İrina Qorbaçovanın Antikastinqi

İrina Qorbaçova, Orifleymin yeni videosunda birdən-birə beş rol oynayan aktrisa və İnstaqram ulduzu öz həyatını yaşamaq üçün cəsarətli olmağın vacibliyi, daxilindəki zərifliyi oyatmağın və istənilən vəziyyətdə özünü dinləmək, sevmək və anlamağın nə dərəcədə lazım olduğu barədə danışır.

Rolikimizin qəhrəmanın düşdüyü vəziyyət sənə tanışdır – anlayırsan ki, hər gün sənə heç bir aidiyyatı olmayan meyarlara əsasən səni dəyərləndirirlər?

Mən yeniyetmə olanda oxşar hal yaşamışam. Sənin daxili gücün olmayanda ətrafındakılarda dəstək axtarırsan. Mən öz zərifliyimi hiss etmirdim. Mən oğlan kimi geyinir, özümü oğlan kimi aparır, oğlan dəstələrində gəzirdim – iki qardaşım var. Bəzən diskotekaya gedəndə mən güzgünün qabağında bəzənirdim və küçəyə çıxırdım, amma tanışlardan kimisə görən kimi evə qaçırdım və üzümə çəkdiklərimi yuyurdum, çünkü, mənə elə gəlirdi ki, məni lağa qoyacaqlar.


Sən bunun öhtəsindən necə gəldin?

İlk əvvəl mən hər kəsi təəccübləndirməyi seçdim: pirsinq etdim, saçlarımı boyadım. Sonra başladım özümü mükəmməlləşdirməyə, oxumağa, səyahət etməyə başladım.
Mənim 14 yaşım olanda dostumdan çox xoşum gəlirdi, onun da məndən xoşu gəlirdi və o, mənə görüş təklifi etdi. Nəticədə mən onunla bir həftə görüşdüm, özüm-özümdən, özümün hisslərimdən qorxdum – bu mənim 
üçün çox yad və qəribə idi, mən özümdə bunu hiss etmirdim – və özüm bu münasibətə son qoydum.

Bu hekayə və İnstaqramda iki milyon təqibçisi olan adam arasında olduqca böyük uçurum var

Teatr institunun çox böyük töhvəsi oldu. Pedaqoqlar təkidlə mənə don geyindirməyə çalışırdılar – mən isə sona qədər müqavimət göstərirdim, amma özümün zərifliyimi artıq hiss etməyə başlayırdım. Bir dəfə isə rəfiqəm ilə iki həftəlik Barselonaya getdik və orada nə isə baş verdi. Mən hiss etdim ki, mən qadınam, mən gözələm, cəzbediciyəm, mənə kişilər baxır və mən bundan utanmıram. Sonra məni müxtəlif fotosessiyalara dəvət etməyə başladılar və bu mənim üçün dönüş nöqtəsi oldu. Ona görə ki, sənə makiyaj  edəndə, sənin adətən geyinmədiyin paltarları geyindirəndə sən dəyişirsən. İlk öncə mən başa düşmürdüm ki, bunda necə orqanik görünmək olar. Sonra anladım ki, çox düşünmək lazım deyil, mənim təbiətim budur – mən beləyəm. Mən dəlisovluq etməyi və dəyişimi sevirəm. Çalışdığım fotoqraflar özümü daha da zərif, qeyri-adi, gözəl görməyə – bunların məndə olduğuna inanmağa mənə kömək etdilər.

Necə düşünürsən, qadınların özlərini gözəl hiss etmələrinə nə mane olur?

İndi 50-dən bir az artıq yaşı olan neçə qadın 18-19 yaşındakı şəkillərinə baxır və deyirlər: mən özümü gözəl hiss etmirdim. Bu necə mümkündür? İnsanlar özlərinin gözəl olmadıqlarını düşünərək yaşayırlar! Əlbəttə, dəb jurnallar bunun üçün çox şey etmişlər. Onlarda hamı daraqlı, bəzəkli, gülərüzdür – və bu yumorsuz, oyunsuz, istehzasızdır. Biz bu jurnallarda gördüyümüz həqiqətə uyğun deyilik, onlara həsəd hissi ilə baxırıq, özümüzü sevmirik, qəbul etmirik. Bu uşaqlıqdan başlayır: uşağa onun unikal olduğu deyilmir, o bununla yaşayır, sonra isə qəzəblənir və özünün ətraf mühit ilə harmoniyasını hiss etmir.

Sənin üçün ətrafdakıların gözləntilərinə cavab vermək nə dərəcədə vacibdir?

Gözləntiləri doğrultmaq – faydasız işdir. Əlbəttə, mənim üçün vacibdir ki, atam, nənəm, anam, həyat yoldaşım mənimlə fəxr etsinlər, ona görə də bir qərar verəndə onları

düşünürəm. Lakin bu halda belə digərlərinə baxmadan öz həyatını yaşamaq cəsarətin olmalıdır. 

Sənin gözəlliyin ətrafdakıların qiymətləndirilməsindən asılı deyil! Məhşur bloqerlər və uğur qazanmış Oriflame Liderləri artıq Antikastinq layihəsinə qoşularaq onları ilhamlandıran insanların hekayələri ilə bölüşüblər. Videonaminasiyalara bax və onların həqiqi gözəllikləri haqqında sən də danış. 

 

Mətn: Şəkil: Oriflame