Qışda və yayda - kosmetika çantada yalnız bir tuşdur? Kipriklər üçün məhsul kolleksiyasını doldurmağın eyni anda üç səbəbini tapdıq və onların hamısı The ONE brend xəttinə daxildir.
Vizajistlərimizin məsləhətlərinə qulaq as və hərəkətə keç!
GÜNDƏLİK
5-i 1-də çoxfunksiyalı tuş əsl Oriflame əfsanəsidir. Onda hər şeydən bir az və qədərindədir: uzunluq, əyilmə, həcm, ayrılma və qulluq. Bir qat təbii, çoxlu kipriklərin effektini verəcək - ancaq əlavə qat da etmək olar. Rahat silikon fırça kiprikləri yaxşıca daramağa imkan verir və yuxarı göz qapağını batırmır - bəli, heç!
Alyona Tereşenko, Oriflame-in rəsmi vizajisti: “Əfsanəvi 5-i 1-də tuşu həm gündüz, həm də axşam görünüşünə uyğundur. Fırçanın eksklüziv forması kipriklərin uzanması, həcmi və ayrılması kimi lazımlı effektə nail olmağa kömək edəcəkdir. Neçə qat tuş tətbiq etdiyindən asılı olaraq həcm artacaqdır. 5-i 1-də tuşu ilə istənilən vaxtda yaxşı görünəcəksən! ”
DAHA ÇOX DRAM
Bu gün toplantıda çıxış edirsən, görüşə, sonra isə idman zalına gedirsən: istənilən şəraitdə uyğun görünməlisən və həm də milyon işi çatdırmaq. Super qıza - super tuş! The ONE Wonder Lash XXL meqahəcmli tuş, sevilən 5-i 1-nin kiçik bacısıdır. Dram əlavə etmək istədikdə 49% daha çox həcmli yenilənmiş fırça və intensive qulluq kokos yağı əsasında hazırlanan Pro Lash texnologiyası. Fırçanın tükcüklərinin müxtəlif uzunluqda olması elə-belə deyil. Əvvəlcə kiprikləri köklərdən qaldır və qısa tükcüklü tərəflə həcm yarat və sonra əyərək və ayıraraq uzun tükcüklü tərəflə tuşu paylaşdır.
Qalina İlyina, TheONE Beauty Award vizajistlər müsabiqəsinin qalibi: "Tuş öz teksturası sayəsində yaxşı tətbiq olunur və taxma kipriklər effəktini yaradaraq əla qatlanır. Müxtəlif uzunluqlu tükləri olan unikal fırça üç ölçülü həcm verərək kiprikləri hər tərəfdən əhatə edir.
EKSTREMAL HƏCM
Adi kipriklərə yox de! The ONE Tremendous tuş ilə əhval-ruhiyyəni asanlıqla bütün günlük dəyişə bilərsən: Oriflame-dəki ən böyük fırça ilə cəmi iki hərəkət inanılmaz həcm verir. Boyanmamış kipriklərlə müqayisədə 6 qat daha çox! İfadəli baxış, cəsarətli geyim - və bütün dünyanı fəth etməyə hazırsan.
İrina Mitroşkina, ulduz vizajisti: “Tuş istənilən makiyajın əsaslarından biridir.
Mənim üçün parlaq, təbii gözlərin aşiqi kimi, The ONE Tremendous tuşun inanılmaz həcm yaratması xoşdur. Fırça iridir, içində 300 tükcük var! Bir neçə hərəkətlə o, çox kiprikləri əhatə edir - bu tətbiqi təbii, nəticəni isə heyrətamiz etməyə imkan verir.