İstənilən büdcə və zövqə uyğun Yeni İl hədiyyələri ideyası

Yaxınlarına nə hədiyyə vermək haqqında düşünürsən? Biz sənin üçün ətraflı bələdçi hazırlamışıq — istifadə edə bilərsən!

KİÇİK HƏDİYYƏLƏR: NECƏ TƏQDİM ETMƏK

Hədiyyənin özü kifayət qədər hədiyyə kimi görünəndə çox gözəldir. Bəs bu belə deyilsə? Özü xüsusi hədiyyə qutusunda olan hədiyyələrə fikir ver və ya əlavə paket və yapışqanlardan istifadə et. Onlar surprizi gözəl tamamlamağa kömək edəcəklər.  

Özün üçün “Eleqans” saat, “Qızılı klassika” transformer-sırğa dəsti , “Kristal xəzinəsi” bəzək dəsti.

Sevgilin üçün: saat, kəmər, pul kisəsi və ya şərf

Qablaşdırma: hədiyyə qutuları, qutular, dekorativ yapışqanlar , qələmvə əlfəcin.

Kiçik bacı üçün: Love Nature üz dərisinə qulluq dəsti .

Rəfiqə üçün müxtəlif ətirli Tender Care yumşaldıcı vasitə .

DAHA ÇOX HƏDİYYƏ : NƏ SEÇMƏK

Çox düşünmək istəmirsənsə, sənə variantlar təqdim edirik. Gözəllik qutuları və ya byüti-bokslar bütün özünə hörmət edən brendlərdə mövcüddur. Hədiyyənin təsvirinə diqqət yetir: ətirlər, üz dərisinə və bədənə qulluq və ya dekorativ kosmetika — seçim böyükdür.  

Əgər sən həqiqətən də möhtəşəm hədiyyə vermək istəyirsənsə və buna da büdcən imkan verirsə, onda NovAge və ya Ecobeauty dəstlərini seç. Bütün altı kompleks qulluq vasitələri ağ qutuda qablaşdırılıb.

İSTƏNİLƏN BÜDCƏYƏ UYĞUN

Bu cür hədiyyələr bir fincan qəhvə və ya kafedə biznes-lanç qiymətindən baha olmayacaq. Gözəl, baha olmayan və praktik.

Tövsiyə edirik: “Qış röyası” dəsti, “Ədviyyəli sitrus”, “Moana”, “Aloe Vera”, “Moruq və nanə”

XATİRƏLƏR ÜÇÜN

Ətir — xüsusi hədiyyədir. Biz hər gün ətir almırıq, elə deyilmi? Gözəl qablaşdırılmış, zərif flakonda, düzgün seçilmiş ətir hədiyyə verdiyin insanın sənin üçün nə qədər vacib biri olduğunu nümayiş etmək deməkdir.  

İlk öncə insanın və onun xarakterinin necə olduğunu bilməlisən. İstiqamət kimi onun əvvəllər istifadə etdiyini ətirləri də gözdən keçir. O ətrə uyğun və ya eyni ailədən olan ətir seçə bilərsən. Əgər hələ də şübhə edirsənsə ilk öncə daha kiçik ölçülü ətir ala bilərsən. Əgər ətir almamışdan öncə onun qoxusuna baxmaq imkanın yoxdursa, onda bizim ətirləri onlayn almaq bələdçisini oxu! 

Tövsiyə edirik: My Destiny, Eclat Mademoiselle, Giordani Gold Notte, Paradise Man

 

Mətn: Şəkil: Oriflame