2019-un trendləri: yaz üçün üç obraz

Yeni kolleksiyadan olan aksessuarlarla öz üslubunu necə müxtəlifləşdirəcəyini öyrən.

1. YENİ BİR BOHO
Qeyri-adi formaları və birləşmələri sevənlərə: trendlərin, materialların və rənglərin parlaq qarışımı. Aktual üslub olan bohonun minimalizmlə birləşməsi  səni kütlədən ayıracaq və yüngül laqeyid yay obrazını geri qaytarmağa kömək edəcək.

Bizim seçimimiz: kosmetik-klatçlı perforasiyalı çanta, metal qolbaq dəsti, yumru fırça-asqılı sırğa, dekorativ ipli pul kisəsi-klatçdır.

2. ÇƏHRAYI RƏNGLİ HƏYAT
Qızılı və boğunuq çəhrayı – bəlkə də, ən romantik trenddir. Əgər sən ultradəbli və bununla yanaşı zərif bir şey axtarırsansa – mütləq, çəhrayı kvarslı bəzək əşyasına diqqət yetir. Təbii daş dəbli və səliqəsiz görünür, zərif çalar isə yüngüllük qatır. İdeal kompromisdir!

Bizim seçimimiz: yarpaqlı çənbər-sarğı, çəhrayı kvarslı mil-sırğa, çəhrayı kvarslı üzük, çəhrayı kvarslı qolbaq, krujeva işləməli şarfdır.

3. BƏZƏK ƏŞYASI TAXMAYANLAR ÜÇÜN BƏZƏK ƏŞYASI
Sadəliyi və funksionallığı sevirsən? Lokanik bəzək əşyası-transformer sənin üslubuna mütləq uyğun gələcək, dəri və metalın kontrastlı birləşməsi isə zərifliyini vurğulayacaqdır

Bizim seçimimiz: düyünlü boyunbağı kombini, halqa-üzük kombini, kosmetik çantalı yumşaq çanta, asimmetrik asqılı transformer asqı,  asimmetrik asqılı sırğa kombinidir.

Mətn: Şəkil: Oriflame