Əsas
Kompleks qulluq
NovAge
NovAge Skinergise Ideal Perfection ilkin yaşlanma əlamətlərinə qarşı kompleks qulluq

Təsviri

Enerji, parlaqlıq və aqressiv ətraf mühitə və erkən yaşlanmaya qarşı effektiv qorunma.


Ekologiyanın pisləşməsi, yuxu çatışmamazlığı və qeyri-sağlam həyat tərzi qırışlara, genişlənmiş məsamələrə, qeyri-bərabər dəri səthinə, solğun üz rənginə və dehidrasiyaya səbəb olur. Kompleksli qulluq bu ilk yaşlanma əlamətlərinin qarşısını alır. Aktiv formulalar dərini nəm və enerji ilə doldurur, o dərhal parlamağa başlayır. İlk qırışlar və digər yaş əlamətləri tədricən yox olur və müntəzəm qulluq göstərildikdə görünmür.


Klinik olaraq sübut olunub ki, NovAge Skinergise Ideal Perfection kompleksli qulluqdan istifadə edərkən:

  • • parlaqlıq 25 dəfə artır*;
  • • nəmləndirmə 89% artır**.

Dəstə daxildir:

  • Təmizləyici gel-tonik (200 ml / kod 33984);
  • İlk yaşlanma əlamətlərinə qarşı gözətrafı dəri üçün krem (15 ml / 34515);
  • İlk yaşlanma əlamətlərinə qarşı üz üçün serum (30 ml / 34517);
  • İlk yaşlanma əlamətlərinə qarşı gündüz kremi SPF 30 (50 ml / 34511);
  • İlk yaşlanma əlamətlərinə qarşı gecə kremi (50 ml / 35075).

Nümunə dəstinin kodu: 545976.


*8 həftə ərzində NovAge Skinergise Ideal Perfection kompleksli qulluqdan istifadə edərək klinik sınaqların nəticələrinə əsasən. Klinik tədqiqatlar OriDerm laboratoriyasında 27 iyun - 29 avqust 2018-ci il tarixlərində 49 qadının iştirakı ilə aparılmışdır.

**4 həftə ərzində yaşlanmanın ilk əlamətlərinə qarşı NovAge Skinergise Ideal Perfection kompleksli qulluqdan istifadə edərək klinik sınaqlara əsasən. Klinik tədqiqatlar OriDerm laboratoriyasında 27 iyun - 29 avqust 2018-ci il tarixlərində 49 qadının iştirakı ilə aparılmışdır.



Kompleks qulluq sinerji prinsipi əsasında qurulmuşdur: hər bir vasitənin formulu elə düşünülmüşdür ki, onlar hamısı bir-birni tamamlayır. Fərdi məhsullardan uğurla istifadə edə bilərsən, lakin tam dəst daha yaxşı işləyir.


ADDIM 1. TƏMİZLƏMƏ

Dərinin hərtərəfli təmizlənməsi və canlandırılması krem və zərdabların tərkibindəki fəal maddələrin daha dərinə nüfuz etməsinə və daha effektiv təsir göstərməsinə kömək edir. İndi bu prosedurlar üçün yalnız bir vasitənin istifadə edilməsi kifayətdir. Klinik olaraq təsdiq olunub: üz yumaq üçün təmizləyici gel-tonik (33984) təmizləyici gel və tonik birlikdə istifadə edildiyi qədər effektivdir.


ADDIM 2. GÖZ ƏTRAFI DƏRİYƏ QULLUQ

Gözətrafı dəri üçün krem daha yüngül teksturaya malikdir, onun ətri yoxdur və məhz bu nahiyyəin ehtiyacları nəzərə alınaraq xüsusi olaraq hazırlanmışdır: o, qırışlarla, şişkinliklə və qara halqalarla mübarizə aparır. İlk yaşlanma əlamətlərinə qarşı gözətrafı dəri üçün krem (34515) 24 saat ərzində parlaq baxış və nəmləndirməni təmin edir.


ADDIM 3. AKTİVATOR

Serumlarda yüksək konsentrasiyada aktiv maddələr var və onlar yüngül tekstura sayəsində dərindən nüfuz edirlər. Yaşlanmanın ilk əlamətlərinə qarşı serum-energetik (34517) məsamələri dartışdırır, dərinin tonunu yaxşılaşdırır və 24 saat ərzində nəmləndirir.


ADDIM 4: ƏSAS QULLUQ

Gündüz və gecə kremlərinin istifadəsi kompleks qulluğu tamamlayır. Yaşlanmanın ilk əlamətlərinə qarşı gündüz kremi (34511) nəmləndirir, günəşdən qoruyur və ilk qırışlarla mübarizə aparır, gecə kremi (35075) isə bütün gecə boyu nəmləndirir və səhər-səhər dincəlmiş görünüşü təmin edir.



  • Taurin təbii enerji içkisidir. Skandinav yosunları ilə duetdə taurin sözün əsl mənasında hüceyrələri enerji ilə doldurur, nəmləndirir, dərinin canlılığını bərpa edir və qoruyur.
  • Asai giləmeyvələrin kök hüceyrə ekstraktı sərbəst radikalların təsirindən qoruyur, güclü nəmləndirmə verir və taurinin enerji vermə təsirini tamamlayır.
  • Pollution Protect qoruyucu texnologiya və UV filtrlər dərini aqressiv ətraf mühitdən qoruyur, erkən yaşlanmanın qarşısını alır.

Dərinin enerjili olduğu klinik olaraq sübut edilmişdir: 25 qat daha çox parlaqlıq * və 89% daha çox nəmləndirmə **.
Ödəniş və çatdırılma müddəti haqqında məlumatı Xidmət Mərkəzi bölməsində tapa bilərsiniz.