Yaxın keçmişdə ilin fəslini, teksturanı və dəri ehtiyaclarını nəzərə alaraq mütəmadi olaraq tonumuzu dəyişirdik. Qışda daha sıx, yayda isə daha yüngül, şaxtada qidalandırııc, istidə isə matlaşdırıcı. Bütöv batareya dolu qablar əvəzinə "hər şey üçün" bir məhsul arzulayırsansa, byuti elminin son nailiyyətlərinə nəzər yetir. Və qoy tonal əsas sənə uyğunlaşsın!
Sevdiyin finiş və ya teksturadan asılı olmayaraq, THE ONE Everlasting Sync SPF 30 tonal əsası dərinlə eyni dalğada olacaq. Yeni məhsulu sınamaq üçün eyni anda bir neçə səbəb tapdıq.
O, uzun müddət yeni tətbiq olunan makiyaj effektini saxlayır.
Çoxlarının tonal əsasın sevməməsinə səbəb - makiyajdan dərhal sonra o, ideal görünür, ancaq gün ərzində quruya bilər və qüsurları daha da çox vurğulaya bilər – bu da ən çox rast gəlinən problemlərdən biridir.
THE ONE Everlasting Sync formulu ətraf mühitdən asılı olaraq dərinin ehtiyaclarına uyğunlaşan Skin Response texnologiyasına əsaslanır. Ətrafdakı hava nəm olduqda, ağıllı texnologiya ondan nəmi özünə çəkir, quru olduqda isə lazımi nəm səviyyəsini qoruyaraq onun dəridə qalmasına kömək edir. Nəticədə, uzun müddət ərzində elə indi tətbiq olunan makiyaj və dəri təravəti effektini əldə edirsən.
O, qalıcıdır. Çox qalıcı!
Klinik testlər THE ONE Everlasting Sync-in 30 saata qədər qalıcı olduğunu sübut etdi. Əlbəttə ki, makiyaj bu qədər uzun müddət saxlamaq lazım deyil - amma günün gözlənilməz ssenari üzrə keçirsə, tonal əsas mütləq kömək edəcək. Suya davamlıdır, yüksək rütubətə və tərləməyə davamlıdır, o, bütün gün ərzində örtüyün dolğunluğunu təmin edir.
O, dərinə qulluq edir
Ton əlavə olaraq dərini fotoqocalmadan qorumağa kömək edən SPF 30 faktoru ehtiva edir. Ultrabənövşəyi şüalar mövsümdən və buludluluqdan asılı olmayaraq həmişə aktivdir, onlar şüşəyə nüfuz edir və ofisdə və ya avtomobildə olsan da dəriyə təsir göstərir.
İdeal çaları asanlıqla tapacaqsan...
Əgər sənin üçün uyğun çalar seçmək böyük bir problemdir, THE ONE Everlasting Sync tam olaraq sənin üçün olan variantdır! Üç dəri alt tonu üçün eyni anda 10 çalar: soyuq, isti və neytral. Birbaşa saytda sifariş verməyə qorxma: çalar seçmə aləti vasitəsi ilə mütləq tapacaqsan. Tərkibindəki Skin Camouflage piqmentləri isə dəri tonuna uyğunlaşır və dəri rəngini asanlıqla bərabərləşdirməyə kömək edəcək.
... və gün ərzində parıltını çıxartmaq lazım olmaycaq!
THE ONE Everlasting Sync-in tərkibində Oil Control kirşanı var, o, qalıcı yarı mat finiş üçün artıq dəri yağını və təri özünə çəkir. Onu kirşanla örtməmək olar - makiyajdan bir addım minus. Ancaq eyni zamanda tonu sevdiyin praymerlə birlikdə istifadə edə bilərsən.