu başlanğıc” qrupuna əlavə edirik. Biz oraya yazışmalarımızın skrinlərini əlavə edir və insanları necə cəlb etməyi və biznes haqqında danışmağı ətraflı izah edirik. Eyni zamanda qısa videolar əlavə etdiyimiz saytımız var. Bu, özünəməxsus kitabxanadır. Əgər məsləhətçi məhsul və iş sistemi haqqında məlumatının yetmədiyini düşünürsə, oraya daxil ola və baxa bilər.
Onlayn, yoxsa oflayn işləmək daha effektivdir?
Biz hesab edirik ki, müşayiət etmək, öyrətmək və motivasiya internet üzərindən olmalıdır. Lakin imkan olduqca canlı ünsiyyət də vacibdir ki, əlaqələr möhkəmlənsin, etibar yaransın. Onlayn və oflayn arasında fərq konsert və Youtube yazısı arasındakı fərq qədərdir, bu, tamamilə fərqli abu-havadır.
Oriflame-də biznes qurmaq istəməyənləri və ya sifarişi dayandıranları hansısa vasitə ilə geri qaytarmağa cəhd edirsiz?
S: Elə kəslər olur ki, necə deyərlər, səhər başlayır, axşam son qoyur. Bu cür insanları aktivləşdirmək üçün zəng edir, avtozəng sifariş verir, ya da göndərişlər edirik. Vacib olan insanları itirməmək, məhsullarla maraqlandırmaqdır- bəziləri bu yolla məsləhətçi olur, sonradan liderə də çevrilirlər.
Q: Bəzən öz tarixçələrimizi bölüşür, ya da vebinar sifariş göndəririk, insan da öz fikrini dəyişir və bizə geri dönür.
Siz artıq yüksək bir mərhələyə və çox gözəl gəlirə çatmısız. Sizi daha da inkişaf etmək üçün motivasiya edən nədir?
S: Biz hər ay harasa-Rusiya və ya xarici kurortlara gedirik, lakin daha çox səyahət etmək arzusundayıq. Yaxud ötən il ev- 245 kv. mlik xoşbəxtlik aldıq, bunlar hamısı böyük xərcdir. İndi isə fikirləşirik ki, bu il Soçidə ev alaq. Düşünürük ki, bizə bu arzunu gerçəkləşdirmək üçün yaxın aylarda nə qədər qazanmaq lazımdır.
Q: Arzular gözəl motivasiya edir. Vəziyyət də dəyişir: iki övladımız olanda düşünürdük ki, hər şey əladır. Üçüncü övladımız oldu, anladıq ki, daha böyük yer, daha çox vəsait lazımdır.
Uşaqlar böyüdükdən sonra onları da biznesə qoşmaq istərdinizmi?
Q: Onları məcbur edən deyiləm. Qoy özləri öz seçimlərini etsinlər. Bununla yanaşı, onlara göstərməyə çalışıram ki, Oriflame-lə həyat daha maraqlı və rəngarəngdir.
S: Yeri gəlmişkən, biz səfər mühazirələri hazırlayarkən çalışırıq ki, bizim həmkarlarımız öz övladları ilə gəlsinlər. Nə üçün? Öz müəllimlərimizin tarixçələrini danışıram. Onlar yüksək bir dərəcəyə çatdıqdan sonra öz uşaqları ilə möhtəşəm bir otelə gedirlər. Uşaqlar otelin eyvanına çıxır və deyirlər: "Təsəvvür et, əgər bizim valideynlərimiz Oriflame-lə işləməsəydilər, biz səninlə bu gözəlliyi heç vaxt görə bilməzdik". Məncə valideynlərə göstərmək lazımdır ki, bu şirkətin köməyilə sıfırdan yüksəliş əldə etmək olar.
Kimdən öyrənir və nümunə götürürsüz?
Q: Nümunə götürdüyüm və öyrəndiyim ilk insan Sergeydir, çünki ondan çox şey öyrənmək olar. O, daim hansısa yeni metodlar öyrənir və dərhal tətbiq edir, həmçinin, eyni anda bir neçə işi görə bilir. Bunu necə bacardığına təəccüblənirəm. O, eyni anda həm vebinara qulaq asa, həm də mənimlə və uşaqlarla danışa bilər. Onun həm də güclü yaddaşı var. O, təsadüfən tanış olduğu insanın adını və şəxsi həyat hekayəsini hər zaman yadında saxlayır, bu insan üçün çox vacib amildir.
S: Bu, gözəl yaddaşdan qaynaqlanmır, mən bu cür hekayələri özüm xüsusən yadda saxlayıram, çünki insanı özünə bağlamaq üçün gərəkli olan bu vasitə haqqında Karneqinin "İnsanları necə ələ almalı və təsir göstərməli" kitabında oxumuşdum. Az müddət bundan əvvəl Tatyana Çerniqovskayanın mühazirəsinə qulaq asmışdım, o, illərlə beynin fəaliyyətini öyrənən çox tanınmış alimdir. O deyir ki, bizim beynimizin inkişafı üçün kitab oxumaq çox vacibdir. Ona görə biz oxuyuruq. Az oxuyuruq, amma yenə də oxuyuruq. Məsələn, yeni başlayanlar üçün. "Quru dəsmal üzərində 10 dərs" kitabını məsləhət görərdim, o biznesin mahiyyətini izah edir. Eyni zamanda Tom Şrayteri, Stiven Kovini, Cim Ronu, Con Kexonu da oxumaq olar. Ya da məsələn, biznes haqqında müəllimlərimin mənə hədiyyə etdiyi Napoleon Hillin “Düşün və varlan” kitabı çox maraqlıdır. İndi mən, daha yüksək dərəcələrə yiyələnmiş Oriflame liderlərindən və şirkətdən – sayt üzərindən, vebinardan və çatdan öyrənirəm.