İmkanlar dünyası

Orifleymin əsas məqsədi öz sadəliyi ilə gözəldir: bu insanlara arzularına çatmaqda kömək etməkdir. Olduqda təkəbbürlü səslənsə də, çox sayda insanları öz ilhamlandırıcı uğur tarixçələri ilə uğura kökləyən Məsləhətçilərimizin olduqlarını nəzərə alsaq, məqsədimizin olduqca real olduğunu görərik. Biz Orifleymin Baş Vise-Prezidenti Maykl Servella ilə şirkətin təqdim etdiyi imkanlar haqqında danışdıq.

1. ORİFLEYMİN TƏQDİM ETDİYİ İMKANLAR NƏYƏ GÖRƏ CƏLBEDİCİDİR? 
Bir neçə fakt bizim təklifimizi dərhal unikal edir və demək olar ki, onlardan hər birinin bizim İsveç köklərimizə aidiyyatı var. Məsələn, biz hər bir insanın bizim imkanlarımızdan istifadə edə bilməsini söyləyirik. Bu o deməkdir ki, Oriflame Məsləhətçisi olmaq üçün heç bir əmanət qoymağa ehtiyac yoxdur, bu da işdə heç bir riskin olmaması demıkdir. Bizi digər rəqib şirkətlərdən də fərqləndirən məhz budur. Heç bir fırıldaq yoxdur! Yalnız bizim təqdim etdiyimiz imkanlarla inkişaf etmək mümkündür. Düşünürəm ki, bunu proqressiv biznes-model adlandırmaq olar. 

2. HƏR HANSISA UĞUR TARİXÇƏSİNİ NÜMUNƏ KİMİ GÖSTƏRƏ BİLƏRSİNİZ? 

Hətta nədən başlayacağımı bilmirəm. Çünki belə nümunələr olduqca çox olduğu qədər müxtəlifdir. Onların hər biri bir-birindən maliyyə imkanları ilə fərqləndiyi kimi, insani və emosional fikirləri ilə də fərqlənirlər. Məsələn, bir müddət öncə mən Polşadan bir Məsləhətçi haqqında eşitdim. O hər hansısa Dövlət Qurumunda yarım gün işləyirmiş, həmçinin vaxtını böş keçirməmək üçün Orifleymə qoşulmuşdur. Əlavə gəlirdən başqa onun yeni tanışlıq və ünsiyyət xoşuna gəlirmiş. Nəticədə o, böyük müştəri bazasına malik olaraq, demək olar ki, şəhərinin bütün insanları ilə tanış olub. Onun böyük struktur qurmaq məqsədi olmayıb, onun sadəcə olaraq yeni insanlarla tanış olaraq ünsiyyət qurmaq xoşuna gəlirmiş. O öz həyatını tamamilə dəyişə bilmişə bilmişdir. Bu möhtəşəm uğur tarixçəsidir. 

Digər şirkətlərdən fəqli olaraq biz insanlara məhsulları mütləq olaraq çox almağa məcbur etmirik. 

Digər nümunə – Hindistandan olan cütlükdür ki, onlar Orifleymə bir məqsədlə qoşulmuşlar: öz qızlarının təhsilinə pul yığmaq. Orifleymin imkanları və cütlüyün əməksevərliyi sayəsində qızları ABŞ-in aparıcı universitetlərindən birində hüquqşünaslığı bitirmiş və dünya şöhrətli şirkətə işə düzəlmişdir. Onun valideynləri isə eyni zamanda Orifleymin yüksək rütbələrinə yüksələrək nəinki öz qızlarının, həmçinin minlərlə insanın həyatının yaxşılığa doğru dəyişməyinə nail olmuşlar. 

3. TAMİLLA POLEJAEVA ORİFLEYMİN UĞUR SİMVOLU SAYILIR. ONUN HAQQINDA ƏTRAFLI MƏLUMAT VERƏ BİLƏRSİNİZMİ?  

Tamilla bizi bir-neçə il öncə tərk etməsinə baxmayaraq hələ də bizim şirkətimiz üçün ilham mənbəyi olaraq qalır. Mən bir neçə dəfə onunla Qlobal konfranslarda iş prinsiplərinin müzakirəsi zamanı söhbət etmək şərəfinə nail olmuşam. O enerji ilə dolu bir insandır.  Pozitiv, məqsədyönlü – düşünürəm ki, imtina və etirazlarla onun kimi işləyə bilən yox idi.
Tamilla ilə şirkət arasında həmkar münasibətləri yaranmışdır. Məhz ona görə bizim uğur nərdivanımızda yeni rütbələr yaradılmışdır. Çünki artıq mövcüd olan rütbələr çərçivəsində işləmək Tamilla üçün kifayət etmirdi.

Onun haqqında danışıllar ki, bir gün cavan Lider Tamillaya yaxınlaşaraq deyir: Tamilla, mən sizdən də uğurlu olmaq qərarındayam. Tamilla buna cavab olaraq ciddi və səmimi şəkildə deyir: “ Mən bunda Sizə necə kömək edə bilərəm?” Cavan Lider utanaraq zarafat etdiyini söyləyib. Tamilla isə “ Amma mən zarafat etmirəm, mən Sizə necə kömək edə bilərəm?”.

Bu Tamillanın nəqədər ilhamlandırıcı, qayğıkeş və öz işinin sevdiyinin fantastik nümunəsidir. Onun vəfatından sonra onun həyat yoldaşı və qızı onun işini davanm etdirmişlər.

4. UĞURUN RESEPTİ VARMI

Deyerdim ki, uğurlu Liderlərin və Şirkətin rəhbərliyinin ümumi inkişaf qaydaları mövcüddur. Məsələ dahi “eqo”da deyil, məhz insanları inkişafa vadar edən mativasiyadadır. Çünki, unutmayaq ki, Orifleymdə uğur qazananların hər biri adi insanlardır. Ulduzlar deyil. İnsani və düçüncəli şəxslərdir ki, heç zaman məğlub olmurlar.

5. ORİFLEYMƏ QOŞULMAQ İSTƏYƏN İNSANLAR ÜÇÜN ŞİRKƏTİN GƏLƏCƏK PLANLARI HANSILARDIR?  

Əlbəttə ki, bu rəqəmsal texnologiyaların inkişafı alətidir. Yüksək texnologiyalı alətlər və bazar strategiyasının birlikdə vəhdəti inkişaf potensialını yüksək edir. Xüsusi ilə də bizim mədəniyyət irsimiz və İsveç köklərimizlə.

 

Mətn: Şəkil: Oriflame