Dəri qulluğuna aid əfsanələr

Deyirlər ki, yağ dərinin məsamələrini qapadığı üçün yağlı dəridə nəmləndirici vasitələrdən istifadə etmək olmaz. Deyirlər ki, suyun çox içilməsi dərinin quruluq problemini aradan qaldırır. Deyilənlərin hansının doğru, hansının isə yalan və ya əfsanə olduğunu araşdıraq.

XÜRAFAT VƏ YA HƏQİQƏT 1.DƏRI YAŞLANMASININ 80 FAIZI GENETIK SƏBƏBLƏRDƏN ASILIDIR. BU, DOĞRUDUR. 

Müəyyən xüsusiyyətlərimizi genetik səbəblərdən qazansaq da, dərinin yaşlanması 80 faiz həyat tərzindən və ətraf mühitdən (UB şüaları, çirklənmə və siqaret çəkmə) asılıdır.

NƏ ETMƏLI?

Yaşdan, mövsümdən, iqlim şəraitindən və digər amillərdən asılı olmadan dərinin sağlamlıq və gözəlliyini qoruyub saxlamaq üçün səhər və axşam dəriyə kompleks qulluq proqramından istifadə et.

XÜRAFAT VƏ YA HƏQİQƏT 2. ÇOX MIQDARDA SUYUN IÇILMƏSI DƏRININ NƏMLƏNDIRILMƏSINƏ GƏTIRƏR. BU, ƏFSANƏDIR
Əlbəttə, çox miqdarda suyun içilməsi sağlamlıq və yüksək əhval-ruhiyyənin şərtlərindəndir. Lakin dərin üçün nöqtəvi nəmləndirmə gərəkdirsə, krem və ya zərdab əldə et. İçdiyin suyun dəriyə təsiri yalnız orqanizmin ümumi susuzlaşdırılması zamanı hiss ediləcək. Lakin bunu etməyiniz tövsiyə olunmur.

NƏ ETMƏLI?
Nəmlik tarazlığını qoruyub saxlamaq üçün səhər və axşam krem və ya zərdabdan istifadə etməklə bərabər çoxlu su iç.

XÜRAFAT VƏ YA HƏQİQƏT 3.  GENIŞLƏNMIŞ MƏSAMƏLƏRI DARLAŞDIRMAQ OLAR. BU, ƏFSANƏDİR.
Məsamələrin genişlənməsinin üç səbəbi var: genetika, yaşlanma və yağ vəzlərinin işindəki nasazıq. Sebum, qabarlaşmış hüceyrələr və çirklənmənin çox olması məsamələri genişləndirir və qapayır. Zaman keçdikcə dəri öz elastikliyini itirir və sallanır. Bu səbəbdən məsamələr bir az daha genişlənir.

NƏ ETMƏLI? Dərinin dərindən və ya skrabla təmizlənməsi dərini çirklənmə, qabarlaşmış hüceyrələr və sebumdan azad edər. Lazım olmayan maddələrdən vaxtlı-vaxtında azad olmaq üçün dərinin növünə uyğun təmizləyici vasitədəntonikdən istifadə et.

XÜRAFAT VƏ YA HƏQİQƏT 4. YAŞLANMA ƏLEYHINƏ QULLUQ ZAMANI YAŞIN FƏRQI YOXDUR. BU, DOĞRUDUR.

Hər kəsin dərisi təkrarolunmazdır. Bir neçə əsas amildən qaynaqlanan yaşlanma əlamətləri müxtəlif yaşlarda meydana gələ bilər. Bu amillər aşağıdakılardır: genetika, ətraf mühitin təsiri, həyat tərzi. Yaşlanma əleyhinə qulluğu isə aşağıdakı əlamətlərin mövcud olması zamanı tətbiq edirlər: dərin qırışlar, ləkələr, üz cizgilərinin aydınlığının itməsi, mimik qırışlar, solğunluq və genişlənmiş məsamələr.

XÜRAFAT VƏ YA HƏQİQƏT 5: NƏMLƏNDİRİCİ VASİTƏLƏR VƏ YAĞLAR YAĞLI DƏRİ ÜÇÜN ZƏRƏRLİDİR. BU, ƏFSANƏDIR 

İstənilən tipli dərinin nəmləndirilməyə ehtiyacı var. Yağ vəzlərinin işinin pozulan tarazlığı səbəbindən hətta yağlı dəri belə susuzlaşdırılmış halda ola bilər.

NƏ ETMƏLI? Tarazlığı bərpa və dərinin nəmləndirilməsini təmin etmək məqsədilə düzgün qulluq növünü seç. Vasitələrin teksturlarına diqqət yetir. Yüngül teksturlu vasitələr yağlı, zəngin teksturlu vasitələr isə normal və quru dəriyə uyğun gəlir. Zəngin teksturlu vasitələr, həmçinin gecə qulluğu üçün də istifadə olunur. Həm kapsullu, həm də kapsulsuz yağlardan istifadə et. Dəridə istifadə etdiyin vasitələrin miqdarını nəzərə al. Məsələn, üz, boğaz və sinənin üst hissəsinə yalnız kiçik miqdarda yağ çək.



Mətn: Şəkil: Getty Images