Problem: piqment ləkələri, solğun üz rəngi
Həll: dəri tonunu bərabərləşdiririk və parlaqlığı qaytarırıq
Nəyi seçirik: NovAge Bright Sublime kompleks qulluğu, NovAge yeniləyici pilinqi, SPF 50 NovAge üz üçün çoxfunksiyalı qoruyucu kremi
Hiperpiqmentasiya nayihələrinin rəngini açmaq, dərinin tonunu yaxşılaşdırmaq və parıltı bəxş etmək, həmçinin qırışları hamarlamağa NovAge Bright Sublime kompleks qulluq kömək edəcək. Multi-Bright texnologiyası melanositlərə məqsədyönlü şəkildə təsir göstərir, melaninin istehsalını azaldır. Qardeniyanın kök hüceyrələrinin ekstraktı kollagenin sintezini stimullaşdırır və onun liflərini təbii parçalanmadan qoruyur, dərinin strukturunu möhkəmləndirir. Seriyadan gündəlik istifadə edildikdə hiperpiqmentasiya nayihələrinin rəngi açılır, dəri tonu bərabər və parlaq olur, üzün rəngi yaxşılaşır, xırda və adi qırışlar hamarlaşır.
Vərdiş etdiyin gulluğu NovAge yeniləyici pilinq ilə tamamla — onu həftədə 2 dəfə axşam vaxtı istifadə et. Pilinqin tərkibindəki alfa və beta-hidroksik turşular dərinin səthindən ölmüş hüceyrələri yumşaq şəkildə aşındırır, dəriyə daha sağlam görünüş verir. Nar fermentləri hüceyrə metabolizmini əhəmiyyətli dərəcədə sürətləndirir və dəri toxumasını yaxşılaşdırır.
Yazda günəş daha aktiv olur və buna görə sən UV radiasiyasına qarşı əlavə qorunmaya ehtiyac duyursan. Bunun üçün hər səhər üz üçün SPF 50 NovAge multifunksiyalı qoruyucu kremdən istifadə et. O, UVA-şüalarının və dəri yaşlanmasının mənfi təsirlərinə qarşı ən yüksək səviyyədə qorunmanı təmin edir.
Problem: yaşla bağlı ilk dəyişikliklər, susuzlaşma
Həll: qırışlarla mübarizə aparırıq və nəmləndirməni dəstəkləyirik
Nəyi seçirik: NovAge Ecollagen kompleks qulluğu, NovAge hamarlaşdıran parça maskanı və SPF 50 NovAge üz üçün multifunksiyalı qoruyucu kremi
Novage Ecollagen Wrinkle Power seriyası qırışları dərhal 49%-ə qədər azaldır*, vaxt keçdikcə onları düzəldir və gündəlik istifadə zamanı dərinin yaşlanmasını ləngitməyə kömək edir. Patentləşdirilmiş Tripeptid-texnologiya, aşağı molekulyar hialuron turşusu və edelveysin kök hüceyrələri ekstraktına əsaslanan vasitələr dərini dərhal nəmləndirir, onu ətraf mühitin aqressiv təsirindən qorumağa kömək edir və kollagen istehsalını stimullaşdırır.
Kompleks qulluğun təsirini gücləndirmək üçün əlavə olaraq hədəfli təsir maskalarından istifadə etmək vərdişini özündə yarat. Dərini bərpa etmək üçün həftədə bir və ya iki dəfə kifayət edəcək. NovAge hamarlaşdırıcı parça maskasını sına — onun formulu təbii lipid maneəsini gücləndirir və dərinin elastikliyini bərpa edir.
Yaz günəşindən qorunma haqqında unutma və SPF 50 multifunksiyalı qoruyucu üz kremi makiyaj etməzdən əvvəl istifadə et. Bu, uzun yaz gəzintiləri üçün xüsusilə aktualdır!
Problem: soyuq mövsümdən yorulmuş dəri və elastikliyin itirilməsi
Həll: üzün konturlarını dartırıq və dəriyə bərpa olunmağa kömək edirik
Nəyi seçirik: NovAge Ultimate Lift kompleks qulluğu, NovAge üz üçün yağlar konsentratı ilə bərpaedici kapsulları və NovAge üz üçün möhkəmləndirici parça maskanı.
Gənc olduğumuz müddətdə dərinin birləşdirici toxumasının hüceyrələri — fibroblastlar — dərimizin hamar və elastik qalması üçün lazım olan miqdarda kollagen və elastin istehsal edirlər. Lakin yaşla hüceyrələrdə baş verən təbii dəyişikliklər fibroblastların işinin ləngiməsinə, kollagen və elastinin istehsalının azalmasına səbəb olur. Nəticədə dəri elastikliyini itirir və sallanmağa başlayır. NovAge Ultimate Lift seriyasının tərkibinə daxil olan AspartoLifTM patentləşdirilmiş texnologiya fibroblastları cavanlaşdırır, onların hərəkətliliyini artırır və kollagen istehsalını stimullaşdırır. Uzun müddət davam edən soyuqlardan yorulmuş dərini dəstəkləmək üçün özünə yağlar konsentratlı bərpaedici üz kapsulları ilə 30 günlük NovAge kursunu təşkil et. Kapsulalar — bu, çox rahat formatdır, məhsulun miqdarı bir istifadə üçün ideal hesablanıb. Və eyni zamanda yağ həm üzə, həm də boyuna çəkmək üçün kifayət edəcək. Maksimal effektə nail olmaq üçün həftədə 2 dəfə NovAge gücləndirici parça maskasını istifadə et, belə maska ilə 15 dəqiqə relaks dərini daha elastik və nəmləndirilmiş edəcək — güzgüdə öz əksini görüb sevinəcəksən!