Sənin gözəlliyin unikaldır! - Təbiət və Norrsken tərəfindən zəmanət verilir

Norrsken kolleksiyasından təbii minerallar individuallığı və qüsursuz zövqü vurğulayır

Təbiət dahi rəssamdır, onun yaratdıqlarında eyni forma və rəng tapmaq mümkün deyil. Təbii daşlar bu iddianı mükəmməl şəkildə göstərir. Minlərlə dağ süxurları növü mövcüddur və hər birinin öz xüsusiyyəti var. Heç bir mineral başqasına bənzəmir, onların dəyəri məhz bundadır. Norrsken zərgərlik bijuteriyasının kolleksiyasında hər bir məhsul təkrarolunmazdır: yarımqiymətli daşlar hətta bir dəst çərçivəsində rəng və şəkil üzrə fərqlənə bilər. Təbii daşın heyrətamiz xüsusiyyətləri bəzəyi talismana çevirir, və öz növündə yeganə olan mineral çaları aksessuarı taxanın fərdiliyini vurğulayır. Gözəlliyin özün kimi unikaldır. Təbiət tərəfindən zəmanət verilir!

Mineral bərk təbii formalaşmadır, adətən mürəkkəb tərkibə malikdir. Daşlar bir-birindən kimyəvi formul ilə (bir və ya bir neçə element ehtiva edə bilər), struktur (dənəvər, kristallik), sıxlıq (qatlı, məsaməli, monolit), rənglə, şəffaflıqla, xüsusi çəki ilə, sərtliklə və bir sıra başqa parametrlərlə fərqlənir. Bütün təbii daşlar yerin əsl hekayəsidir. Onlar planetimizin qədim keçmişini əhatə edir və mineralların ayrı-ayrı xüsusiyyətləri onun gələcəyini qurmaq üçün istifadə olunur. Bu süxurların saxladığı bir çox sirlərin açılması hələ gözlənilir. Lakin, mineralların sirli gücünə insanlar heç vaxt şübhə etməyib.

 

Yaşıl avanturin Xrom tərkibli fuksit daşa gümüşü-yaşıl və ya gümüşü-mavi zərif parıltı əlavə edir, onun dərəcəsi dəyişir və mineralın hasilat yeirndən və mənşəyindən asılıdır. Avanturinin teksturası, rəngi və parlaqlığlı tərkibindəki maddələrdən və dənələrin ölçüsünə görə dəyişir. Bu nadir mineral, uğur və sevgi daşıdır. O, ilham verəcək və müvəffəqiyyətə nail olmaq üçün sadiq köməkçi olacaq nikbinlik bəxş edən talismandır.

 

Labrodorit Bu dağ süxuru nadir iriləşdirmə xüsusiyyətinə malikdir — bu, daxili göy qurşağı şəfəqidir, o, mollüsk qabığının sədəf çalarlarını xatırladır. Transformasiya və güc daşı. Labradorit bəzi şimal xalqları arasında müqəddəs hesab edilib: onlar onun daxilində şimal şəfəqinin olmasına inanırdı.

 

Qranat Qranat daş deyil, bir qrup mineraldır. Almandin qranatın dərin şərab-qırmızı rəngi dəmir və xromun mövcudluğu haqqında danışır. Qranata digər rənglərdə də rast gəlinir: zeytun-yaşıldan zümrüd-yaşıla, narıncıdan narıncı-qəhvəyi rəngə qədər və s. Qranatlar müxtəlif işıqlandırma şəraitində müxtəlif çalarlar göstərə bilər, bu da onların sirliliyini vurğulayır. Közərən kömürü xatırladan sirli daş parlaq xarakterə malik qadınlara enerji və cazibədarlıq bəxş edir. Ehtiraslı mineral həyat sevincini və istənilən şəraitdən daha güclü olan hissləri oyadır.

 

Çəhrayı kvars Kvarsın zərif çəhrayı çaları tərkibində az miqdarda titanın olması ilə əlaqədardır. Fərdi daşlar asterizm, və ya dəyişən yüngül işıq ulduzları effekinə mali̇kdi̇r. Onlar yaxşı işıqlandırma olanda cilalanmış səthin üzərində görünür. Tutqun-çəhrayı rəngli mineral zərifliyin, romantikanın və məhəbbətin alleqoriyasıdır.

