Sənin ən yaxşı dəbli layihən – şüurlu irəli hərəkət etməkdir?
#FollowMeTo çərçivəsində mən daima şəkillər üçün obrazlar yaratmaqla məşğulam, səyahətlərdə yerli dizaynerlərlə görüşürəm, yerli tarixi və mədəniyyəti öyrənirəm. Bizim izləyicilərimiz həmişə kadrda olan paltarın nə olduğu və makiyajın hansı vasitələrlə edildiyi barədə maraqlanırlar. Mənim instaqramdakı şəxsi profilim ailəvi layihənin məntiqi davamına çevrildi. Səyahətlərə və yerli tarixə sevgi qalıb. Mənim planlarımda tək Milan, Paris və Nyu-York deyil- həmçinin Gürcüstanda, Kiyevdə keçirilən Moda həftələrini sevirəm, Seula getməyi planlaşdırıram.
Səndə dəbli və bununla yanaşı özün kimi qalmaq alınır. Pafossuz, kitçasız və bəzəksiz bunlar dəb sənaysində necə qəbul olunur. Sənin sirrin nədədir? Yüksək moda dünyasında trendlərin qurbanı olmamaq üçün nə etməli?
Müasir həyatda biz çox böyük informasiya axınları ilə üzləşirik. Hər şey o qədər çoxdur ki, - şəkillər və obrazlar, neçə-neçə trendlər, bütün bunlarla ayaqlaşmaq mümkün deyil. Trendlər – bu əladır, şüurla seçməyi öyrənmək üçün gözəl imkandır. Ona şəxsi düşmənin kimi baxmaq lazım deyil, onunla öz qaydalarına uyğun oynamaq lazımdır.
Nə zamansa dəbli trendlərdən birini izlədiyin üçün heyifsilənirsən?
Anam sağ olsun, uşaq vaxtı təcrübədən keçirməyə icazə verirdi. Mən bütün həyatım boyu irəliyə baxmışam: xatırlayıram, məktəb vaxtı zərli yaşıl dodaq boyaları, hər rəngdə saçlar vardı – biz saç uclarımızı təbaşirlə və tuşla rəngləyirdik, ondan sonra saçlarımız ağac kimi qalırdı. Həmçinin trenddə qorxunc iri taxma dırnaqlar vardı. İndi bütün bunları dəhşətlə xatırlayıram, lakin nə vaxtlarsa təcrübədən keçirtmək böyük xoşbəxtlik idi. Özünü tapmaq üçün yoxlamaq lazımdır, gənclik –bunun üçün ən yaxşı zamandır.
Natalya Osmanın tam müsahibəsini Orifleymin Gözəllik Kitabının yeni buraxılışında oxuya bilərsən.