Dodaq dərisinə Spa-qulluq

Tanış situasiyadır — dodaq boyasını çəkirsən, amma o düzgün yayılmır. Silirsən, yenidən çəkirsən, yenidən silirsən, artıq bezirsən və məcburu olaraq gigienik dodaq boyası ilə kifayətlənirsən. Amma buna baxmaraq yenidən dodaqlarına rəng vermək istəyirsən! Ona görə də biz sənin üçün dodaq dərisinə qulluq edəcək Spa-qulluq bələdçisi yaratmışıq. Artıq hər şey alınacaq!

1.  SKRAB

Dodaq dərisinin yumuşaq və hamar olması üçün nə etmək lazımdır? Skrab! O dodaq dərisindəki ölmüş hüceyrələri təmizləyərək dərini hamar edəcək. Ona görə də gündəlik olaraq müəyyən vaxt sərf edərək dodaqlarını makiyaja hazırla. Sən həmçinin skrabı ev şəraitində də edə bilərsən! Resept olduqca asandır: şəkər tozu + bal. Vasitəni dodaqlarına çək, barmaq ucluqları ilə massaj et, daha sonra salfetlə vasitəni dodaqlarından sil. 

2. NƏMLƏNDİRİCİ VASİTƏ

Skrabla bitirdikdən sonra, dodaqları yumşaltmaq lazımdır. Biz Tender Сare balzamını çox sevirik. Bu kiçik qab hətta ən kiçik çantaya yerləşərək istənilən vaxt dodaqlarınıza yumşaqlıq və hamarlıq verəcək. Digər teksturlara Qidalanmaya ehtiyacı olan dəri üçün əsl tapıntıdır!

 

3. PRAYMER

Beləliklə, dodaqlar yumuşaq və hamar olub! Onları rəngə boyamağın əsl zamanıdır! Praymer dodaq boyanız üçün əsl tapıntı olacaq. O dodaqda olan qeyri-bərabərliyi aradan qaldırır və dodaq boyasının dodağa daha düzgün yayılmasını təmin edir. 

4. RƏNG!

Nəhayət ki, dodaqlar arəngə hazırdırlar. Dodağına dodaq boyası, parıltı və ya stik çəkməyindən asılı olmayaraq mütləq olara dodaq qələmi çək. Nəticə olaraq: gün ərzində qalıcı olan parlaq, həssas makiyaj.

Hansı rəng çalarını seçməyi bilmirsən? Biz kömək edəcəyik! Öz dəri dənginə uyğun olan dodaq boyasını seçmək üçün ekspress-kursumuzu oxu.

 

Mətn: Şəkil: Getty Images