Fırçaya görə kirpiklər üçün tuşun düzgün seçimi

Tuş üçün ən əsası şotkadır (formulla yanaşı). Kirpiklərin uzunluğu, burulması, həcmi, ayrılması şotkanın formasından asılıdır.

Düz kirpiklər
Nəticə: kirpiklərin bükük və ifadəli olması
Bunun üçün fərqli uzunluqda və büküklüyə malik çoxlu tükü olan şotka lazımdır. Sərt mili və yumşaq tüklü 5-i-1-də əfsanəvi Wonder Lash XXL tuşu kirpiklərin həcmi, uzunluğu, burulması və ayrılmasını təmin edir. Hindqozu yağı əsasında hazırlanmış Pro Lash texnologiyalı formul zülalın itməsinin qarşısını alır və kirpiklərin böyüməsini stimullaşdırır. Superyenilik!


Nazik və qısa kirpiklər
Nəticə: üstdən çəkilmiş kirpiklər effekti
Bunun üçün fərqli uzunluqda tükləri olan silikon şotka lazımdır. Üstdən çəkilmiş kirpiklər effektli The ONE Hypnotic Depth tuşu üst və alt kirpikləri vurğulamağa kömək edir və 18 dəfə daha çox həcm verir. İki intensiv çalardan birini seçə bilərsən - klassik qara və tünd göy.

Qısa və düz kirpiklər
Nəticə: həm uzunluq, həm həcm
Bunun üçün fibra mikrolif formullu spiral şotka. Nümunə kimi The ONE İnstant Extensions kirpikləri uzadan tuşu göstərə bilərik. O, bir toxunuşla kirpikləri 74% uzadır, tez quruyur və yayılmır. Nəticədə sən bir neçə saniyəyə ultra uzun kirpiklər effekti alacaqsan!


Bütün kirpiklər
Nəticə: universal həll
Bunun üçün Giordani Gold kirpiklər üçün supertuş lazımdır. Ard-arda olan qısa və uzun tükləri vasitəsilə kirpiklər yapışmadan, ağırlıq və diskomfort hissi olmadan onları boyamağa kömək edir. İdeal həlldir!

Mətn: Şəkil: Oriflame