NovAge Ecollagen Light qırışlara qarşı kompleks qulluq (yüngül gündüz kremi ilə)
NovAge

NovAge Ecollagen Light qırışlara qarşı kompleks qulluq (yüngül gündüz kremi ilə)

29380
209,00 AZN 298,30 AZN
6 əd.
Çatdırılma

Çatdırılma

Çatdırılma, ödəniş və müddət haqqında məlumatı Xidmət bölməsində tapa bilərsiniz.



NovAge Ecollagen yüngül güzndüz kremi ilə kompleks qulluğu sına! Patentləşdirilmiş Tripeptid texnologiyası və bitkilərin gövdə hüceyrələri ekstraktı ilə iki qabaqcıl inqrediyentlər qırışlara qarşı mübarizə üçün Orifleymin məşhur vasitələrinin yenilənmiş seriyası. Təbii komponentlər, qabaqcıl elmi nailiyyətlər və hər birinin özündən əvvəlkini qüsursuz tamamladığı, xüsusi işlənib-hazırlanmış formulların isə bir-birinin təsirini gücləndirdiyi Orifleymin 4-addımlı sistemini istifadə edərək sən kompleks qulluq və real nəticələr əldə edirsən – cəmi 33 həftə ərzində qırışların miqdarını 12%-ə qədər azaldır*.


Dəstə daxildir:


  • Təmizləyici gel-köpük (200 ml/kod 32596).
  • Yeniləyici tonik (200 ml/kod 32128).
  • Qırışlara qarşı göz ətrafı dəri üçün krem (15 ml/kod 31546).
  • Qırışlara qarşı üz zərdabı (30 ml/kod 31547).
  • Qırışlara qarşı yüngül gündüz kremi (50 ml/kod 32655).
  • Qırışlara qarşı gecə kremi (50 ml/kod 31545).

*12 qadının iştirakı ilə 31 həftə ərzində keçirilən kliniki sınaqların nəticələrinə əsasən.

NovAge Ecollagen qırışlara qarşı kompleks qulluq

NovAge Ecollagen məhsulları ilə 4-addımlıq gündəlik qulluq sistemi elə qurulmuşdur ki, hər addım qüsursuz şəkildə özündən əvvəlkini tamamlayır, xüsusilə hazırlanmış formullar isə bir-birinin effektini gücləndirir.


Kliniki cəhətdən sübut olunmuşdur ki, NovAge Ecollagen dəriyə kompleks qulluqdan istifadə seriyanın məhsullarından ayrı-ayrılıqda istifayə nisbətən 7 dəfə daha effektivdir.


ADDIM 1: TƏMİZLƏNMƏ

dərini təmizləmək, çirk və makiyajın qalıqlarını silmək üçün NovAge Ecollagen təmizləyici gel-köpükdən (32596) və NovAge Ecollagen üz üçün yeniləyici tonikdən (32128) istifadə et. Onlar nəinki sənin dərini lazımi təmizləmə və təravət ilə təmin edir, həm də krem və zərdabların tərkibindəki fəal maddələrin daha dərinə nüfuz etməsinə və daha da effektiv təsir etməsinə imkan verir.


ADDIM 2: GÖZƏTRAFI DƏRİYƏ QULLUQ

Göz ətrafı dəriyə xüsusi qulluq lazımdır. Göz ətrafı dərini zərif və eyni zamanda effektiv qulluq ilə təmin etmək üçün NovAge Ecollagen göz ətrafı dəri üçün qırışlara qarşı zərif kremdən (31546) istifadə et.


ADDIM 3: AKTİVATOR

Dərin üçün lazım olan maddələrin yüksək konsentrasiyasını təmin etmək və gündüz və gecə kremlərinin təsirini artırmaq üçün NovAge Ecollagen üz üçün qırışlara qarşı yüksək təsirli zərdabdan (31547) istifadə et.


ADDIM 4: ƏSAS QULLUQ

Kompleks qulluğu gündüz və gecə kremlərindən istifadə edərək tamamla. NovAge Ecollagen qırışlara qarşı yüngül gündüz kremi (32655) daha yüngül tekstura malikdir (NovAge Ecollagen qırışlara qarşı nəmləndirici gündüz kremindən (31544) fərqli olaraq), dərini qüsursuz nəmlənmə və təravət ilə təmin edir, həmçinin makiyaj əsası kimi istifadə edilə bilər. NovAge Ecollagen qırışlara qarşı gecə kremi (31545) gecə ərzində intensiv qidalanma ilə təmin edir və dərini bərpa edir.


