Ecobeauty kompleks qulluğu
Ecobeauty

Ecobeauty kompleks qulluğu

29447
186,00 AZN 265,90 AZN
6 əd.
Çatdırılma

Çatdırılma

Çatdırılma, ödəniş və müddət haqqında məlumatı Xidmət bölməsində tapa bilərsiniz.



Dəstə daxildir: təmizləyici süd (200 ml), təravətləndirici tonik (200 ml), göz ətrafı dəri üçün hamarlayıcı krem (15 ml), üz üçün bərpaedici zərdab (30 ml), nəmləndirici gündüz krem-qulluq (50 ml), qidalandırıcı üz yağı (50 ml).

ECOBEAUTY DƏRİYƏ KOMPLEKS QULLUQ

Gün boyu sənin təbii gözəlliyin


Altı yüksəkkeyfiyyətli təbii və orqanik məhsul və hər addımın özündən sonrakını mükəmməl tamamladığı, xüsusilə hazırlanmış formulların isə bir-birinin təsirini gücləndirdiyi Orifleymin 4-addım sistemi dərinin sağlamlığını, gözəlliyi və parlaqlığını qorumaq üçün onu kompleks qulluq və bütün lazımi maddələr ilə təmin edir. Kliniki sınaqların nəticələri göstərmişdir ki, seriyanın bütün məhsullarından istifadəsi ilə olan kompleks qulluq yalnız təmizləyici süd və gündüz kreminin istifadəsindən xeyli effektivdir.


ADDIM 1: TƏMİZLƏMƏ Ecobeauty təmizləyici süd (32197) və Ecobeauty təravətləndirici tonik (32198) üz, boyun və dekolte nahiyəsini çirkdən təmizləməyə və makiyajı silməyə kömək edəcək, həmçinin dərini sakitləşdirəcək və təravət bəxş edəcək.

Səhər və axşam: bir qədər təmizləyici südü pambıq diskə çək və dərini şirk və makiyajdan təmizləmək üçün üz, boyun və dekolte nahiyəsini səliqə ilə sil. Çirk və makiyaj qalıqlarını təmizləmək üçün bir qədər təravətləndirici toniki pambıq diskə çək və istifadə et. Təmizləmə və tonuslaşdırma prosedurunu səhər və axşam təkrarla.


ADDIM 2: GÖZ ƏTRAFI DƏRİYƏ QULLUQ Ecobeauty göz ətrafı dəri üçün hamarlaşdırıcı krem (32220) göz ətrafındakı zərif dərini yumşaldacaq, hamarlaşdıracaq və dərhal nəmləndirəcək.

Səhər və axşam: bir qədər kremi göz ətrafı dəriyə çək, selikli gişa ilə birbaşa təmasına imkan vermə. Kremi adsız barmaqların yastıqcalarının yüngül hərəkəti ilə çəkməyi tövsiyə edirik.


ADDIM 3: AKTİVATOR Ecobeauty üz üçün bərpaedici zərdab (32203) dərini krem çəkməyə yaxud gecə qulluğuna hazırlayacaq və ona parlaqlıq bəxş etməyə kömək edəcək.

Səhər və axşam: tonik istifadə etdikdən sonra zərdabı təmizlənmiş üz dərisinə çək. Krem yaxud üz üçün yağ çəkməzdən əvvəl zərdabın hopması üçün bir neçə dəqiqə gözlə.


ADDIM 4: ƏSAS QULLUQ Dərini gündüz lazımı nəmlənmə ilıə yaxud gecə vaxtı dərin bərpa ilə təmin etməyə Ecobeauty seriyasının Nəmləndirici gündüz qulluq-kremi (32199) və Qidalandırıcı yağı (32201) kömək edəcək. Sonra Ecobeauty üz üçün bərpaedici zərdabdan (32203) istifadə etməyi məsləhət görürük.

Səhər: zərdabdan sonra yüngül masaj hərəkətləri ilə bir qədər gündüz kremini (iki kişmiş boyda) üz, boyun və dekolte nahiyəsinə çək.

Axşam: bir neçə damcı üz yağını əlinin üstünə çək ki, isinsin. Sonra yüngül masaj hərəkətləri ilə yağı üz, boyun və dekolte nahiyəsinə çək. Bir neçə dəqiqə ərzində yağın bərabər hopmasına imkan ver.

