BƏDİİ GÖZ MAKİYAJI
Həndəsi formalar, qeyri-adi göz qələmi və kontrast rənglər: bu mövsüm qaydaları pozmaq zamanıdır. Məhz hər zaman arzuladığın göz makiyajı yarat. Yazın şüarı: hədsiz heç nə yoxdur! Louis Vuitton, Manish Arora, və Victoria Beckham tərzlərində ilham al və öz tərzini yarat.
VURĞULAYICI DODAQLAR
Göz makiyajı daha da vurğulayıcı olmağa başlayır, lakin bu o demək deyil ki, bu mövsümdə dodaq makiyajı haqqında unutmalıyıq! Parlaq rənglər və qeyri-adi texnikalar – ombre və ikirəngli makiyaj – gedə-gedə daha çox populyarlıq toplayır. Bizi Jason Wu, Maison Margiela və Cushnie et Ochs ilhamlandırır.
ƏLVAN DARING ALMACIQ SÜMÜKLƏRİ
Dreypinq – mövsümün əsas sözüdür! Bu texnika 80-ci illərin məhşur texnikası olaraq konturlama və strobinq kimi o da almacıq sümüklərinə makiyaj edərək üz gizgilərini vurğulamağa imkan verir. 2017-ci ilin yaz-yay nümayişlərində bu maraq Kenzo, Chanel və Adam Selman brendlərində qeydə alınıb.