Nəyə görə su orqanizm üçün xeyirlidir?

Adi görünsə də, faktdır: su sənin sağlamlığın və gözəlliyin üçün xeyirlidir. Bilirsənmi bu nəyə görə belə baş verir? Su orqanizmə necə təsir edir? Biz bu məsələ ilə maraqlanmağa çalışdıq.

1. BEYNİN İŞİNƏ KÖMƏK EDİR

Bilirsənmi ki, beyin hüceyrələrinin 80%-i sudan ibarətdirlər? Bəli-bəli, bu belədir! Su beyin hüceyrələrini mexaniki təsirlərdən qoruyaraq amortizator rolunu oynayır və mübadilə prosesinı kömək edir.  Daha sadə yolla başa salaq: gün ərzində çox maye itirdikdə (məsələn məşqlərdə) beyin hüceyrələri öz fəallıqlarını itirillər. Əksinə su qəbul etdikdə, sən daha yaxşı yaddaşa malik olursan, həmçinin yuxunun keyfiyyəti yaxşılaşır. 


2.ÜRƏYİN QAN DÖVRANINA TƏSİR EDİR

Sən bunu hiss etməyə bilərsən, yalnız sənin ürəyin gün ərzində 7600 litr qanı damarlara ötürərək fasiləsiz işləyir. Sən kifayət qədər su içdikdə bu sistem problemsiz çalışır. Susuzluq qanın həcminin aşağı düşməsinə səbəb olur, ona görə də ürək daha güclü işləyərək hüceyrələrə daha çox oksigen ötürməyə çalışır. Məhz ona görə də belə anlarda məşqlər olduğundan daha çətin keçir. 


3. ENERJİ VERİR

Nə qədər su içməyin özünü necə hiss etməyindən asıldır. Elmi tətqiqatlar sübut etmişdir ki, susuzluqdan əhval-ruhiyyə və enerji səviyyəsi aşağı düşür. Gün ərzində şirniyyat və ya bir fincan qəhvədənsə daha çox su içməyin yaxşı olar. 

4. HAMARLIQ VƏ ELASTİKLİKLƏ TƏMİN EDİR

Gün ərzində daha az su içsən dərinin daha solğun göründüyünün şahidi olacaqsan. Quruluq, həssaslıq və solğun dəridən necə qurtulmaq olar? Cavab sadədəir: su içmək. Məhz su möcüzələr yaradır: elastik və hamar dəri. Əslində heç bir möcüzə yoxdur, orqanizmdə kifayət qədər maye balansı hüceyrələrin işini yaxşılaşdırara, dəriyə gözəl görünüş verir.

Məsləhətimiz: kremi nəm dəriyə istifadə et, məsələn, duş və ya vanna qəbul etdikdən dərhal sonra. Nəm dəridə vasitə daha yaxşı hopur.

 

 

Mətn: