Dəriyə qulluq haqqında ən çox verilən 5 sual

Zaman keçdikcə dərinin növü dəyişirmi? Hansı daha vacibdir, nəmləndirmə yoxsa təmizləmə? Yağlı dəri üçün nəzərdə tutulmuş vasitələri quru dəri üçün istifadə etmək olarmı? Biz Oriflame şirkətinin dəri tədqiqi institutunun direktoru Syüzanna Fabriyə daha bir neçə mürəkkəb sual da verdik.

Dəriyə qulluq vasitələrini seçdikdə dərinin növünü nəzərə almaq vacibdirmi?

Dərinin növünə görə qulluq vasitələrinin seçilməsi dəridə yaranmış problemlərin həll edilməsinə kömək edir. Ən əsası, belə olduqda, dəridə yaranmış problemlərin dərinləşməsinin qarşısı alınır. Tutaq ki, sənin dərin qurudur. Onu ətraf mühitin mənfi təsirindən qorumaq və qoruyucu qat yaratmaq üçün sən zəngin tərkibli vasitələrdən istifadə etməlisən. Yağlı dəri üçün isə daha sadə tərkibli vasitələr lazımi nəmlənməni təmin edər, sebumun artıq dərəcədə ifrazının qarşısını alar, akne və iltihaba əngəl olar.

Mövcud dəri növləri hansılardır?

Adətən söhbət quru, normal və yağlı dəridən gedir. Dərinin növündən başqa dərinin halı da əhəmiyyət kəsb edir. Quru və yağlı dəri həssas və ya qurumuş ola bilər. Dəriyə qulluq vasitələri bu növ və hallara uyğun seçilməlidir.

Zaman keçdikcə dərinin növü dəyişirmi?

Bəli, zaman keçdikcə dərinin növü dəyişə bilər. Buna səbəb hormonal dəyişikliklər, ətraf mühit, həyat tərzi, stress və iqlim şəraiti ola bilər. Dəri yeni mühitə uyğunlaşmalı, yeni şəraitə adaptasiya etməlidir. Dəyişikliklərin dəridə mənfi iz buraxmaması üçün qış fəslində daha zəngin tərkibli, yazda isə ultrabənövşəyi şüalara qarşı davamlı vasitələrdən istifadə et!

Kompleks qulluq zamanı nəyin həyata keçirilməsi vacibdir?

Bütün prosedurlar vacibdir. Kompleks qulluq öz adını yalandan almamışdır. Kompleks qulluq zamanı hər yeni bir addım əvvəlkini ideal şəkildə tamamlayır, xüsusi vasitələr isə hər iki addımın səmərəsini artırır. Prosedurların əhəmiyyəti böyükdür: təmizləmə, nəmləndirmə, qidalandırma və qoruma. Zərdab isə spesifik problemləri həll edir. Məs., Ecobeaty yağı əlavə qidalanmanı təmin edir.

Müxtəlif növ dəriyə qulluq vasitələrindən istifadə etmək olarmı?

Bəli, dəriyə qulluq vasitəsini ehtiyacını nəzərə almaqla seçirsən. Düşünürsən ki, zəngin tərkibli kremlər daha sənin dərinə düşmür? Daha yüngül flüidlərə keç! Dəriniz qabıq qoymağa başladı? Əvvəlki kremlərə qayıt!

REDAKTUN TÖVSİYƏSİ: 

Qırışlara qarşı kompleks qulluq kremi NovAge Ecollagen iki variantda mövcuddur: yüngülsadə gündəlik krem. Bu kremlə birgə sən hər zaman digər vasitələrdən də istifadə edə bilərsən.

 

Mətn: Şəkil: Oriflame