Sənin mükəmməl dodaq boyası çaların

Tanış hadisə: rəfiqəndə möhtəşəm dodaq boyası rəngi görmək, eyni dodaq boyasını aldıqdan sonra anlamaq ki, o sənə tamamilə yaraşmır. Bir daha yanlış seçim etməmək üçün dəri rənginə uyğun olaraq dodaq boyası seçmək üçün bizim ekspress-kursa daxil ol!

SOYUQ DƏRİ TONU
Sənin dərin solğun və şəffafdır, hətta çillər də görünür. Sən gündə tez yanırsan və qaralmaqdan çox qızartıya daha çox meyillisən. Əgər biləyindəki damarlara fikir versən, onlar mavi rəng olacaqlar. Demək sənə qızıldan çox gümüş yaraşacaq.

Soyuq dəri tonu olan insanlara daha çox göy və bənövşəyi çalarlı dodaq boyaları yaraşacaq. Mükəmməl qırmızı çalar axtarışındasan? Narincı çalarlardan qaç, daha çox dolğun qırmızı rəng çalarlarına üstünlük ver. Həmçinin çox solğun görünməmək üçün açıq rənglərdən də istifadə etmə! Sənə daha çox dərinlə kontraslıq təşkil edən dolğun rənglər uyğun gələcək. 

Sına: The ONE Colour Stylist, "Heyrətamiz Pion" çaları dodaq boyası

İSTİ DƏRİ TONU
Sənin dərin kifayət qədər tünddür və qaralmaq sənin üçün heç də çətin deyil. Hətta qış aylarında belə. Həmçinin sən gündə heç vaxt yanmırsan. Biləyindəki damarlara baxsan, onların daha çox yaşıl olduğunu görərsən. Ona görə də qızıl səndə gümüşü rəngdən daha yaxşı görünür. 

Sənin dəri növün üçün sadə qayda var: yalnız isti çalarlardan istifadə et. Qırmızı qammanı bəyənirsən? Cəsarətlə dolğun qırmızı və narıncı rənglərdən istifadə edə bilərsən! Əgər üz dərin həqiqətən də tünddürsə, giləmeyvəli və superdolğun rənglərdən istifadə et. Əla görünəcəksən. 

Əminik ki, çoxfunksional dodaq boyası 5-i 1-də The ONE Colour Stylist, "parlaq mərcanı" çaları

NEYTRAL DƏRİ TONU
Əgər biləyindəki damarların hansı rəng olduğunu dəqiq görə bilmirsənsə, demək neytral dəri tonuna maliksən. Bu halda bəxtin gətirib! Sən soyuq çalarlarla yanaşı isti çalarlardan da istifadə edə bilərsən. İstənilən. Hansı xoşuna gəlirsə. Üz dərin zeytuni rəngdirsə, bu qayda həmçinin keçərlidir. Bu halda sənən çəhrayı, nyud və mərcanı çalarlar uyğun gələcək. 

Sına: 5-i 1-də dodaq boyası The ONE Colour Stylist, "Zərif Qızılgül" çaları 

Və sonunda. Hansı dodaq boyası çalarından istifadə etmək öz seçimindir. Əgər sən özünü mərcanı rənglə daha komfort hiss edirsənsə, qaydaları unut və ondan istifadə et. Çünki, gözəllik ilk növbədə özünə əminlik deməkdir! 









Mətn: Şəkil: ANNA MÅRTENSSON, KRISTINE WREYFORD