Qaşlar: üz formasına görə qaş seçirik

Öz qaş formasını tapmaq — işin yarısıdır, qalanı sadəcə olaraq texnikadır. Bizim bələdçimizi oxu, şəkillərə bax və seç.

1. YUMRU ÜZ

Biz qalın və dəqiq konturlu qaşları çox sevirik. Birincisi bu çox gözəldir. İkincisi isə, onlar yumru üz quruluşlu insanlar mükəmməl uyğun gələrək almacıqları vizual olaraq daha incə görünməyini təmin edir. Məsələn, füsunkar Emma Stouna fikir ver! 

2. OVAL ÜZ

Oval üz forması  istənilən qaş formasının uyğun gəldiyi formalardandır. Sən istənilən qaş formasını seçə bilərsən, lakin ən çox sənə düz və vurğulayıcı qaşlar uyğun gələcək. Jessika Albada nümunə götür, onun qaşları maksimum təbii və gözəl görünür. 

3. ÜRƏK FORMASINDA

Düz qaşlara “yox” de! Zərif sınma ilə olan klassik qaş forması sənə əla uyğun gələcək. Kömək lazımdır? Riz Uizerspunun şəkilindən nümunə götür. 

4. UZUNSOV ÜZ

Sənə sonluqları uclu olan uzun düz qaşlar uyğun gələcək. Üfiqi xətt nəqədr uzun olarsa üz forması bir o qədər yumru görünər. 

5. DÖRDBUCAQ ÜZ

Çənə formasını düzəltmək üçün yumru qaşlar seçin. Onlar dörbucaq üz formasını vizual olaraq korreksiya edərək fokusu gözlərə verməyə kömək edir. Win-win!

Mətn: Şəkil: Getty Images