Saçların üçün meyvəli smuzisi

Qatı meyvəli və giləmeyvəli smuzisi - müasir detoksun ən dadlı variantlarından biridir. Bəs saçlar üçün smuzi haqqında nə demək olar? Axı, təbiətin o qədər imkanları varki - və yeni Love Nature məhsulları üçün biz onları maksimum dərəcədə götürdük! Tanış ol: Oriflame orqanik barının yeni dadları.

Bu, sevgidir

Love Nature sevgi üzərində qurulan brenddir: sənə olan sevgi və yaşadığımız planetə olan sevgi üzərində. Biz hər şeyi düşündük: həm orqanik inqrediyentlərlə təbii tərkibləri, həm emal olunan qablaşdırmanı, həm mikroplastiklə mübarizəni (bütün cilalayıcı hissəciklər tamamilə təbiidir), ekoloji qablaşdırma isə – bankalar və şüşələr demək olar ki, tamamilə emal olunan plastikdən ibarətdir.

Üstəlik - tərkiblər 100% bioparçalanandır, və buna görə də, ətraf mühitə zərər vurmayacaq. Və, əlbəttə ki, onların hamısı dermatoloqlar tərəfindən yoxlanılıb, silikonlar və parabenlər ehtiva etmir. Love Nature üçün biz ən parlaq, ən şirəli inqrediyentlərdən istifadə edirik, onları elə uyğunlaşdırırıq ki, onlar dəriyə və saçlara maksimum fayda gətirsinlər.

Bəs yeni nəyi sınamaq olar?

Üç maska-smuzini! Və bir əla skrab-şampunu. İndi daha ətraflı danışacağıq.

Maska-smuzi konsepsiyası sadədir: nəm təmiz saçlara vurursan, 5 dəqiqə saxlayırsan - və budur sənin saçların artıq daha güclü, daha möhkəmdir, asanlıqla daranır, parıldayır və çox xoş ətir verir.

Saçların ehtiyacından asılı olaraq istifadə edə bilərsən:

Təbii orqanik papaya ekstraktı ilə bərpaedici saç maskası-smuzini - o, saçların strukturunu bərpa edir, kövrəkliyin və zədələnmiş ucların qarşısını alır.

Saçlar üçün təbii üzvi avokado yağı ilə qidalandırıcı saç maskası-smuzini - vitaminlər və yağ turşuları daxildən bütün uzunluq boyu dərin nəmləndirməni təmin edərək, saçları vizual olaraq daha sağlam edir.

Təbii üzvi banan ekstraktı ilə saçları gücləndirən maska-smuzini - kalium, vitaminlər və təbii yağlarla zəngin olan kompozisiya saçları gücləndirir, saç tökülməsinin qarşısını alır.

Adlar artıq hər şeyi açıqlayır - maska-smuzilər istənilən saç növü üçün uyğundur, belə ki, öz istəklərini rəhbər tut. Maska kondisioner əvəzinə həftədə 1-2 dəfə istifadə oluna bilər və o, müntəzəm qulluğa mükəmməl şəkildə uyğun gəlir.

Love Nature kömür və orqanik nanə ilə saç üçün skrab-şampun - bu, kəpəkdən və saçların artıq yağlılığından qurtulmaq istəyənlərə son dərəcə lazımlı bir şeydir. Təbii kömür yalnız başın qıcıqlanmış dərisini sakitləşdirirmir və çirkləri aradan qaldırırmır - o, saçları mükəmməl təmiz etmək üçün kifayət qədər dərinliyə nüfuz edir. Orqanik istiotlu nanə ekstraktı yağı və çirkləri aradan qaldırmağa kömək edir və saçları heyrətamiz dərəcədə təravətləndirir. Skrab-şampundan maska-smuzidən kimi həftədə 1-2 dəfə istifadə etmək olar. Onu bilavasitə başın dərisinə çək. Vasitəni köpükləyərək baş dərisini masaj et və sonra yaxşıca yu.

"Mənim quru, yağlı, nazik və itaətsiz boyalı saçlarım var. Olarmı dərhal Love Nature qulluq reseptini alım?

Olar!

Əgər sənin saçların qurudursa, biz 41292 quru saçlar üçün buğda və kokos qarışıqlı şampun və istənilən maska-smuzini tövsiyə edirik (onları növbə ilə istifadə etmək olar!). Maska-smuzi ilə sən həftədə 2 dəfə eyni seriyadan olan kondisioneri əvəz edirsən.

Əgər sənin saçların kövrəkdirsə, 41292 quru saçlar üçün buğda və kokos qarışıqlı şampunla möhkəmləndirici orqanik bananlı maska-smuzini birləşdir, onunla kondisioneri həftədə 2 dəfə əvəz et.

Əgər sənin saçların normaldırsa, istənilən maska-smuzi ilə orqanik avokado və çobanyastığı ilə bütün saç növləri üçün 2-si 1-də şampun-qulluqdan (yenə də, növbə ilə istifadə et, belə daha yaxşı olacaq) istifadə et. Bu halda kondisioner tələb olunmur və maskadan həftədə 1 dəfə istifadə etmək olar.

Əgər sənin saçların yağlıdırsa, əla variant olacaq – orqanik limon və nanə ilə yağlı saçlar üçün şampundan istifadə etmək, həftədə 1 dəfə onu saçlar üçün kömür və orqanik nanəli skrab-şampunla əvəz et.

Kəpək probleminiz var? Orqanik çay ağacı yağı və aloe vera ilə kəpək əleyhinə şampundan həftədə 2 dəfə istifadə et, onu saçlar üçün orqanik nanə və kömür ilə skrab-şampunla əvəz et. Və smuzi-maskalar haqqında unutma, saçlar üçün orqanik papaya ilə bərpaedici smuzi-maska həftədə bir dəfə burada tam olaraq uyğun gələcək.

Sən saçlarını göstərməyə hazırsan? Ən son yenilikləri əhatə edən səhifəyə keç, sənə daha yaxın olanı seç və yay mövsümündən zövq al!