Makiyaj-2017: üç super-trend

Hər il bizim gözlərimizin önündən yüzlərlə byüti və feşn-trendlər keçir. Onların hamısını yadda saxlamağa ehtiyac yoxdur. Sadəcə olaraq vacib elementlərdən xəbərdar olmaq kifayətdir. Biz onlardan əsas üçünü nəzərinizə çatdıracayıq.

1. QAŞLARIN VURĞULANMASI

Əgər bizdən 2016-ci ilin nə ilə yadda qaldığını soruşsalar, biz qullqu olunmuş qaşlar deyə cavab verərdik. Xöşbəxtlikdən onlar 2017-ci ilin də əsas tələbi olaraq qalacaq. Ola bilər ki, onlar əvvəlki kimi səliqəli və qüsursuz qalmasın və bir qədər dağınıqlıq və qalın olması dəbdə olacaq.   

Sənə nə lazım olacaq: qaşlar üçün gel və ya mum, qaşlar üçün kirşan və keyfiyyətli fırça

2. TƏBİİ TƏRZ

Daimi dəyərlər sırasından daha bir tendensiya. 2016-cı ildə təbii makiyaj podiumlarda əsas yerlərdən birini tutdu, Alişiya Kis və Kendall Cenner kimi məhşurlar isə bu tərzdə çoxlu nümayişlər etmişlər. Dramatik və vurğulayıcı “konturlaşma” texnikasının əlsi olaraq, təbii makiyajı “nonturlaşma” adlandırırlar. Bu makiyaj tərzinin əsas məqsədi təravətli və təbii makiyaj effektinin yaradılmasıdır.

Sənə lazım olacaq: parıltı effektli ənlik, BB-krem və haylayter. 

3. PARLAQ DODAQLAR

Statistikaya əsasən 2016-ci ildə qadınlar digər vaxtlarla müqayisədə daha çox dodaq boyasında istifadə etmişlər. Bunun açıqlaması çox sadədir: çünki heç vaxt bu qədər çox müxtəlif dodaq boyası olmamışdır: parıltı dodaq boyalarından donuq tekstura və əlvan qırmızıdan tünd-gavalı rənginə qədər dodaq boyası mövcüddur. Ona görə də bu trendi əminliklə özünlə yeni qədər qoymuş ilə də ötür. Lakin əsas vacib qaydanı unutma ki, əlvan dodaqları yalnız neytral fonda yaxşı görünür.

Sənə parlaq dodaq boyası, dodaq qələmi, dodaq boyası və ya maye dodaq boyası arasında seçim etmək qalır. 




Mətn: