NovAge Ultimate Lift Contour Define kompleks liftinq-qulluq
Yenilik!
NovAge

NovAge Ultimate Lift Contour Define kompleks liftinq-qulluq

44941
260,00 AZN 372,00 AZN
5 əd.

Patentləşdirilmiş Aspartolift texnologiyası, budleya kök hüceyrə ekstraktı və patentləşdirilmiş tripeptid texnologiyasına əsasında 40+ kompleksli liftinq qulluq sallanma və qırışlara səbəb olan elastin və kollagen istehsalını aktivləşdirir. Sınaqlar göstərir ki, AspartoLift texnologiyası qocalma əleyhinə təsir baxımından retinola* bənzəyir.


Klinik cəhətdən sübut edilib: NovAge Ultimate Lift Contour Define ilə 4 həftə ərzində elastiklikliyin 40%-i bərpa olunur**.


Hüceyrələrimizin elastin və kollagen istehsal etmə qabiliyyəti zamanla yavaşlayır. Sallaqlıq yaranır, üz ovalı axır. Boşluq əmələ gəlir, üz ovalı sallanır. Həm də hüceyrələrin təbii yenilənməsini ləngiyir və dəri solğunlaşır. Ultimate Lift Contour Define məhsulları hüceyrə fəaliyyətinin effektivliyini bərpa edir və kollagen istehsalını stimullaşdırır.


Dəstdə 5 standart ölçülü məhsul daxildir:

● Təmizləyici gel-tonik (200 ml/kod 33984) - təmizləyir, nəmləndirir, tonlayır***, dərini qulluq üçün hazırlayır;

● Göz ətrafındakı dəri üçün krem liftinq (15 ml/34552) - göz ətrafını gözə çarpan şəkildə sıxır****;

● Üz və boyun üçün serum liftinq (30 ml/34550) - dərindən nəmləndirir, qaldırır, qırışları hamarlayır;

● Gündəlik krem liftinq SPF 15 (50 ml/34510) - dərini hamarlaşdırır və dartışdırır*****, qoruyur;

● Gecə krem liftinq (50 ml/34549) - qidalandırıcı formul 4 həftə ərzində dərinin elastikliyini artırır*****.


Nümunə dəstinin kodu: 546322.


*Aspartolift texnologiyası və retinol əsaslı formulların istifadəsi ilə müqayisəli klinik sınaqların nəticələrinə görə. Klinik tədqiqatlar 2012-ci ilin noyabr və dekabr aylarında Oriderm laboratoriyasında 30 qadının iştirakı ilə aparılıb.

**Təmizləyici və gündüz kremi ilə müqayisədə NovAge Ultimate Lift Contour Define istifadəsi ilə klinik sınaqlara əsasən. Klinik tədqiqatlar Oriderm laboratoriyasında 19 may - 17 iyun 2015-ci il tarixlərində 44 qadının iştirakı ilə aparılıb.

***Klinik sınaqların nəticələrinə əsasən. Oriderm laboratoriyasında 29-30 noyabr 2017-ci il tarixlərində 21 qadının iştirakı ilə kliniki tədqiqatlar aparılıb.

**** Göz kremi istifadə edən 78 qadının istehlakçı sınaqlarına əsasən.

***** Gecə və gündüz kremlərindən istifadə edən 71 qadının istehlakçı sınaqlarına əsasən.

Klinik olaraq sübut olunub: 7 qat daha effektivdir*.

Gündə 2 dəfə, 2 dəqiqə, 4 addım - effektiv nəticə üçün lazım olan hər şey.


Gündəlik kompleksli liftinq qulluq sistemi hər bir addımın əvvəlkini mükəmməl şəkildə tamamlayacağı şəkildə qurulub və xüsusi olaraq hazırlanmış formullar bir-birinin effektivliyini gücləndirir.


Addım 1. TƏMİZLƏNMƏ

Kompleksli qulluğu NovAge təmizləyici gel-tonikdən (33984) başla: o, qoruyucu maneəni pozmadan dərini çirklərdən və makiyajdan zərif şəkildə təmizləyir, nəmləndirir və tonlayır, hopulmanı yaxşılaşdıraraq, onu sonrakı serum və krem tətbiqinə hazırlayır. İndi dərini təmizləmək və tonlamaq üçün bir sadə addım kifayətdir!


Addım 2. GÖZ ƏTRAFI DƏRİYƏ QULLUQ

Göz ətrafındakı dəri xüsusi baxım tələb edir. NovAge Ultimate Lift Contour Define (34552) unikal patentləşdirilmiş AspartoLift texnologiyası ilə, budleya bitki kök hüceyrələri ekstraktı ilə, hialuron turşusu və kofeinlə göz ətrafındakı dəri üçün krem liftinq (34552), göz ətrafındakı dərini dərhal gücləndirir, dartışdırır və elastikliyi artırır, dərini yumşaq və hamar edir, lazım olan qulluğu təmin etməyə kömək edir.


Addım 3. AKTİVLƏŞDİRİCİ

Patentləşdirilmiş AspartoLift texnologiyası, tripeptid kompleksi və hialuron turşusu ilə NovAge Ultimate Lift Contour Define (34550) üz və boyun üçün serum-liftinq, gündüz və gecə kremlərinin effektivliyini əhəmiyyətli dərəcədə artırmaq üçün konsentratlaşmış miqdarda aktiv maddələr ehtiva edir.


Addım 4. ƏSAS QULLUQ

Patentləşdirilmiş AspartoLift texnologiyası, budleya bitkisinin kök hüceyrə ekstraktı və SPF 15 ilə NovAge Ultimate Lift Contour Define gündüz krem-liftinq (34510) dərinin möhkəmliyini və elastikliyini bərpa edir və foto qocalmaya qarşı müqavimət göstərir. Patentləşdirilmiş AspartoLift texnologiyası, budleya bitkisinin kök hüceyrə ekstraktı və intensiv NightRecover kompleks qidalandırıcı kompleks ilə NovAge Ultimate Lift Contour Define gecə kremi (34549) dərinin bərpa olunmasına və yuxu zamanı intensiv şəkildə qidalanmasına kömək edəcək.


*NovAge Ultimate Lift, NovAge Ecollagen Wrinkle Power, NovAge Skinergise Ideal Perfection və NovAge Time Restore ilə müqayisədə uyğun NovAge seriyasından təmizləyici və gündüz kremin istifadəsi ilə klinik sınaqlara əsasən.

● Patentləşdirilmiş Aspartolift texnologiyası dəridə təbii kollagen və elastin istehsalını aktivləşdirir, onun möhkəmliyini və elastikliyini artırır və hüceyrələrin yenilənmə prosesini stimullaşdırır.

● Budleya bitkisinin kök hüceyrə ekstraktı kollagen azalmasını ləngidir və onu sərbəst radikallardan qoruyur və bununla dəri yaşlanmasını gecikdirir.

● Patentləşdirilmiş Tripeptid texnologiyası - üç bitki peptidi kollagen istehsalını aktiv şəkildə stimullaşdırır və hüceyrələri nəmlə doldurur, dərini düzləşdirir və qırışları əhəmiyyətli dərəcədə azaldır.

Yəqin ki, sən artıq dərin qırışları hiss etmisən və ya üz konturunun sallanmasından narahatsan – istənilən halda, yüksək effektli,  yaşlanma əleyhinə innovativ NovAge Ultimate Lift məhsullarının sayəsində daha cavan görünəcəksən. O birbaşa olaraq əsas yaşlanma əlamətlərinə təsir edərək dəri hamarlığı və elastikliyini bərpa edir, həmçinin dəriyə cavan görünüşü qaytarır.