Utanmaq lazım deyil: parlaq aksessuarlar və makiyajı uyğunlaşdırmağı öyrənəcəyik

Cəsarətli olmaq zamanıdır! Geyin və aksessuarlarda effektli rənglərdən, həcmli elementlərdən istifadə et, kontrast rənglərlə eksperimentlər və axır ki, mümkün saymadığın ətri al. Birincisi, bu çox dəblidir. İkincisi maraqlıdır, üçüncüsü isə indi olmasa nə vaxt olacaq? Orifleymin rəsmi vizajisti Roman Belosnejniy məsləhətləri ilə kömək edəcək.

Cəsarətli şık
Həcimli geyim elementləri və əlvan rəng — bu mövsüm üçün aktual olan ən uyğun duetdir.  “Elektrik” çalarlı palto-kokon və sviter, oversayz çanta və orijinal bəzək əşyaları — hamısını birlikdə geyin və bu tərzdən qorxma. 

Həcm və kontrast
Ziddiyyətlərdə intriqa yarat: həcmli çanta və mini-pul kisəsi, qızılı metal və mərməri çalarlar, asimmetrik sırğalar və ideal ölçülü boyunbağı, hamar dəri və büzmə parça. Diqqətsiz qalmayacaqsan!

Etno və folklor
Aksessuar dizaynerləri etnik folklor variantlardan istifadə etməyə başlayırlar.  Bu tərz eyni tonlu boyunlu geyimlərə, ponço və ya xəzili jiletlərə uyğun gələcək. 

Azadlığın ruhu
Üsyankar kifayət qədər tez yadda qalan tərzdir. Çoxqatlı velür, çaplı cins seç, etno-folk tərzdə aksessuarlardan istifadə et və qarışıq saç düzümünü də unutma.  Vinil parlaqlığı!

Lak və vinil
Dodaqlarını zərif-çəhrayı rəngə boyamağa öyrənmisiz? Bu rəngi bir neçə aylıq qırağa qoyun və daha effektli rəngləri sınamağa başlayın. Bənövşəyi və ya moruğu, yasəmən və ya al qırmızı — inan ki, sənin gəlişin sensasiya olacaq.  

Mətn: Şəkil: Oriflame