Sadə saç düzümü

Yay da qış kimi əyləncə mövsümüdür. Sənə aşağıdan dəstə yığmaqla zərif və istənilən hadisəyə uyğun saç düzümü təklif edirik.

1 

SAÇLARINI AYIR

Əvvəlcə saçlarını dəstələrə ayır və buran fenin köməyilə bur. Bu saç düzümünə tekstura və həcm bəxş edəcək. 

 




2

DAĞIT VƏ HAMARLA

Saçlarının yuxarı hissələrini bir qədər çırp və fiksasiya üçün sprey vur. Sonra çırpdığın dəstələri hamarla və aşağıdan, boyunun başladığı nahiyədə "at quyruyu" yığ (çox darama yığma).

 


3

AŞAĞI ÇƏK VƏ BUR

Quyruğun yuxarı hisəsini iki yerə böl. Onların arasında dəqiq sərhəd olmalıdır. Sonra əmələ gəlmiş ilgəyin arasından quyruğu elə keçirt ki, hər iki tərəf burulmuş olsun Bir qədər darama çək və bir neçə dəfə təkrarla. 

  



4

SON ŞTRİX

Darağın köməyilə quyruğun aşağı hissəsini şişirt və fiksasiya üçün lak vur. Saçlarını dəstəyə yığ, sancaq ilə bərkit və sprey ilə fiksasiya et. 

Videodərsə baxmaq üçün buraya kliklə.

Mətn: Şəkil: Marcus Ögren