İdeal ton: masaj texnikası

Səhərlər dərini oyandırmaq və parlaqlıq bəxş etmək imkanını qaçırmayın. Bir neçə dəqiqə vaxtınızı alan yüngül üz masajını makiyaj etdiyiniz zaman da reallaşdırmaq mümkündür!

Üzü masaj etdikdə nə baş verir?

Salon prosedurlarından sonra üzünüzün nə üçün parlaq olduğu barədə düşünmüsünüz? Bunun səbəbi yalnız vasitələrin xüsusi tərkibi deyil, həm də tətbiq etmə prosesidir:  masaj qan dövranını stimullaşdırır və dərini enerjilə zənginləşdirir.

Oxşar effektə nail olmaq üçün peşəkar kosmetoloq olmaq lazım deyil: doğru istiqamətdə adi hərəkətlər güclü limfodrenaj effektini təmin edirlər,  şişləri əzələ gəginliyini  aradan qaldırırlar. Yüngül masaj — makiyaja hazırlaşmaq üçün və dərinin tonunu daha da ideal etmək üçün əla üsuldur.

Ev şəraitində sadə masaj

 Praymerdən başlayın: sevimli vasitənizi isitmək və tekstura plastiklik vermək üçün barmaqlarınızın ucu ilə ovuşdurun.  Modelə baxın və təkrarlayın!

Addım 1: Barmaqlarınızın ucu ilə gicgahınızı ehtiyyatla basın və mərkəzdən qaşların arasındaki sahəyə və burunun oturacağına doğru hərəkət edərək alının əzələlərini hərəkətə gətirin.

Addım 2: Yanaqlarınızı masaj etmək üçün dodaqlarınızın küncündən gicgaha doğru hərəkət edin.

Addım 3: Çənə və kupidon qövsü hissələrini ovuşduraraq ağızın dairəvi əzələsini masaj edin.

Addım 4: Boğaz hissəsinə diqqət yetirin: çənədən körpücük sümüyünədək olan istiqamətdə yüngül və sığallayıcı hərəkətlərdən istifadə edin.

Bəyəndiyiniz addımları bir neçə dəfə təkrarladıqdan sonra parlaq dəri üçün növbəti mərhələyə keçid edin.

 

Layiq olduğunuz incə toxunuş

Təravətli və rahatsınız, dəriniz sağlam rəngini aldı. Tonu düzləndirməyin vaxtı gəlib çatdı. Bunun üçün gün ərzində dərinizin qayğısına qalacaq vasitəni tövsiyə edirik.

Gold tonal əsas-kuşon laylana bilən təbii və donuq örtük bəxş edir. Bundan əlavə dərinin dərhal cavanlaşması effekti üçün inqrediyentlər kompleksinə malikdir: nəmləndirmə üçün qialuron turşusu və dəniz suyu, ərik, yaşıl çay və balqabaq ekstraktı əsasında hazırlanmış Skin Cherish Blend qidalandırıcı kompleksi.

 

İdeal ton üçün yüngül tekstura

Kuşonla bir dəstdə xüsusilə bu teksturanın tətbiqi üçün applikator yerləşdirilib. Yastıqçanı yalnız səhərlər deyil, həm də gün ərzində makiyajı düzəltmək üçün istifadə etmək rahatdır. Vasitəni masaj hərəkətlərini təkrarlayaraq yayın.

 

Addım 1: Yüngül və fasiləli hərəkətlərlə tonu alınınıza və çənənizə yayın.

Addım 2: Sığallayıcı hərəkətlərlə çənə, yanaq və almacıq xəttilə hərəkət edin.

Addım 3: Sponju ehtiyyatla dəriyə basaraq çənə və kupidon qövsü hissələri üzərində işləyin.

Addım 4: Sponju qatlayın və tonu gözünüzün altına yayın. Çaları düzləndirmək üçün qalıqları boğazınıza yaya bilərsiniz. Hazırdır!