 

Pələng gözü Pələng gözünün qeyri-adi təbii gözəlliyi və füsünkar xüsusiyyətləri hələ qədim dünyada məşhur idi, lakin o, yalnız Renessans dövründə dəbə mindi. Kəhrəba-qəhvəyi çalarlı mineral istilik və işıq saçır və neqativ hisslərdən və hadisələrdən qoruyur. Bu, cəsarətli nailiyyətlədə köməkçi və üfüqləri genişləndirməyə vərdiş edənlər üçün göz muncuğudur. Deyirlər ki, pələng gözü yaradıcılıq qabiliyyətləri və istedadları inkişaf etdirir, bütün yaradıcı potensialı açmağa kömək edir.

 

Topaz Qiymətli mineral, öz sinifində ən möhkəm və davamlı silikatlardan biridir. Topazlar müxtəlif rənglərdə olur, lakin bəzək əşyalarında daha çox ağ və mavi kristallar istifadə olunur. Topazın optik xüsusiyyətləri onu XIX əsrin Avropalı zərgərlərinin sevimlisinə çevrilib: bəzək əşyalarında daşlar sanki əsl brilyantlar kimi parıldayır. Ağ topaz – parlaq anlar və gözəl hadisələr üçün "maqnit" olan bayram auralı daş. Hesab edilir ki, o, daxili dünyanın harmoniyasını qoruyur. Soyuq mavi çalarlı topaz sülhməramlıların və şəfavericilərin daşıdır. Mavi topaz keçmişdə dənizçilərin peyki idi: daş tufandan, fırtınadan və pis havadan qorunmağa kömək etmək üçün özü ilə uzaq səyahətlərə aparılırdı.

 

Obsidian Qızılı daxili işıqlanma ilə təbii qara mineral. Rəngin heyranedici dərinliyi cəlb edir və daşın içində gizlənmiş sirrə diqqəti çəkir. Keçmişin ən yaxşı zərgərləri onun sirrini açmağa çalışırdı, müdrik öncəgörənlər isə gələcəyi görmək ümidi ilə obsidian toplarına baxırdı. XIX əsrdə obsidian Karl Faberjenin bənzərsiz əsərləri sayəsində populyarlıq qazanmışdı. Mistik obsidian sahibinin orijinal zövqünü və daxili dünyasının zənginliyini vurğulayır.

 

Qara şpinel O, nadir təbii minerallardan biridir. Həyəcanlandırıcı və cəlbedici qaşı kral ailə üzvləri öz bəzək əşyaları üçün seçirdi. Məsələn, Yekaterina II-in tacı lüks şpinellə bəzədilmişdir. Qara şpinelin daxili maqnetizmi gücləndirdiyinə və ilham enerjisi ilə doldurduğuna inanılır.

 

Amazonit Amazonitin çaları maviyə çalan solğun yaşıl rəngdən zəngin yaşıla qədər dəyişə bilər. Amazonit öz sakitləşdirici təsiri ilə tanınır. Əsl "mən" axtarışında olan hər kəs üçün yaxşı talisman. Hesab edilir ki, o düşünülməmiş qərarlardan qorumağa və uğuru cəlb etməyə qadirdir.

 

Təbii serpentin Serpantin laylı strukturlu silikatların alt sinfinin minerallar qrupudur. Xüsusi rəngləməsinə görə bu daş çox vaxt "ilan daşı" adlanır – axı o, ilan dərisini çox xatırladır! Bu, unudulmaz macəralar və böyük kəşflər daşıdır. Daşın aurası o qədər güclüdür ki, o asanlıqla qoruyucu talisman ola bilər. Onun mənşəyi haqqında bir çox əfsanələr var və hamısı bu və ya digər şəkildə onun ilan rənglənməsi ilə bağlıdır. Bu açıq ürək ilə yaşayan müdrik və ruhən güclü insanların daşıdır.

 

Çiyələkli kvars Çiyələkli kvars – bu, tərkibində kristal matrisi dolduran hetit və dəmir oksidi qarışığı olan çəhrayı kvars növüdür. Onun rəngi açıq-çəhrayı, çiyələk-çəhrayıdan moruq-çəhrayı qədər dəyişir. İstənilən kvars kimi, bu kristalın həyata sevgi və böyük xoşbəxtliyi cəlb etdiyinə inanılır. Bu daş səmimi məhəbbəti tərənnüm edə təbiətin özünün yaratdığı əbədi odadır.