Duşu tez qəbul et
Uzun və isti duş təbii maneəni zədələyərək dərini quruda bilər. İsti suyun altında bir dəfəyə 1-2 dəqiqədən çox olmamağı və ən çox tərləyən yerlərə diqqət yetirməyi məsləhət görürük: məsələn, qoltuqaltılar, ayaqlar.
Pambıq geyin
Təbii parçalar bədən üçün daha xoş və ətraf mühit üçün daha təhlükəsizdir: sintetikdən fərqli olaraq, onlar dəriyə nəfəs almağa imkan verir. Polyester bakteriyaların böyüməsini sürətləndirərək istixana effekti yaradır - tər qoxusu yuyulduqdan sonra da qala bilər.
Duş üçün yumşaq, faydalı inqrediyentlərlə dolu vasitə lazımdır. ”Künjüt yağı və magnoliya” duş kremi və North For Men Subzero saç və bədən şampunundan xoşumuz gəlir.
Düzgün qidalan və su iç
Susuzlaşma, fastfud və şəkər zərərli bakteriyalar üçün əla şəraitdir. Onlara heç bir şans vermə! Rasionuna daha çox tərəvəz əlavə et və hər dəfə istədikdə su iç.
Tükləri çıxar
Qoltuqaltı nahiyədə tüklər zərərli bakteriyaların əhatə edə biləcəyi əlavə bir sahədir. Əgər tərləmə problemi sizi narahat edirsə, onları mütəmadi olaraq çıxarmağa çalışın. Təraş zamanı həssas dərini qorumaq üçün xüsusi köpükdən istifadə et.
Şkafın içinə bir parça sabun qoy
Şkafı açanda xoşagəlmss edirsən? Onu mümkün qədər tez-tez səliqəyə sal: köhnə, nadir hallarda geyilən və ya artıq tər qoxusundan yuyulmayan şeyləri at. Layfxak: bir parça sabun qoy və əşyalar onun ətirini alacaq. Kişilər üçün təravətli, canlandırıcı ətirlər seçməyi məsləhət görürük - məsələn, North For Men Subzero sabunu.
Ayaqlarının qeydinə qal
Duşdan sonra ayaqlarını yaxşıca sil, onları nəm saxlama - əks halda dərinin qoruyucu maneəsi pozulacaq. Qısa dırnaq uzunluğunu seç və qoxunu saxlayan xüsusi spreylərdən istifadə et. 36 saatlıq təsirli Feet Up Advanced ayaq dezodorant-antiperspirantdan xoşumuz gəlir.
Dezodorant istifadə et
Yoxsa antiperspirant? Məhz sənin problemini tam həll edən vasitəni seç. Dezodorant yalnız qoxudan, antiperspirant qoxudan və tərdən qoruyur. Onu yatmazdan əvvəl tətbiq et, belə o, daha yaxşı işləyəcək! Favoritlərimiz: Kişilər üçün North For Men Subzero quru dezodorant-antiperspirant və qulluqedici kompleksli kremli dezodarant-antiperspirant Activelle.