Fəal inqrediyentlər:


Ecobeauty təmizləyici süd (32197)

  • Orqanik peyğəmbərçiçəyi suyu (centaurea сyanus flower water): dəriyə ikiqat təsir göstərir: antioksidantlar dərini ətraf mühitin mənfi təsirindən müdafiə ilə təmin edir, şəkərlər nəmlənməyə səbəb olur, minerallar dərini lazımi qidalandırıcı elementlərlə təmin edir.
  • Orqanik günəbaxan yağı (helianthus annuus hybrid oil): təmizləmə prosesində dərinin əlavə qidalanma və bərpası üçün lazım olan yağ turşuları, həmçinin antioksidant müdafiə üçün E vitamini ilə zəngindir. İki inqrediyentin ümümi təsiri sənin dərinə təbiətin zərif qayğısını hiss etməyə kömək edəcək, sənə isə — hər istifadə zamanı zərif tekstur və incə ətirdən zövq almaq qalacaq.

Ecobeauty üz üçün bərpaedici zərdab (32203)


  • Axşam primulası : güclü qidalandırıcı xüsusiyyətlərə malikdir və tərkibində dərini susuzlaşmadan qoruyaraq onun su-lipid qatını müdafiə edən böyük miqdarda qamma-linolen turşusu (Омега-6) var. Dərini lazımi antioksidant müdafiəsi ilə təmin edən E vitamini ilə zəngindir.
  • Aloye vera ekstraktı: tərkibində dərini sakitləşdirməyə və yeniləməyə kömək edən bitki şəkərləri var ki, onlar da dərini əlavə olaraq nəmləndirir.
  • Süd turşusu: dəri yenilənməsi prosesini canlandırır, dərinin sağlam və parlaq görünüşünü bərpa edir.

Ecobeauty təravətləndirici tonik (32198)

  • Orqanik qızılgül suyu (rosa damascena flower water): tonuslaşdırıcı xüsusiyyətlərə malikdir, antioksidantlar və şəkərlərlə zəngindir. Dəriyə təravət və zərif ətir bəxş edir.
  • Orqanik çobanyastığı suyu (anthemis nobilis flower water): tərkibində nəmləndirici xüsusiyyətlərə malik olan qlikozidlər (şəkər törəmələri) var. Bu iki komponentin birləşməsi sakitləşdirici təsir göstəriri, quru yaxud sususlaşmış dəriyə yenidən nəmlənmiş, təravətli və parlaq olmağa kömək edir.

Ecobeauty nəmləndirici gündüz qulluq-kremi (32199)


Göz ətrafı dəri üçün hamarlaşdırıcı krem (32200)


  • İsveç mərcanı toxumları yağı (vaccinium vitis-idaea seed oil) və çaytikanı toxumları yağı (hippophae rhamnoides seed oil) orqanizmimizin istehsal etmədiyi linol və alfa-linol yağ turşuları, həmçinin antioksidant müdafiə üçün E vitamini ilə zəngindir. Bu turşular dərinin sağlamlığı və nəmlənməsi üçün həyati vacib turşulardır. Hamar və parlaq dəri möhtəşəm görünür.

Ecobeauty üz üçün qidalandırıcı yağ (32201)

  • Arqan yağı (argania spinosa kernel oil): tərkibində insan dərisinə yaxın olan maddələr - lipidlər (epidermisin bütövlüyünə və onun ətraf mühitin təsirinə qarşı davamlılığına cavabdeh olan hüceyrə membranının əsas komponenti) var, onlar dərini bərpa edir, qidalandırır və müdafiə edir. Qoruyucu və qidalandırıcı xüsusiyyətlərə malikdir, həmçinin dəriyə laizm olan nəmlənmə səviyyəsini və sağlamlığını saxlayır.

  • Pambıq ekstraktı (gossypium herbaceum extract): dərini qidalandıran və onu azad radikalların təsirindən mühafizə edən yağ turşuları ilə zəngindir. Bundan əlavə, o, sakitləşdirici təsirə malikdir. Arqan yağı və pambıq ekstraktı kombinasiyası effektiv antioksidant müdafiə, qidalanma və qulluq ilə təmin edir, bu da xüsusilə quru dəri üçün faydalıdır.
Подари своей коже лучшее, что может предложить природа. Натуральные и органические ингредиенты, богатые питательными веществами и витаминами — все, чтобы поддерживать здоровье, красоту и сияние твоей кожи. Представляем серию средств Ecobeauty.