Ev şəraitində brou-bar: qaş forması düzəltməyin 4 üsulu

Üz formasına düzəliş verməyin və təbii gözəlliyin vurğulanması üsullarından biri qaşlara düzgün formanın verilməsidir. Zəruri bilik və məhsullardan danışırıq. Başlayaq?

QALIN VƏ GÖZƏL

Qaşlarının rəngi çox açıq və qaşların çox seyrəkdirsə, onların tündləşdirilməsi və qalınlaşdırılması mürəkkəb deyil. Qaşlar üçün The ONE tuşundan istifadə et. Onun müsbət cəhətləri çoxdur: suya dayanıqlı formul 10 saat qalır, gel teksturu qaşların həcmini və əyriliyini asanlıqla möhkəmləndirir, kiçik fırça ələ çox rahat oturur. Qaşlarına uyğun rəng seçməkdən başqa heç nə qalmadı: açıq-qəhvəyi, qəhvəyi, tünd-qəhvəyi.


NECƏ ETMƏK
1. Qaşlarını fırça ilə dara (qırıq-qırıq hərəkətlərlə)
2. Həcm və qalınlıq tələb olunan yerlərə tuşu daha artıq çək.
3. Qaşınlarına forma vermək və verdiyin formanı möhkəmlənirmək üçün qaşlarını yenidən səliqə ilə dara.

DƏQİQ VƏ VURĞULAYICI QAŞLAR

İkitərəfli qaş qələmi - qaşlara forma vermək, çatışmayan tükləri doldurmaq və baxışlara təravət qatmaq istəyirsənsə, bu sənin üçün tapıntı olacaq. Nəticə - dəqiq və vurğulayıcı qaşlar. 

NECƏ ETMƏK
1. Uyğun çalar seç: kül rəngi və ya qəhvəyi. Daha sonra çatışmayan tükləri kölgə ilə doldur. Həddi aşmamaq üçün, qırıq-qırıq hərəkət et.
2. Qələmin açıq rəngli tərəfi ilə qaşın alt konturunu qeyd et. Bu ona dəqiqlik və səliqəlilik verəcək. 



TEZ VƏ SALONDAKI KİMİ

İşin çox olanda qaşlarının forma və çalarını seçməyə vaxt tapmırsan. Həyatını asanlaşdır! Qaşların peşəkar korreksiyası üçün The One dəstini götür və təlimatına əməl et. Dəstin tərkibində iki dənə əri kəsilmiş fırça, qaşların bərkidilməsi üçün mum və qalıcı formullu iki çalar kölgə daxildir.

NECƏ ETMƏK
1. Uyğun çalar seç və ya mükəmməl rəngin alınması üçün çalarları bir-birinə qat
2. Əyri kəsilmiş qara rəngli fırça ilə qaçalrını çək. Zərif hərəkətlərlə hərəkətlər et. 
3. Mum və ağ fırçanın köməyi ilə qaşlara forma ver və verdiyin formanı möhkəmləndir. Tükləri azca dikəlt, əks halda üzünü ifadəsi kədərli ola bilər.



SƏLİQƏLİ VƏ TƏBİİ

Görülmüş işləri korlamamaqla qaşların təbii formasını necə vurğulamaq olar? Sənə marker-qələm lazımdır. Onunla sən həm qalın, həm də nazik xətləri çəkə bilərsən. Marker yayılmır, üst-başını bulaşdırmır və bütün gün qalır, onun universal çaları isə istənilən dəri tonuna və qaş rənginə uyğun gəlir.

NECƏ ETMƏK
1. Tüklərin bitməsi xəttinin altını markerlə tündləşdir. Bu, qaşlara zəruri əyriliyi verəcək.
2. Qaşlının kənarını səliqə ilə uzat. Qaş görkəminin təbii qalmasına fikir ver.
3. Qaşının orta hissəsini tündləşdir. Qırıq-qırıq hərəkət et.


Üz formasına uyğun qaş forması seçmək istəyirsənsə, bizim bələdçimizi oxu.

Mətn: Şəkil: Oriflame