NovAge Hədiyyələri üzrə bələdçi

NovAge kompleksli qulluğunu dəri ehtiyaclarına uyğun olaraq hədiyyə kimi necə seçməyi öyrən.

Effektiv dəriyə qulluqda dəri üçün fərdi qocalma əleyhinə həllər yığılmış NovAge premium məhsul xəttinə diqqət yetirməyi məsləhət görürük. Fərqli NovAge seriyaları həyatın müxtəlif dövrləri üçün dərinin ehtiyaclarına uyğun olaraq hazırlanıb. Məhsulların formulları bitki kök hüceyrələri əsasında yaradılıb, onlar planetdəki bütün canlıların həyatının asılı olduğu təməldir. Bu komponent orqanizmin böyüməsini stimullaşdırır və yeniləyici xüsusiyyətləri sayəsində qorumanı təmin edir.

NovAge Skinergise Ideal Perfection

Kimlər üçündür: gənc dəri, sağlam parlaqlığın itirilməsi, solğun üz dərisi, susuzlaşma, yaşa bağlı dəyişikliklərin ilkin əlamətləri.

Müasir dünyada dəri yaşlanma prosesini sürətləndirən bir çox mənfi spektr faktoruna məruz qalır. Nəticədə hüceyrələr öz funksiyalarını tam yerinə yetirə bilmir, quruluq görünməyə başlayır və dəri solur. NovAge Skinergise seriyası, dəriyə qulluq üçün həmişə kifayət qədər vaxtı olmayan aktiv həyat tərzi sürən qızlar üçün idealdır. Skinergise seriyası ilə dərinin gözəlliyini işlərdən ayrılmadan gündə 2 dəfə cəmi 2 dəqiqədə təmin edə bilərsiniz.

Bu necə işləyir:

• Təbii mənşəli tərkibdə enerji kompleksi, əsas aktiv maddə taurindir, o, hüceyrələrin enerji yüklənməsini, nəmləndirməsini və dərinin bərpasını təmin edir.

• Asai giləmeyvələrin kök hüceyrə ekstraktı hüceyrələri sərbəst radikalların mənfi təsirlərindən qorumaq üçün əsas rolu oynayır.

• Pollution Protect texnologiyası və ultrabənövşəyi filtrlər dərinin ətraf mühit faktorlarından etibarlı qorunmasını təmin edir və yaşlanma prosesini ləngitməyə şərait yaradır.

NovAge Ecollagen Wrinkle Power

Kimlər üçündür:

ilk gözə çarpan qırışlar, dehidrasiya, qırışlar qocalmanın əsas əlamətlərindən biri sayılır. Sağlam dəri rəngi və qırışların olmaması əsasən kollagen və elastin liflərin vəziyyətindən, həmçinin hialuron turşusu səviyyəsindən asılıdır. Yaşlandıqca bu komponentlərin təbii istehsalı yavaşlayır və qırışlar yaranır. NovAge Ecollagen qırışların öhdəsindən mükəmməl gəlir və uzun müddətlik perspektivdə yenilərinin yaranma riskini minimuma endirir.

Bu necə işləyir:

• Patentləşdirilmiş tripeptid texnologiyası kollagen istehsalını stimullaşdıraraq qırışlara dağıdıcı təsir göstərir və bu da sağlam görünüşlü dərini, onun möhkəmliyini və elastikliyini təmin edir.

• Aşağı molekulyar ağırlıqlı hialuron turşusu kiçildilmiş molekulyar ölçüyə görə epidermis təbəqələrinə dərindən nüfuz edir. Nəticədə hüceyrələr nəm əldə edir və bu da qırışların hamarlanmasına səbəb olur.

• Edelveys kök hüceyrə ekstraktı dəriniт xarici faktorların mənfi təsirlərindən etibarlı şəkildə qorunmasını təmin edir.

NovAge Ultimate Lift Contour Define

Kim üçün: elastikliyin itirilməsi, qeyri-aydın üz konturu, sallanan kontur

Yaşlandıqca dəri hüceyrələri möhkəmliyi təmin edən elastinin istehsal sürətini tədricən azaldır. Nəticədə dəri ilkin görünüşünü itirir, elastiklik itkisinin ilk əlamətləri boyun, çənə xətti və ağız ətrafında qatlar, konturların sallanması və pozulması şəklində görünür. Ultimate Lift Contour Define məhsulları hüceyrələrin işinin effektivliyini bərpa edir və kollagen istehsalını stimullaşdırır. Klinik cəhətdən sübut olunub: NovAge Ultimate Lift Contour Define ilə 4 həftə ərzində 40% elastiklik bərpa olunur.

Bu necə işləyir:

• Ultimate Lift kompleks qulluğundakı buddleya bitkisinin kök hüceyrə ekstraktı elastikliyi bərpa edilməsini tələb edən dəriyə müsbət təsir göstərir.

• AspartoLift texnologiyası kollagenin məhv edilməsini hüceyrə səviyyəsində yavaşlatmağa kömək edir və dərinin möhkəmliyini və elastikliyini bərpa etməyə şərait yaradır, müsbət təsir müntəzəm komplksli yanaşma ilə təmin edilir. Sınaqlar AspartoLift texnologiyasının qocalma əleyhinə effektivliyi baxımından retinol* ilə oxşar olduğunu göstərir.

NovAge Time Restore

Kimlər üçündür: yetkin dəri

NovAge Time Restore seriyası xüsusi olaraq yetkin dəri üçün hazırlanıb. Yaşlandıqca qocalma əlamətləri daha güclü görünməyə başlayır. Hormonal dəyişikliklər dərinin qocalma prosesini sürətləndirir və nəticədə dəri sıxlığı göstəriciləri azalır, üz konturları pozulur, qırışlar və piqment ləkələri yaranır. NovAge Time Restore seriyası elastin, kollagen istehsalını bərpa etməyə kömək edir və dəri hüceyrələrini nəmlə təmin edir.

Bu necə işləyir:

• GenisteinSOY yaşlanma əleyhinə texnologiya kollagen istehsalını sabitləşdirmək üçün çox yönlü bir vasitədir. Dəri daha elastik olur, qırışlar düzəldilir, üz konturları bərpa olunur.

• Plantago Lanceolata bitkisinin kök hüceyrələri ekstraktı hüceyrə xaricindəki matrisdəki kollagen və elastinin bütövlüyünü təmin edir, bu da hüceyrələrdə melanin səviyyəsinin sabitləşməsinə və piqment ləkələrinin görünməsinin azalmasına səbəb olur.

NovAge Bright Sublime

Kimlər üçündür: qeyri-bərabər üz rəngi, piqment ləkələri, qırışlar

Piqmentasiya hər yaşda görünə bilər və bunun əsas səbəbi melanin istehsalının artmasıdır. Piqment ləkələrinin uzun müddət günəş işığına məruz qalma zamanı yaranması ehtimalı daha yüksəkdir.

Bu necə işləyir:

• BRIGHT SUBLIME seriyasındakı patentləşdirilmiş Multi-Bright texnologiyası melanin istehsalını azaldır, dəri qüsurlarını düzəldir və piqment ləkələri şəklində olan yeni dəri qüsurlarının əmələ gəlmə riskini minimuma endirir.

• Qardeniya kök hüceyrə ekstraktı müsbət parlaqlıq və qocalmaya qarşı təsiri artıran əlavə bir komponent rolunu oynayır.

Mətn: