NovAge Bright Sublime piqmentasiyaya qarşı kompleks qulluq
NovAge

NovAge Bright Sublime piqmentasiyaya qarşı kompleks qulluq

31775
193,00 AZN 275,50 AZN
5 əd.

Patentləşdirilmiş Multi-Bright texnologiyası və qardeniya kök hüceyrələri ekstraktı əsaslı NovAge Bright Sublime məhsullar seriyası piqment ləkələri və yaşlanma əlamətləri əleyhinə mübarizə üçün yaradılmışdır. Kliniki sübut olunmuşdur ki, piqmentasiyaya məruz qalmış dəri hissələrinin rəngi açılılr, dərinin tonu bərabərləşir və parlaqlıq qazanır, üz rəngi yaxşılaşır, qırışlar hamarlanır. NovAge Bright Sublime kompleks qulluğu piqmentasiyanı 50% azaldır* və dərini 40% ağardır


Dəstə daxildir:


  • Təmizləyici gel-tonik (200 ml / kod 33984)
  • Gözətrafı dəri üçün piqmentasiya əleyhinə krem (15 ml / kod 32804)
  • Üz üçün piqmentasiya əleyhinə zərdab (30 ml / kod 32805).
  • Piqmentasiya əleyhinə SPF 20 gündüz kremi (50 ml / kod 32803).
  • Piqmentasiya əleyhinə gecə kremi (50 ml / kod 32658).

Nümunə dəstinin kodu: 545782.


*NovAge Bright Sublime gündüz kremi və zərdabın istifadəsi ilə aparılan kliniki sınaqların nəticələrinə əsasən.

NovAge Bright Sublime məhsulları ilə gündəlik 4 addım qulluq sistemi elə qurulmuşdur ki, hər addım özündən əvvəlkini mükəmməl tamamlayır, xüsusilə işlənib-hazırlanmış formullar isə bir-birinin effektivliyini gücləndirir. Kliniki sübut olunmuşdur ki, NovAge Bright Sublime kompleks qulluğunun istifadəsi həmin seriyalı məhsulların ayrı-arılıqda istifadəsindən 7 dəfə effektivdir.


ADDIM 1. TƏMİZLƏMƏ

Dərinin hərtərəfli təmizlənməsi və canlandırılması krem və zərdabların tərkibindəki fəal maddələrin daha dərinə nüfuz etməsinə və daha effektiv təsir göstərməsinə kömək edir. İndi bu prosedurlar üçün yalnız bir vasitənin istifadə edilməsi kifayətdir. Kliniki sübut olunmuşdur ki, yuyunmaq üçün təmizləyici NovAge gel-tonikinin (33984) istifadəsinin verdiyi effekt təmizləyici NovAge gel və tonikinin birgə istifadəsinin verdiyi effektə bərabərdir.


ADDIM 2. GÖZ ƏTRAFI DƏRİYƏ QULLUQ

Gözətrafı dəri üçün nəzərdə tutulmuş kremin daha yüngül teksturu var. Heç bir ətri olmayan bu krem məhz gözətrafı dərinin tələbləri nəzərə alınmaqla hazırlanmışdır: o, qırışlar, şişkinliklər və gözaltı qaraltı ilə mübarizə aparır. Gözətrafı dəri üçün NovAge Bright Sublime (32804) kremi əlavə olaraq piqment ləkələrinin rəngini açır və piqmentasiyanı azaldır.


ADDIM 3. AKTİVATOR

Zərdabların tərkibində çoxlu miqdarda aktiv maddələr var. Zərdabların yüngül teksturu onların dərinin dərinliklərinə nüfuz etməsinə imkan verir. Üz üçün piqmentasiya əleyhinə NovAge Bright Sublime (32805) zərdabı dərinin tonunu açır və bərabərləşdirir, üz rəngini yaxşılaşdırır, qırışları hamarlayır, məsamələri daraldır, gündüz və gecə kremlərinin effektivliyini artırır.


ADDIM 4: ƏSAS QULLUQ

Gündüz və gecə kremlərinin istifadəsi kompleks qulluğu tamamlayır. NovAge Bright Sublime piqmentasiyaya qarşı gündüz kremi SPF 20 (32803) gündüz kremi dərini nəmləndirir və qoruyur, NovAge Bright Sublime piqmentasiyaya qarşı göz ətrafı dəri üçün krem (32658) gecə kremi isə dəriyə intensiv şəkildə qida verir və onu gecə ərzində bərpa edir.


Qeyd: Həssas dərinin NovAge Bright Sublime seriyası məhsullarının kompleks qulluq tərkibində göstərdiyi intensiv təsirə öyrəşməsinə zaman lazımdır, ona görə də biz onları öz qulluq proseduruna tədricən daxil etməyi yaxud nümunələrdən istifadə etməyi məsləhət görürük.

  • Patentləşdirilmiş Multi-Bright texnologiyası: melaninin ifrazını azaltmaqla melanositlərə məqsədyönlü şəkildə təsir edən bitki mənşəli aktiv inqrediyentlərin vəhdəti mövcud piqment ləkələrinin rəngini açır və yenilərinin yaranmasının qarşısını alır.

  • Qardeniya gövdə hüceyrələri ekstraktı (gardenia jasminoides cell culture): fibroblastlarda kolagenin sintezini yaxşılaşdıraraq və kolagen liflərinin təbii dağılmasına səbəb olan enzimlərin ifrazına və aktivliyinə mane olaraq öz işini kompleks şəklində görür. Hüceyrəxarici matriksdə kolagenin səviyyəsi artır, qırışlar hamarlanır və onlar daha az nəzərə çarpır.

Əlavə inqrediyentlər


Gecə kremində:

Qinqko flavonidləri (ginkgo biloba l): güclü aksioksidant xüsusiyyətlərinə malikdir, melanini ifrazını stimullaşdıran sərbəst radikalların fəallığını azaldır.

Zərdabda:

Hidroksiturşular kompleksi: hüceyrə mübadiləsini sürətləndirərək dərinin ölmüş hüceyrələrini qabıqlayır, dərinin yenilənməsinə və üz rənginin təravətli və parlaq olması üçün yeni sağlam hüceyrələrin artmasına səbəb olur.
Dəri yaşlnmasının 80% səbəbi ətraf-aləmin təsiridir, ancaq 20% bizim genetik xüsusiyyətlərimizdən asılıdır. Yeni NovAge seriyası bu suallara cavab oldu - indi sən öz yaşınl kontrol altına ala bilərsən! AgeReflectTM tətqiqatları zamanı sübut olunmuşdur ki, vizual yaşlanma xüsusiyyətləri üz qırışları yox, üz konturunun və elastikliyinin itirilməsidir. Məhz onlar bizim yaşımıza yaş artırır. Bu əsas faktları nəzərə alaraq, NovAge Ultimate Lift dəri elastikliyini artırır, üz dərisini dartır və qırışları  daha az nəzərəçarpan edir. Vacib məsələ də burasındadır ki, bu faktların hamısı kliniki sübutlarla təstiq olunmuşdur.