Sevən romantiklər
Hər ildönümünüzü heyranlıqla gözləyirsiniz, səbəb olanda və səbəbsiz sürprizlər təşkil edirsiniz, səyahət üçün isə ən romantik istiqamətləri seçirsiniz - Paris sizi gözəl küçələr və sevgi haqqında köhnə komediyalar atmosferi ilə cəlb edir. Romantika üçün yalnız ikinizə ehtiyac var - və yeni cüt Eclat ətirləri.
Qadın üçün Eclat Amour-u və kişi üçün Eclat Toujours-u ağ irisin sirli notu ilə birləşdirir. Bu çiçək erkən yazda açılır, ətrafındakı hər şeyi ağac notlu şirin ətiri ilə bürüyür - hissləriniz kimi gözəl və zərifdir. Qadın ətirində əsas inqrediyent bənövşə və sidr, kişi ətrində - nanə və dəri ilə tamamlanır.
Ehtirasın qucağında
Hər gününüz incə oyunla dolur, onun mənasını yalnız ikiniz başa düşürsüz və o, başqalarından gizlidir. İçindəki ehtiras alovunu iki nəfərə bir ətirlə vurğulayın: So Fever Together Her və So Fever Together Him təbii afrodizyak sayılan pimento bibəri notu ilə gündəlik həyatınız üçün kəskin ədviyyata çevriləcək.
Zövqü qiymətləndirənlər
O sənin üçün xüsusidir, sən də onun üçün. Musiqidirsə - klassik, restorandırsa - mətbəxi yüksək olan, ətirdirsə - başqa yerlərdə tapılmayan patentləşdirilmiş komponentləri olan premial ətir. Giordani Gold Essenza Sensuale və Giordani Gold Notte xoşunuza gələcək.
Tarix sevərlər
Axşam baxmaq üçün bütün filmlər arasında tarixi dram və ya sənədli filmi seçəcəksiniz, məzuniyyətə isə qədim xarabalıqlara və ya qazıntılara gedəcəksiniz. Qədim tanrıların və nifaq alması əfsanələrindən ilhamlanmış ətirləri seçin: Possess the Secret Woman и Possess the Secret Man mütləq xoşunuza gələcək.
Macəraçılar
İki nəfər üçün bir səyahət kartınız var və hər il hamısını görmək ümidi ilə yeni ölkələrin üstündən xətt çəkirsiniz. Born to Fly for Her və Born to Fly for Him ətirləri bir flakon içində əsl səyahətdir. Bu cütlüklə səyahət ruhu həmişə sizinlə olacaq, ofisdə yeni bir macəra gözləyərkən belə.
Minimalistlər
Təbii parçalar, lakonik interyer, gündəlik sevinclər - gözəlliyi sadəlikdə görürsünüz və həyatı qiymətləndirməyi bacarırsınız. Mürəkkəb çox komponentli ətirlər sizin üçün deyil. Təəssüratların, təbiət hadisələrinin, bitkilərin və çiçəklərin ətirlərini əks etdirən mono-parfümeriya tendensiyasına diqqət yetirin. Xüsusilə Women`s Collection və Men´s Collection seriyasından xoşumuz gəlir.