Maye lak dodaq boyasının istifadəsi: byüti-bloqerlərin məsləhətləri

Byüti-bloqerləri səbəbsiz yerə “təsir mələkləri” adlandırmırlar. Onlar nəinki son kosmetika yeniliklərindən xəbərdardılar, hətta bu byüti yeniliklər haqqında bütün dünyaya məlumat da verirlər. Bu dəfə biz bloqerlərdən The ONE Lip Sensation maye-lak dodaq boyası haqqında fikirlərini bizimlə bölüşməyi xahiş etdik.

Sandra Diaz, Mexiko

İnstagram: @HablaBelleza və Youtube kanalı 
Rəng: Al qırmızı 
 

“Mən bu dodaq boyasının əsl fanatına çevrilmişəm. Mən bütün yenilikləri sevdiyim üçün parlaq və yadda qalacaq bir tərz yaratmaq qərarına gəldim. Yəqinki dodaq boyasının tərkibində özünə inam hissini artıram inqredient mövcüdur. Əks halda qısa müddətdə dodaq boyasını necə sevdiyimi anlatmaq çətindir”.

SANDRA MƏSLƏHƏT GÖRÜR:
Mən sənə lak dodaq boyasını istifadə etdikdə digər parıltılı kosmetik vasitələrdən istifadə etməyi tövsiyə etmirəm. Əksinə digər istifadə olunan kosmetikalar donuq çalarlı olduqda daha dəbli tərz yaratmış olarsan. Lakin istəilən halda bu sənin seçimindi. Əgər yeni il küknarı kimi parıldamaq istəyirsənsə, buyur.  

Oninie Okaye, Nigeriya

İnstagram: @onyinye_okoye
Rəng: Bənövşəyi 
və böyürtkən 

 «Makiyajda məni təbiilik və sadəlik ilhamlandırır. Yeni dodaq boyasında mən daha çox lak effektini bəyəndim. Orifleymə bu mükəmməl dodaq boyası üçün təşəkkürümü bildirirəm!»

ONİNİE MƏSLƏHƏT GÖRÜR:

1. Heç vaxt rənglərlə eksperiment aparmaqdan çəkinmə: yalnız sən özün sənə yaraşan rəngi tapa bilərsən. Bundan başqa, əlvan dodaq boyaları indi çox dəbdədirlər.

2. Dodaq boyasını istifadə etdikdən sonra dodaqlarına toxunmaqdan çəkin. Bu dodaq boyasının effektini daha uzun müddətli saxlayacaq.

3. Dodaq boyasını istifadə etməmişdən öncə dodaqlara bir qədər konsiler və ya baza əsası çək. Bu dodaqların rəngini təbii rəngə gətirərək dodaq boyasının rəngini daha çox təbii edir. 

Emili Conson, Norvegiya

İnstagram: @emiliena , həmçinin www.emiliejo.blogg.no
Rəng: narıncı və mərcan

“Parlaq dodaq boyası ən yaxşı neytral makiyajla uyğun gəlir. Tuş, yüngül BB-krem, bir qədər bronzer və ənlik. Bu tərzə bir qədər romantiklik vermək üçün mən güllü çələngdən istifadə etdim“.

EMİLİ MƏSLƏHƏT GÖRÜR:

Dodaq boyasını çəkdikdən sonra barmaqlarının ucluqları ilə dodaqlarına vur. Bu təbii dodaq effekti yaradacaq. 

Veronika Nikkoko8, Rusiya
İnstagram: @nikkoko8, həmçinin Youtube kanalı  
Rəng: mərcan

«Bu yay mən əlvan rəng çalarlarına üstünlük verdiyim üçün, əlbəttə ki, parlaq çəhrayı rəngli The ONE dodaq boyasından da yan keçə bilməzdim. Bu dodaq boyası parlaq üz dərisi və göz qapaqları üçün tunc rəngli kölgə ilə ideal uyğun gələcək. Bu makiyaj üçün mən boyfrend-jins, əlavan limon-sarılı topla uyğunlaşdırdım.  


VERONİKA MƏSLƏHƏT GÖRÜR
:

Mən göz qələmindən istifadə etməməyə qərar verdim. Çünki, mənim üçün əsas makiyajı ağırlaşdırmamaq idi. Mənim əsas məqsədim dodaqları vurğulayaraq parlaq dəri effekti yaratmaq idi.

Marketa Veneva, Çexiya
İnstagram: @marketavenen, həmçinin www.marketavenena.com

Rəng: bütün rənglər

“Neytral göz makiyajı sənə istənilən rəng çalarında dodaq boyasından istifadə etməyə imkan verir. Zərif-çəhrayı rəngdən – tünd rənglərə qədər istifadə edərək mükəmməl görsənməyə imkan verir. Sənin hansı rəngdən istifadə edəcəyin yalnız özündən asılıdır”.

 

MARKETA MƏSLƏHƏT GÖRÜR:

Neytral rəngli makiyaj sənə bütün gün ərzində istənilən rəng dodaq boyasından istifadə etməyə imkan verir. Öz əhvalına uyğun dodaq boyası seç.

 

 





Mətn: