1. DİSKO TƏRZİNDƏ SAÇ DÜZÜMLƏRİ
Yenidən qaynar burulma fenlərinin vaxtı gəlib çatdı. 80-cı illərin saç düzümü tərzi Nyu-Yorkdan Milana qədər bütün podiumları əhatə edib.
Nümayişlərdə görmüşük: Gucci, Lanvin, Louis Vuitton, Diane von Furstenberg
2. PARILTI VƏ ŞƏFƏQ
Yeni mövsümdə trenddə olmaq üçün szə bir qədər parıltılı göz kölgələri və parıltı verən maye göz qələmləri lazımdır.
Nümayişlərdə görmüşük: Christian Dior, Peter Pilotto, Max Mara
3. TÜND DODAQLAR
Bu mövsümdə biz tünd rəngli dodaq boyalarından ilham alacayıq. Bu rəng çalarları donuq olduğu kimi parıltılı da aktualdır.
Nümayişlərdə görmüşük: Giambattista Valli, Burberry, Saint Laurent, Holly Fulton, Opening Ceremony
4. PARILTILI DODAQ BOYASI
Parıltılı dodaq boyası daha çox nəzəri cəlb edir. Xüsusilə də açıq tonlu üz dərisi ilə bu mükəmməl ahənglik təşkil edir.
Nümayişlərdə görmüşük: Mary Katrantzou, Marni, Louis Vuitton, Fenty X Puma Rodarte, Christian Dior, Marni
5. TVİQQİ TƏRZİNDƏ KİRPİKLƏR
Alt və üst kirpiklərin gəlinciklərdəki kimi uzun olması nəinki bu mövsümün dəbi, hətta 2016-cı ilin payış-qış dəbi üçün tamamilə must-have sayılır!
Nümayişlərdə görmüşük: Carven, Christian Dior, Nina Ricci