Qeyd: həssas dərinin NovAge Ecollagen seriyası məhsullarından ibarət kompleks qulluğun intensiv təsirinə öyrəşməsi üçün vaxt lazımdır, buna görə də öz qulluq prosedurunuza onları tədricən daxil etməyiniz yaxud nümunələrdən istifadə etməyiniz tövsiyə edilir.

Fəal inqredientlər:


Tonik və gel-köpükdən başqa bütün vasitələrdə:

  • Quş üzümü fəsiləsibitkilərinin gövdə hüceyrəsi ekstraktı (nicotiana sylvestris leaf cell culture): ikili funksiya daşıyır: kollagen ifrazını stimulyasiya edir və onu zəiflədən enzimləri bloklaşdırır. Nəticədə dəridəki kollagen səviyyəsi artır və qırışlar demək olar ki, daxildən düzləşir. Təsiri aydın görünür və kliniki sınaqlarla təsdiq edilmişdir: NovAge Ecollagen vasitələri 12 həftə ərzində 33%-ə qədər qırışların yaranmasının qarşısını alır, dərini daha yumşaq, hamar və təravətli edir. Klini cəhətdən həmçinin sübut olunmuşdur ki, quş üzümü fəsiləsi bitkilərinin gövdə hüceyrələri ekstraktı kollagen sintezini 200%-dən artıq gücləndirir.

  • Patentləşdirilmiş Tripeptid-texnologiyası (hydrolyzed rice protein, triticum monococcum seed extract, hydrolyzed yeast protein): buğda, düyü və mayadan alınmış üç bitki peptidinə əsaslanır və güclü yaşəleyhinə xüsusiyyətlərə malikdir: buğda DNT-ni fotoyaşlanmadan müdafiə edir, düyü hüceyrə enerjisini aktivləşdirir, maya isə kollagen sintezinə cavabdehdir. Laborator şəraitində bu peptidlərdən hər biri kollagen ifrazını stimullaşdırmaq sayəsində yüksək qabiliyyət nümayiş etdirir – ekollagen sintezi onlardan hər biri ilə ayrılıqda olduğundan demək olar ki, iki dəfə daha da fəallaşır.

Yalnız göz ətrafı dəri üçün kremdə:

  • Kofein (caffeine): gözün altındakı qara halqalar və şişkinliklərlə mübarizə aparmağa kömək edir, həçminin dəriyə parlaqlıq bəxş edir.
  • Eyeliss kompleksi: birgə fəaliyyətləri nəticəsində dərinin elastikliyini yaxşılaşdıran fəal inqredientlər kombinasiyasından ibarətdir, göz ətrafı dərinin mikrosirkulyasına təsir edir, gözün altındakı şişkinlik və tünd halqaların yaranmasının qarşısını alır.
  • Gözotu ekstraktı (euphrasia officinalis extract): göz altındakı tünd halqaların yaranmasının qarşısını almaq üçün sakitləşdirici və gümrahlaşdırıcı təsir göstərir.

Yalnız yen iləşdirici tonikdə:

  • CellRenew texnologiyası: epidermisdəki mübadilə proseslərini normallaşdırmağa kömək edir və yenilənməyə və ölü hüceyrələrin zərif təmizlənməsinə şərait yaradır, digər vasitələrin təsirini yüksəldir. Hidroturşular və fəal nəmləndirici komponentlərin unikal kombinasiyasına əsaslanır.

Yalnız təmizləyici gel-köpükdə:


  • CellActive texnologiyası: dəriyə yumşaq təsir edən diqqətlə seçilmiş inqredientlər daxildir tərkibinə, dərini effektiv, dərindən və eyni zamanda incəliklə təmizləyərək onu qurutmur. Əlavə yumşaldıcı komponentlər dərini yumşaldır, nəmləndirir və hamarlaşdırır.
Твоя кожа будет моложе тебя! Представляем обновленную серию NovAge Ecollagen для борьбы против морщин. Два инновационных активных ингредиента помогают стимулировать выработку коллагена, придавая твоей коже мягкость, гладкость и молодой вид.