Qızıl Konfrans-2017 gündəliyi: necə keçdi

Qızıl konfransın başa çatdığından artıq üç ay keçib. Etiraf edirik ki, çox darıxırıq. Sən də darıxırsan? Onda redaktorumuz Sofiya Marino de Lemosun yaratdığı gündəliyi oxu.

BİRİNCİ GÜN

59 ölkədən 6 min Lider Reflection and Silhouette kruiz laynerlərinə minmək üçün Çivitavekya (İtaliya)  dəniz limanına yığışdılar. Hamı öz nömrələrində yerləşdikdən sonra laynerin yuxarı göyərtəsində əyləncə başladı. Canlı musiqi, rəqs və möhtəşəm mətbəxt — bu unudulmaz idi! Biz hətta rəqs meydançasında şirkətin yaradıcıları olan af Yoknik qardaşlarını da gördük! 

Video behind-the-scenes-oriflame-50th-anniversary


İKİNCİ GÜN

 

Dünənki əyləncəyə baxmayaraq biz tezdən yuxudan durduq. Elə eyni göyərtidə Wellness komandası gimnastika kursu keçdi.  Daha sonra — səhər yeməyi və Oriflame mütəxəssisləri ilə görüş.  

Proqramda biz Wellness komandasından Protein Blend kompleksi haqqında ətraflı məlumatı dinlədik, dijital-komanda isə biznesin sosial şəbəkələrdə inkişaf etdirilməsi üçün bir neçə faydalı məsləhət verdilər.

ÜÇÜNCÜ GÜN 

Biz kiçik yunan adası Mikonosa nahar vaxtı çatdıq və dərhal şəhəri gəzməyə yollandıq. Çimərlik, ekskursiya və ya şoppinq — hər bir insan özünə uyğun variantı seçirdi. Şirkət gəzintini xüsusi olaraq Wellness tərzində keçirirdi — biz şəhərin bütün diqqətəlayiq yerlərini gördük, yüzlərlə şəkil çəkdirdik, nahar edərək geriyə döndük. 

DÖRDÜNCÜ GÜN

Salam, Türkiyə! Biz artıq ölkənin qərbi, dəzin limanı Quşadasındayıq. Bura çox gözəldi! Hər dəqiqə şəkil şəkdirmək istəyirik. 18 km uzaqlıqda qədim Efes dağıntıları mövcüddur. Biz də ora yollandıq. Nəinki məbəd və monumentləri görməyə, hətta köhnə bazarı da gəzməyə vaxtımız çatdı. Geri dönmək istəmirdik! 

BEŞİNCİ GÜN

Bu gün biz Afinadayıq. Bu gün bizi Konfransın əsas hadisəsi — biznes-ralli və yeni rütbələr paradı gözləyirdi. Şirkətin tarixində ilk dəfə 1464 yeni rütbə elan olundu və yeni rütbələrə layıq görünənlər 6 million dollar dəyərində çeklər aldılar.

Oriflame ailə dəyərlərinə malik ailə şirkətidir. Yubiley biznes-rallisini Oriflame şirkətinin prezidenti və Baş Direktoru Maqnus Brennstrom səmimi nitqini öz həyat yoldaşına təşəkkür edərək başladı. Ailə mövzusunu həmçinin Af Yoknik qardaşları davam edərək Oriflame şirkətinin yaradılmasından ilhamlandırıcı hekayələri danışdılar.

Yeni rütbələrin təqdimatı zamanı ilhamlandırmanın gücünü anlatmaq çox çətindir. Fişənglər, konfettilər və sevinc göz yaşları — bu unudulmaz idi.

Həmçinin səhnədə “Avroviziya-2015” müsabiqəsinin qalibi, İsveç pop-müğənnisi Mons Selmerlev çıxış etdi. O nəinki sevimli mahnılar və hitlər oxudu, həmçinin kişi dərisinə kompleks qulluq dəsti NovAge Men dəstini ilk olaraq aldı. (2-ci kataloq 2018-ci ildən satışda). 

ALTINCI GÜN

Bütün günü laynerdə keçirdik. Məşğuliyyətimiz — dəniz idi. Yeni makiyajı sınaqdan keçirmək, dodaq boyası çalarını seçmək, yeni SkinExpert mobil əlavəsini işlətmək, hətta yeni aksessuar kolleksiyası ilə fotosessiya etmək. Görüşlər arası asudə vaxtda reqional komanda ilə vaxt keçirməyin ideal üsulu idi! Axşam “Aksessuar” kateqoriyası komandası əls şou göstərərək yeni aksessuar kolleksiyasını nümayiş etdi. Biz hətta Anna Af Yokniki də podiumda gördük. 

YEDDİNCİ GÜN

Konfransın son günü! Bu yeddi gün ərzində biz 110 tədbirdə olduq və 129 ad günü qeyd etdik. Qala-şam yeməyindən əvvəl opera və teatr şousundan həzz aldıq, daha sonra isə əlvida əyləncəsinə yollandıq. Səmada fişənglər, açıq dənizdə aviaşou  və ulduzların rəqsi — bu möhtəşəm Qızıl Konfrans idi. Bəs sizin yaddaçlarınızda nə qalıb?

Mətn: Şəkil: Oriflame