2018-ci ildə nə dəbdədir: trendlər, makiyaj tərzləri

Rəngbərəg göz kölgələri, istənilən ölçü və rəngdə oxlar, maksimum parıltı — bu mövsümdə dəbli və gözə çarpan olmaq dəbdədir. Makiyajda beş əsas tendensiya və onları həyatda necə istifadə etmək haqqında danışacayıq.

1. YAZ RƏNGLƏRI
Rəngsiz yaz ola bilərmi? Dolğun narıncı və çəhrayı, firuzəyi və yaşıl, sarı və göyümtül-yaşıl rəngləri yaz-yay 2018 dəb nümayişlərinin əsasını təşkil edirdi. Sən də sına! Parlaq rəngləri və byük sırğaları sınaqdan keçir! 

2. FOREVER PARILTISI
Zərif parıltıdan tutmuş ciddi byüti-cinayətə qədər — parıltı 2018-ci ildə makiyakda ən böyük rolu oynayacaq. Onlar göz kölgələri kimi ənlik kimi, dodaq boyası, hətta haylayter kimi istifadə olunacaqlar. Nəinki makiyajda, parıltı hətta bədəndə də istifadə olunacaq!

3. ÇOX TƏƏCCÜBLÜ İŞLƏR 
Bu mövsümdə sən üzündə istədiyini çəkə bilərsən. Böyük oxlar çək, həndəsə dərslərini yada sal və gözlərinə qeyri-adi çəkməyi öyrən — makiyaj nə qədər qeyri-adi olsa bir o qədər yaxşıdır. Bizim sevimli rəngimiz — göy elektrik. Alət — maye gel qələm.

4. QIRMIZININ ƏLLİ ÇALARI
Fuksiyanın cazibəli rəngləri, dodaqda çiyələk və albalı çalarları, çəhrayı və pas rəngləri göz kölgələrində və ya maye qələmdə — qırmızı bir ildən çoxdur ki, dəbdədir. Daha çox dəbdəbəli tərz üçün göz kölgəsində quşüzmü və ya terrakotdodaq parıltısı üçün isə karamel rəngindən istifadə et. Həmçinin, hamarlayıcı praymer istifadə et. O rəngi daha çox dolğun edərək qalıcılığı artırır. Klassik qırmızı rəngdən istifadə et.  

5. HANSI TON!
Zərif parıltılı sağlam dəri — sənin referensindi. Əlbəttə ki, bu nəticəyə idmanla gəlmək olar, yalnız tək makiyaj da bəzən bəs edir. Sənin əsas köməkçilərin: praymer, haylayter və diyircəkli ənlik. Artıq hazırdır!

Mətn: Şəkil: Getty Images